MİKROORQANİZMLƏRİN SİSTEMATİKASI

viruslarHeyvanlar və bitkilər öz həyat tərzi və aydın nəzərə çarpan əlamətlərinə görə birbirlərindən kəskin fərqlənirlər ki, bu da həmin canlıları iki aləmə – heyvanlar və bitkilər aləminə aid etməyə imkan verir.

Mikroorqanizmlər aləminə isə bir-birinə oxşamayan, yalnız mikroskopda görünən, differensiasiya olunmamış, ölçüləri və sadə quruluşları ilə oxşar olan mikroorqanizmlər toplanmışdır. Digər canlılardan fərqli olaraq bunların xarici nəzərə çarpan aləmətləri də bir-birinə çox oxşardır.

Digər canlılarda olduğu kimi, bunların hüceyrələri eyni plan üzrə qurulub, vahid struktura malik olub qidalanır, tənəffüs edir, çoxalır, müəyyən vəzifə daşıyır, ifraz edir. Ona görə də mikroorqanizmlər kəşf edildikdən sonra bunların hansı aləmə aid edilməsi böyük çətinlik törətmişdir. 1886-cı ildə tanınmış alim Hekkelin təklifi ilə mikroorqanizmlər III aləmə – protistlərə daxil edilmişdir.

loading...

Protistlərə bitki və heyvanlardan fərqli olan, morfoloji görünüşcə zəif diferensiasiya olunmuş, əsasən birhüceyrəli orqanizmlər aiddirlər. Hüceyrə quruluşuna əsasən protistləri 2 qrupa ayırmaq olur: birincisi hüceyrələri heyvanlara və bitkilərə oxşar olan ali protistlər qrupudur ki, bunlara eukaroitlər deyilir. Bu qrupa (göy-yaşıl yosunlardan başqa) bütün yosunlar, göbələklər və ibtidailər daxildir. Bunlarda nüvə xüsusi membran ilə əhatə edilmişdir.

İbtidai protistlərə isə hüceyrə quruluşuna görə yuxarıdakılardan kəskin fərqlənən çox sadə quruluşa malik olan bakteriyalar və göy-yaşıl yosunlar aiddir.

Bunlar da prokariotlar qrupu adlanırlar. Bunlarda nüvə membransız olur.

Viruslar hüceyrə quruluşu olmayan hissəciklərdən təşkil olunduğuna və canlı hüceyrələrdən kənarda sərbəst çoxala bilmədiklərinə görə digər orqanizmlərdən fərqlənirlər.

Eukariot orqanizmlərdən yosunları alqologiya, göbələkləri mikologiya, mikroskopik ölçülü ibtidailəri isə protozoologiya elmi öyrənir.

Eukariotların hüceyrələrində mitoxondrii və plastidlər vardır.

Prokariotları fərqləndirən əlamətlərdən əsası membranla əhatə olunmuş nüvənin olmamasıdır. Bundan əlavə prokariotların mitoxondrii və xloroplastları yoxdur.

Prokariotlar morfoloji cəhətcə az diferensiasiya olunmuşdur və quruluş tipinə görə bunların formaları məhduddur.

Eukariotların həyatı oksigendən asılı olduğu halda, prokariotların isə müəyyən qrupları anaerob şəraitdə yaşaya bilir və inkişafına lazım olan enercini qıcqırma və ya anaerob tənəffüs prosesindən alırlar. Hətta bəzi bakteriyalar isə enercini qeyri-üzvi maddələrdən və ya elementlərin oksidləşməsindən alırlar.

Eukariotlardan fərqli olaraq bakteriyaların, aktinomisetlərin və göy-yaşıl yosunların bir çoxu atmosfer azotunu fiksə etmə qabiliyyətinə malikdirlər.

Prokariot orqanizmlərin sistematikası

Prokariotların təsnifatı mikrobiologiyanın ən vacib və mürəkkəb sahələrindən olmasına baxmayaraq, az işlənilmişdir. Ona görə də canlı varlıqların sistemində mikroorqanizmlərin vəziyyəti bu vaxta qədər mübahisəlidir. Bu, bir tərəfdən mikroorqanizmlərin spesifik görünüşə malik olmamaları, quruluşlarının çox sadəliyi və vizual əlamtlərin stabil olmaması, digər tərəfdən isə növlərin, cinslərin və sıraların fiziologiyası barədə faktıki materialların nisbətən az olması ilə əlaqədardır.

