MİOKARDIN İNFARKTI

ÜRƏKMiokardın infarktı bir çox insanların ölümünə səbəb olan çox qorxulu xəstəlikdir!

Onun nə qədər təhlükəli olduğunu tibbi statistikanın göstəriciləri aydın şəkildə sübut edir.

Miokardın kəskin infarktı olan xəstələrin yalnız 50% xəstəxanaya çatdırıla bilir. Həm də, təcili tibbi yardım xidmətinin müxtəlif səviyyədə olmasına baxmayaraq, bu göstərici bütün ölkələr üçün praktik olaraq eynidir.

loading...

Xəstəxanaya çatdırılan xəstələrin 1/3 hissəsi isə xəstəliyin ölümcül ağırlaşmaları səbəbindən xəstəxanadan evə yazılana qədər olan müddət ərzində vəfat edir.

Son zamanlar miokardın infarktı xeyli “cavanlaşmışdır”. Əgər əvvəllər bu xəstəlik yaşlıların “qisməti” idisə, hal-hazırda bu xəstəlik insanlarda onların çiçəklənən dövrü hesab edilən, 30-40 yaşlarında təsadüf edilir.

Ürək əzələsi hüceyrələrinin məhv olduğu (nekroz) bu sahə miokardın infarktı adlanır.

Zədələnmə sahəsinin ölçüsündən asılı olaraq miokard infarktının 2 tipi qeyd edilir:

İri ocaqlı miokard ifarktı – bu zaman ürək əzələsinin bütün qatları zədələnir.Kiçik ocaqlı miokard ifarktı – bu zaman ürək əzələsinin bütün qatları zədələnmir.

Ürək əzələsinin (miokardın) ön divarının iri ocaqlı infarktları daha təhlükəli hesab olunur. Miokardın arxa və ya yan divarının infarktları, xüsusən də kiçik ocaqlı (bütün qatları zədələməyən) infarktların nəticələri nisbətən daha az travmatik hesab edilir.

İnfarktdan sonra ürək əzələsinin zədələnmiş sahəsində insanın ömrünün sonuna qədər çapıq qalır. Bu çapıq toxuması heç bir halda sorula bilməz və ürək bu keçirilmiş infarktı hər zaman “yadında” saxlayır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...