MİQREN TUTMASI ZAMANI NƏ ETMƏLİ ?

Miqren tutması başladığında alınan bəzi ağrı kəsicilər, miqrenə xas olan damar büzücü xüsusiyyətinə qarşı müsbət təsirli olur. Mümkün olduğu qədər ağrının başlamağını hiss edən kimi dərman qəbul edilməlidir.

Ağrı şiddətli nöqtəsinə gəldiyində, pasientə morfin belə verilsə, artıq fayda verməz. Miqren ağrısının ən şiddətli olduğu zaman damarlar genişlənir, şişkinlik yaranır.

Masaj, soyuq tətbiqi, başı sıxma kimi metodlar da qismən ağrını azaltmaq üçün müsbət təsir göstərə bilər. Analarımız başlarını tənziflə sıxırdılar, ağrını azaltmaq üçün, indi isə soyuq miqren bantları satılır. Nanə yağı vəya nanəli bəzi dəriyə çəkilən kremlerin də az da olsa təsiri ola bilər.

loading...

Təəssüfki, atak başladıqdan sonra heç bir vasitənin ağrını tam aparacaq gücü qalmır. Sadəcə miqren ağrı tutması artıq başlayıbsa, onu daha da qıcıqlandıran faktorlardan uzaq olmalı (işıq, səs-küy, qoxu və s. ) və rahat bir otağa çəkilib tutmanın keçməsini gözləməlidir.

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...