MİKROSEFALİYA

Mikrosefaliya yaşa görə dəyişən baş çevrəsi ölçülərinin normaldan kiçik olması deməkdir. Belə uşaqlarda inkişaf geriliyi, nitq və hərəkət pozğunluğu, müvazinət və koordinasiya pozulması, boy qısalıgı, üz şəklinin dəyişməsi, hiperaktivlik, epilepsiya, əqli gerilik kimi əlamətlər görülə bilir.

Lakin mikrosefaliyası olan bəzi uşaqlarda normal zəka və normal nevroloji inkişaf da mümkündür. Beynin nə dərəcədə zədələnməsi beynin ölçüsündən yox, altda yatan anomaliyadan asılıdır.

Mikrosefaliya 1-cili və 2-cili ola bilir.

loading...

1-cili mikrosefaliya hamiləliyin ilk 7 ayına qədər olan müddətdə dölün anormal inkişaf etməsi nəticəsində kiçik beyinli doğulmadır. Səbəbləri: genetik meyllik, xromosom anomaliyaları, Doun sindromu, infeksiyalar, kimyəvi maddələr, dərmanlar və metabolik xəstəliklər.

2-cili mikrosefaliya hamiləliyin son 2 ayında yaranan patologiya nəticəsində ortaya çıxan kiçik beyin. Səbəbləri: meningit, ensefalit, qidalanma yetərsizliyi, hipoksik-işemik ensefalopatiya.

Ananın hamiləliyin 4-6-cı həftələrində qızdırmalı xəstəlik keçirməsi və şəkərinin olması da risk faktorudur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...