MİOMATOZ DÜYÜNLƏRİ

Uşaqlıqda miomatoz düyünlərin inkişafının dəqiq səbəbi aydın deyildir. Məlumdur ki, aşağıdakı səbəblərdən qüsuru yaranmış uşaqlığın yeganə əzələ hüceyrəsindən yaranaraq inkişaf edir:

Menstrual tsikllərin çoxluğun,

İltihabi proseslər,

loading...

Uşaqlığın cərrahiyyə travması,

Bir yaxud bir neçə gendə anadangəlmə «sınmalar».

Sonradan düyünlərin inkişafına cinsi hormonlar, ən çox da proqesteron təsir edir. Məhz buna görə də düyünlər hamiləlik dövründə artır və tsiklin ikinci fazasında ölçüləri bir qədər artır.

Uşaqlığın miomasi menopauza zamanı reqressiya edir, ona görə də, kifayət qədər uzun müddətdir ki, bu xəstəliyin müalicəsi üçün orqanizmdə süni menopauza yaradan preparatlardan istifadə olunur.

Bu zaman düyünlər kiçilir və menstruasiyalar yoxa çıxır, amma belə müalicə dönər xarakterlidir və preparat dayandırıldıqdan sonra düyünlər əvvəlki ölçülərinə qayıdır və habelə miomanın bütün əlaqədar simptomları geri dönür.

Bu müalicə gənc yaşlı xəstələr üçün özünü doğrultmur. Belə ki, onu “menopauzanun astanasında olan” qadınlar üçün istifadə etmək olar, yaxud bundan sonra qısa kursla tətbiq etmək olar.

loading...

Bunuda oxu...