Mikroorqanizmlərin təsnifləşdirilməsi barədə ilk təşəbbüs XVIII əsrin 2-ci yarısında olmuşdur. 1786-cı ildə O. Müller o vaxta qədər məlum olan mikroorqanizmləri tərliklərə aid edib, hamısını Monas və Vibrio cinslərinə bölmüş və bunlara yalnız bakteriyaları daxil etmişdir.

Sonra X. Erenberq  yenə də bakteriyaları tərliklərə daxil edib, onları iki fəsiləyə bölmüşdür: monodinlər və vibrionillər. Bu alim Müllerdən fərqli olaraq çoxlu yeni mikrob növlərinin təsnifini vermişdir.

İlk dəfə F. Kon  bakteriyaları ibtidai bitkilərə, Nigeli  isə bunları xüsusi qrupa – şizomisetlərə daxil etmişlər. Sonralar Leman və Neyman  bakteriyaları növlərə ayırmaq istəyərkən, onları 3 fəsiləyə bölmüşdür: dairəvilər, çöpvarilər, qıvrılmışlar. Lakin bu təsnifatda əsasən morfoloji xüsusiyyətlər nəzərə alındığından, nəzəri və təcrübi tələblər ödənilə bilmirdi. Mikroorqanizmlər barədə məlumatlar toplandıqca, bu təsnifatlar getdikcə mükəmməlləşirdi. Hazırda mikrobiologiyada mikroorqa-nizmlərin sistemləşdirilməsində iki istiqamətdə aparılan təsnifatdan istifadə olunur. Birinci təbii təsnifat olub, 1936-1950-ci illərdə Klyuver, Van-nil və Stepner tərəfindən irəli sürülmüşdür.

Keçmiş SSRİ-də N.Krasilnikov  bu istiqaməti müdafiə etmiş və öz təsnifatını təbii təsnifat əsasında tərtib etmişdir. Təbii təsnifat tərəfdarları iddia edirlər ki, təsnifat orqanizmin tarixi inkişafını əks etdirməli və filogenetik əsasda qurulmalıdır.

İkinci istiqamət tərəfdarları təsnifatı, mikroorqanizmlərin ümumi əlamətlərinə görə düzəltməyi irəli sürürlər. Bu süni təsnifat adlanır. Süni təsnifat əsasında hazırda mikroorqanizmlərin təsnifləşdirilməsində Amerika alimi D. Bercinin (1974) təyinedicisi qurulmuşdur. Bu təyinedici Amerika bakterioloqlar cəmiyyətinin qərarına əsasən 1923-cü ildən dövri olaraq nəşr olunur.

Müasir mikrobiologiyada mikroblar təsnifləşdirildikdə onlarda olan əlamətlərin kompleksi nəzərə alınır. Bunlardan morfoloji, kultural, fizioloji, biokimyəvi, toksigenlik, patogenlik, antigen quruluşu və s. nəzərə alınır.

Orqanizmləri qruplaşdırmaq üçün mikrobiologiyada aşağıdakı kateqoriyalardan istifadə olunur.

Növ – bir və ya bir neçə növ müxtəlifliyi olan orqanizmləri əhatə edir: cins – yaxın növlər, fəsilə – yaxın cinslər, sıra – yaxın fəsilələr, sinif – yaxın sıralar, tip – yaxın siniflər qruplarından ibarət olur.

Mikroorqanizmlər İsveç alimi K. Linneyin bitkilərə tətbiq etdiyi binary nomenklaturasına müvafiq adlandırılır. Məsələn, vərəm törədicisi – Mycobacterium tuberculosus adlanırlar. Burada Mukobakterium – bakteriyanın aid olduğu cinsi göstərir, tuberkulosus isə spesifik epitetdir (xəstəlikdir). Bu adlar beynəlxalq miqyasda qəbul edildiyindən yer kürəsinin hər yerində eynidir.

