MİTRAL QAPAQ PROLAPSI

mitral prolapseMitral qapaq prolapsı ürəkdəki dörd qapaqdan biri olan mitral qapaqların çökməsi deməkdir. Son zamanlar mitral qapaq prolapsı diaqnozu ile tez-tez rastlaşırıq. Gənclər xüsusilə də qadınlar arasında daha çox müşahidə olunur.

Xəstəliyin səbəbləri tam aydınlaşdırılmasada əksəriyyətlə anadan gəlmə olduğu hesab edilir. Səbəbsiz ürək döyünmə, tərləmə, ətrafların (əl ayağın) soyuq olması, ürək nahiyəsində uzunmüddətli davamlı ağrılar xəstəni narahat edir.

Risk qrupuna skaliozlu, immun sistemi zəyif olan, skelet əzələ sistemi zəyif olan, qidalanması zəyif olan uşaqlar daxildir. Əgər ailədə birində aşkarlanmışsa bu halda digər uşaqlarda da olma ehtimalı yüksəkdir. Uşağınızın həkimini bu barədə məlumatlandırmaq yaxşı olardı.

loading...

Mitral qapaq prolapsı diaqnozu exokardioqrafik müayinə nəticələrinə əsasən təstiqlənir. Bundan başqa həkim məsləhəti olarsa digər müayinə metodları da tətbiq edilə bilər. Bəzi hallarda diaqnoz təsadüfü müayinə nəticəsində də aşkarlanır. Xəstəliyin dərəcəsi mitral çatışmazlıq və qapaqların çökmə göstəricisinə görə müəyyənləşdirilir.

Spesifik müalicəsi yoxdur. Adətən müalicə xəstənin şikayətlərinə əsasən aparılır. Xəstəliyin ağır dərəcələrində əgər ürək çatışmazlığı inkişaf edərsə spesifik müalicə aparılır.

Mitral prolapsın müalicə prinsipi dedikdə ilkin olaraq onun profilaktikası (qarşısının alınması) nəzərdə tutulur. Belə ki LOR orqanların sanasiyası, revmatizim və digər sistem xəstəliklərin müayinəsi, skelet əzələlər gücləndirən yüngül gimnastik hərəkətlər yerinə yetirilməli, mitral prolaps yüngül hallarında 2-5 ildə bir dəfə, ağır dərəcələrdə isə həkimin göstərisi ilə ildə bir və ya iki dəfə müayinə olmalıdır.

Dr. Sənubər Talıbova

loading...

Bunuda oxu...