MİOPİYA NƏDİR

Yaxından görmə, miopiya elə bir göz xəstəliyidir ki, təsvirin tor qişada deyil, onun önündə fokuslaşması nəticəsində uzaqda yerləşən əşyalar yayılmış və qarışıq görünür. Yaxında yerləşən əşyalara baxanda isə heç bir problem olmur: miopiyalı insan yaxından daha yaxşı görür, elə buradan da xəstəliyin adı yaranıb – yaxından görmə. Xəstəlik göz almasının forma və ölçüsü dəyişdikdə əmələ gəlir – göz, öz normal (sferik) formasını dəyişərək uzanır, ovallaşır.

Miopiyalı insanların sayı getdikcə artır. Hazırda orta məktəblərdə uşaqların 20% bu xəstəliyə düçardır, tələbələr arasında isə ikiqat artıq, 40% təşkil edir.

Səbəblər:

loading...

Yaxından görmənin səbəbləri müxtəlif ola bilər. İndiki zaman bir neçə əsas amil ayırırlar:

İrsi səbəblər. Valideynlər və onların uşaqlarındakı miopiya arasında da əlaqə müəyyən edilib. Əgər hər iki valideyndə bu xəstəlik varsa, o zaman 18 yaşa çatmamış uşaqlarda xəstəliyin 50% əmələ gəlmə riski var. Əgər əksinə, hər iki valideyn yaxşı görürsə, onların uşaqlarında miopiya ən çox 10% hallarda ola bilər.

Yaxın məsafəli intensiv görmə yükləmələri. Miopiyanın inkişafı ən çox məktəb və tələbə illərində baş verir, çünki məhz bu vaxt gözlər gərgin işləyir.

Yanlış korreksiya. Eynək və ya kontakt linza seçərək korreksiya qaydalarına riayət etmək və yalançı miopiyanı istisna etmək lazımdır. Miopiyanın artmasının qarşısını almaq üçün eynək (və ya linza) istifadəsi qaydalarına riayət etmək, həmçinin müntəzəm olaraq görməni yoxlatmaq lazımdır.

Damar amilləri. Bəzən miopiya gözün qan təminatı pozulduqda, müxtəlif xəstəliklər fonunda əmələ gəlir.

Keyfiyyətsiz qidalanma. Rasionda vitaminlər və mikroelementlər olmadıqda, göz qişasının (skleranın) toxumalarının sintezi və işıq qəbulu düzgün baş vermir.

Simptomları:

Miopiyanın əsas simptomu – uzaq görmənin zəifləməsidir: uzaqdakı əşyalar yayılmış görünürlər, dəqiq olmurlar. Bununla belə, təsvirin dəqiqliyini artırmaq üçün insan gözünü qıymağa başlayır (bundan da xəstəliyin yunan dilində adı əmələ gəlib “miopia” – “gözlərini qıyan”). Belə insanlar yaxın məsafədə yaxşı görürlər. Bundan başqa, yaxından görmənin simptomlarına yüksək görmə yorulmasını və uzun müddət gərgin işlədikdə baş ağrılarını aid etmək olar.

Qeyd etmək istərdik ki, miopiya xətəlik deyil. Refraksiya pozğunluğudur. Lakin göz almasının ön arxa oxunun uznması baş verərsə, miopiya proqressivləşərsə və göz dibində torlu qişada deqerativ dəyişikliklərlə müşahidə olunarsa, bu halda miopiya xəstəliyi adlanır.

Dr. Mirzəyeva Aytən

loading...

Bunlarıda bəyənə bilərsiniz ...