MƏDƏALTI VƏZİ

MədəMədəaltı vəzidə iki qrup hüceyrə ayırd edilir. Bir qrup hüceyrələr həzm prosesində iştirak edən şirə ifraz edir.

Vəzinin Laııgerhans adacıqlarmm beta hücerələrində isə insulin hormonu sintez olunur ki, bu da qanda qlükozanın miqdarını azaltmaqla onun sabitliyinin saxlanılmasına şərait yaradır. Odur ki, insan qida qəbul edən kimi mədəaltı vəzidən qana çoxlu insulin ifraz olunur. Nəticədə həzm orqanlarından külli miqdarda qana sorulan qlükoza orqan və toxumalara keçir, burada hormonun təsiri ilə sürətlə qlikogen ehtiyat qida mənbəyi kimi toplanır.

Bundan başqa, insulin membran keçiriciliyinə, zülal sintezinə müsbət təsir edir. Eyni zamanda hormon zülalların və yağların karbohidratlara çevrilməsini tormozlayır. Məhz buna görədir ki, şəkərli diabeti olan şəxslər tədricən arıqlayır və bir qədər iş görən kimi yorğunluq hiss edirlər. Bu hormon adrenalinlə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək, karbohidratların mübadiləsini və qanda qlükozanın miq¬darının sabit vəziyyətdə saxlanılmasını tənzim edir.

loading...

Mədəaltı vəzinin alfa hüceyrələrində qlükaqon hormonu əmələ gəlir ki, bu da ehtiyat halmdakı qlükogeni qlükozaya çevirir. Bu zaman qanda şəkərin miqdarı artaraq onun bütün toxumalara, xüsusilə əzələlərə beyinə çatdırılması fəallaşır. Mədəaltı vəzidə sintez olunan lipokain hormonu qaraciyərin piylənməsinin qarşısını alır.

Mədəaltı vəzinin hipofunksiyası zamanı insanlarda şəkərli diabet xəstəliyi inkişaf edir. Bu zaman qanda şəkərin miqdarı artır, sidikdə onun sutkalıq  miqdarı bir neçə dəfə çoxalır, sidiklə şəkərin orqanizmdən xaric olması, susuzluq hissi, arıqlama, başgicəllənməsi kimi əlamətlər meydana çıxır.

Qeyd etmək lazımdır ki, bəzi bitkilərdə insulinəoxşar, onu əvəz edən maddələr sintez olunur. Bu maddələr də orqanizmdə insulin kimi təsir göstərir. Onlar ən çox vələmirdə, lobyada, noxudda və az miqdarda düyüdə, buğdada və kartofda toplanmışdır.

Mədəaltı vəzinin hiperfunksiyası zamanı qanda şəkərin miqdarı azalır. Tənəffüsün tezliyi artır və mərkəzi sinir sistemində oyanma vəziyyəti yaranır.

loading...

Bunuda oxu...