NAMƏLUM MƏNŞƏLİ QIZDIRMA

Naməlum mənşəli qızdırma (NMQ) stasionar və ya ambulator olaraq aparılan müayinələrə baxmayaraq ən azı 3 həftə davam edərək səbəbi tapılmayan 38.3 °C-dən yuxarı olan bir hərarətdir. Bədən hərarətinin artmasının səbəbi fizioloji də ola bilər.

Əksər hallarda isə bu hər hansı bir infeksion xəstəlik, iltihablı prosess və ya bədxassəli bir xəstəlikdən qaynaqlana bilər. Naməlum mənşəli qızdırma bütün yaş qruplarında və hər iki cinsdə rast gəlinir. Lakin, bu xəstəlik daha çox uşaq və gənc yaşlı insanlarda daha çox qeydə alınır.

Naməlum mənşəli qızdırmanın səbəbləri arasında epidemioloji amillər dünya üzrə fərqlidir. Xəstəliyin hekayəti araşdırıldıqda bu yaxınlarda edilmiş səyahət də nəzərə alınmalıdır. Yoluxucu xəstəliklər naməlum mənşəli qızdırmalar üzrə ən çox rast gələn etioloji kateqoriyaya aid edilir. Endemik olmayan ölkələrdə nisbətən az rast gəlməsinə baxmayaraq vərəm və ya malyariya dünya üzrə bu təzahürün ümumi səbəbləri olaraq qalmaqdadır.

loading...

NMQ-ın səbəbləri aşağıda göstərilənlər kimi təsnif edilə bilər:

İnfeksiya: vərəm, infeksion mononükleaz, Laym xəstəliyi, endokardit və s.

İltihab: qırmızı qurd eşənəyi, revmatoid artrit, iltihabi bağırsaq xəstəliyi və s

Yeni törəmə: limfoma, leykemiya, pankreas karsinoması, digər xərçəng və sarkomalar.

Qarışıq: narkotik maddə istifadəsi, hipertiroidizm, hepatit və digər kateqoriyalara uyğun gəlməyən amillərin səbəb olduğu hərarət

Hərarətin tipik əlamətləri bədən hərarətinin körpələr üçün 38 °C, uşaqlar və böyüklər üçün 37.5 °-dək yüksəlməsi, tərləmə, titrətmə, baş ağrıları və s. Əzələ və ya oynaq ağrıları, ümumi zəiflik, boğazda ağrı, yorğunluq, öskürək, səpkilər hərarəti müşayiət edən digər simptomlardır. Bundan başqa dəridə avazıma, qızartı və ya sarılıq əlamətləri diqqətlə gözdən keçirilir.

Qızdırma kifayət qədər uzun müddət davam edərsə, həkim əsas səbəbi müəyyənləşdirmək üçün müəyyən yoxlamalar aparır. Həkim xəstədən bəzi məlumatları soruşur: ölkədən kənarda olub-olmadığını, hər hansı ətraf mühit təsirlərinə məruz qalıb-qalmadığını, gündəlik həyatında dəyişikliklərin olub-olmadığını, heyvanlarla təmasın olub-olmamasını və s. Qan analizi və fiziki müayinədə hər hansı bir pozitiv göstərici çıxarsa, diaqnozu təsdiq etməzdən əvvəl həkim ehtiyac bildiyi digər testəri də tələb edəcəkdir.

Bəzi hallarda, hər hansı bir göstərici əlamət olmadıqda, qısamüddətli qızdırmalar üçün adətən gözləmə və müşahidə taktikası istifadə olunur. NMQ üçün müalicə səbəbə görə dəyişir:

Qeyri-steroid iltihab əleyhinə dərmanlar (QSİƏD) və antihistaminlər əsas səbəbləri görünməyən NMQ müalicəsində istifadə edilə bilər.

Səbəbinin immun çatışmazlığı olduğu düşünülmüş xəstələrdə geniş spektrli antibiotiklərlə müalicə istifadə edilə bilər.

NMQ olan insanlar 50%-ə qədər hallarda qəti diaqnoz olmadan xəstəxanadan evə buraxılır. Bu halların bir çoxunda xəstə özü-özlüyündən sağalır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...