MİQRENİN MÜALİCƏSİ VACİBDİR

Miqren ağrıları təkrarlayan, tək tərəfli, gözün içində hiss olunan, individual fərqliliyin gərəyi müxtəlif şərtlərdə özünü göstərən: işığa və səsə qarşı aşırı həssaslığa səbəb olan zonklayıcı, insanın gündəlik həyat tərzini pozacaq şiddətdə ağrılar olaraq tanına bilər.

Ağrı 4 saatdan az çәkmir. 24 saatdan uzun çәkәn baş ağrıları isә fәrqli miqren növlәrindәn ola bilәr. Miqren diaqnozu rentgenlә vә ya müxtәlif araşdırmalarla qoyulmur.

Bu diaqnoz təyini, miqrenin xüsusiyyәtlәrinә uyğun olub olmaması ilә qәrar verilir. Miqrenә aid әlamәtlәrdәn biri dә 3 ay vә ya 3 aydan daha çox bir müddәt tәkrarlanan, zonqlayan, tәzyiqli baş ağrıları hiss etmәkdir. Bu miqrenlə bağlı artıq araşdırılıb, təsdiqlənmiş bir xüsusiyyәtidir.

loading...

Hesab olunur ki, miqren kәllә ilә beyin arasındaki damarların vә sinirlәrin düzәnsiz әlaqәlәri nәticәsindә baş verәn ağrılardır. Bәzәn bu ağrılar genetik xüsusiyyәtli də ola bilәr.

Miqren ağrısı yaşayan insanların müalicə alması, onların normal həyat sürmələri baxımdından çox vacibdir. Çünki Ağrıların şiddəti, insanın gündəlik iş və ailə həyatına çox mənfi təsir göstərə bilər.

Dr. Nərgiz Ağayeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...