MÜNASİBƏTLƏRDƏ ANLAŞILMAZLIQLAR

munasibətlərNecə düşünürsünüz, qarşılıqlı münasibət zamanı qadın və kişi tərəfdən tam “açıq”lıq vacibdirmi?!… Münasibətlərdə “açıqlıq” deyəndə, gündəlik qayğı və problemlərin bölüşülməsi nəzərdə tutulur.

Gəlin baxaq: Münasibətlərin möhkəm və davamlı olması üçün tərəflər arasında inam və güvən olmalıdır. Bunlarsız xoşbəxt münasibətdən söhbət gedə bilməz… Əgər inam və güvən varsa, bu halda qadının kişi qarşısında tam “açıq” olmamasına heç bir səbəb yoxdur. Çünki, kişi bunu davranışı və rəftarı ilə qazanıb, həqq edib. Bəs, kişi necə?! Həmişə qadına qarşı tam “açıq” olub, hər şeyi onunla bölüşməlidirmi?!

Əlbəttə ki, yox! Niyə?… Ona görə ki, kişi xaraktercə, “lider”dir, qoruyandır… Onun vəzifəsi – qadını hər hansı bir yüklənmədən, stressdən, həyacanlanmadan qorumaqdır, gün ərzində baş vermiş müxtəlif mənşəli hadisələr toplusu ilə yükləməməkdir. Çünki bütün bu qayğı yığıntısı qadının emosional labilliyini pozur və enerji itkisinə səbəb olur… İndi, söyləyin! Hansı qadın kişinin bütün günü deyinməsini, gün ərzində baş verən olaylardan şikayətlənməsini istəyir?! Və ya bunu edən kişi, nə qədər “hörmət sahibi” olur?!

loading...

Düzdür, qadınlar kişilərin susmasına da dözmürlər, bunu özlərinə qarşı laqeydlik, hörmətsizlik kimi qəbul edirlər. Onları “danışdırmaqla”, aradakı “anlaşılmazlıqları” götürəcəklərini, isti münasibət yaradıb, onlara kömək edəcəklərini düşünürlər… necə ki, özləri qarşı tərəfdən bunu gözləyirlər…

Çünki, qadın psixologiyası belə qurulub: Əgər, hər hansı bir anlaşılmazlıq və ya özlərinin fikirləşib, “uydurduqları” problemdən qaynaqlanan bir narahatçılıq, bir gərginlik varsa, onun haqqında soruşulmasını istəyib, “ürəyindəkiləri” danışıb, bölüşməlidirlər… Və ancaq ondan sonra, sakitləşib, bir növ “təmizlənib”, yenidən qurulurlar… Məhz, ona görə, qadın əsəbi olanda, nəyi isə özünə “problemə” çevirəndə, onun danışıb, “boşalmasına” şərait yardılmalıdır. Əks halda, o, bunu diqqətsizlik, biganəlik kimi qəbul edəcək.

Qadın üçün bu vəziyyətdə sakitliyə qapanmaq, onun psixoloji durumunu pozur. Yəni, qadın gün ərzində olanları danışmayanda, tədricən özünə qapanır. Bu cür təbiətə malik olan qadın, öz düşüncə tərzinə uyğun olaraq, problemi olan kişinin də “vəziyyətini” yüngülləşdirmək məqsədilə, onu danışmağa vadar etmək istəyir. Kişilər isə bu cür anlarda sakitliyə, “öz yuvalarına” çəkilib, özlərinə qapanmağa üstünlik verirlər, sanki “keyləşib” qalırlar… Ona görə yox ki, depressiyaya düşürlər.

Ona görə ki, evdə, işdə, ətraf mühitdə yaşanan ciddi problemlərin həlli yollarını fikrində düşünüb, tapmaq və yoluna qoymaq üçün onlara zaman lazımdır. Bölüşməklə isə problemləri həll etmək olmur!… Və ona görə də, kişilər üçün belə vəziyyətdə ən optimal seçim, “özlərinə qapanıb”, “yenidən bərpa olunmaqdır”… Bu zaman onlar ətraf mühitdən təcrid olunub, “süküta” girirlər, beynin aktivliyi minimuma enir, kişi sadəcə olaraq, keyləşir və öz aləminə girir… Bu, reinkarnasiya adlanıb, kişinin “sıfırlanıb”, yenidən qurulması deməkdir. Yalnız bundan sonra, kişi yeni enerji ilə problemlərin həllinə başlayır.

Ona görə, əziz xanımlar, əgər tərəf müqabiliniz bu vəziyyətdədirsə, onun sakitliyini təmin edin! Bu, belə situasiyalarda sizin etdiyiniz ən yaxşı kömək olacaq!

Kişi qadının dayağıdır! Qadın emosional cəhətdən kişidən nə qədər güclü olsa belə, yenə də başını qoymağa güclü kişi çiyni axtarır. Və bu güclü çiyin yalnız fiziki deyil, həm də emosional cəhətdən də qadını qorumalıdır. Çünki yalnız kişi qadının emosional vəziyyətini sakitləşdirmək iqtidarındadır. Və yalnız qadının emosional oyanıqlığını qəbul edən kişi onu sakitləşdirə bilər…

Psixoloq Almaz Əskərova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...