Mikroorqanizmlər qrupu çox genişdir. Mikroorqanizmlərə rəngarəng orqanizmlər daxil olduğuna görə, bunların təsnifləşdirilməsi çox vacib məsələlərdən biridir. Bu vaxta qədər müxtəlif alimlərin təsnifatından istifadə olunur. Son zamanlarda əsasən N. Krasilnikovun və Bercinin təyinediciləri ilə mikro-orqanizmləri təsnifləşdirirlər. Həmin təsnifata əsasən mikroorqanizmləri, daha dəqiqi bakteriyaları prokariotlar aləminə aid edirlər ki, onlar da iki şöbəyə bölünürlər:

Sianobakteriyalara.

Bakteriyalara.

Bunlar da sıralara, fəsillərə, cinslərə və növlərə bölünürlər. Lakin Bercinin (1974) təyinedicisində bütün prokariot mikroorqanizmlər ayrı-ayrı aləmə daxil edilir və bu barədə iki istiqamət vardır. Birincidə prokariotlar aləmi 2 şöbəyə bölünür.

Birinci şöbə – fototrof prokariotlar (Photobacteria) adlanır.

İkinci şöbə – işığa laqeyd olan prokariotlardır (Scotobacteria).

Bercenin 1974-cüil təyinedicisində Bacteria şöbəsinə üstünlük verilir.

Bakteriyaları təsnif edərkən hüceyrənin forması, fizioloji əlaməti, maddələr mübadiləsi və qohumluq əlaqəsi nəzərə alınır.

Bütün bakteriyalar 4 sinfə bölünürlər:

Aktinomisetlərə – Actinomycetes;

Əsil bakteriyalara – Bacteriaceae;

Miksobakteriyalara (selikli bakteriyalar) – Myxobacteriaceae;

Spiroxetlərə – Spirochaetaceae.

Bakteriyalar və viruslar

Buraya aid edilən mikroorqanizmlər morfoloji və funksional xüsusiyyətləri ilə bir-birindən kəskin fərqləndiklərinə görə bu orqanizmləri 19 qrupa toplayırlar:

1-ci qrup. Fototrofbakteriyalar. Fotosintezedici bakteriyalar olub, xüsusi piqmentlərə malik olmaları və fotosintez prosesini həyata keçirmələri ilə səciyyələnirlər. Göy-yaşıl yosunların və yaşıl bitkilərin fotosintezindən fərqli olaraq bunların fotosintezi zamanı oksigen xaric olmur.

II şöbə sianobakteriyalar – göy-yaşıl yosunlar. Bunlara birhüceyrəli, koloniya halında və ya sapşəkilli müxtəlif rəngli yosunlar aiddir.

Sianobakteriyaları bakteriyalarla əlaqələndirən tipik xüsusiyyətlərdən biri onların qılafının daxili hissəsinin mursindən ibarət olması, lizosinə həssaslığı, nüvə maddəsinin hüceyrənin digər elementlərindən xüsusi membranla ayrılmaması, mitoxondrii və xloroplastların olmamasıdır. Göstərilən bu əlamətlər onları prokariotlara daxil etməyə imkan verir. Bunlar avtotrof orqanizmlərdir.

Bu orqanizmlər şirin sularda, torpaqda, bəzən isə dənizlərdə yaşayırlar. Onlar durğun sularda, nohurlarda, göllərdə və sakit axan çaylarda (plankton kimi) da geniş yayılmışdır. Bu yosunlar adətən yay zamanı sürətlə inkişaf edərək suyu bozumtul-göy rəngə boyayırlar. Göy-yaşıl yosunlar qeyri-əlverişli şəraitə çox davamsız olub, qidalara az tələbkardır.

Hindistanda, Yaponiyada, Çində bu yosunlardan düyü əkinlərinin məhsuldarlığını artırmaq, yəni torpağı bu orqanizmlərin hesabına azotla zənginləşdirmək üçün istifadə edilir. Bu yosunlar üzvi maddələrlə zəngin olan çirkli sularda daha sürətlə çoxalırlar. Bunlar həddən artıq çoxalmaqla su hövzələrində onurğasız heyvanların, balıqların tələf olmasına səbəb olurlar.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...