MİKROORQANİZM DƏRİNİ XƏSRƏLİKLƏRDƏN QORUYACAQ

Mikroorqanizmİnsan dərisində tez-tez rast gəlinən bakteriyalardan biri, onu bir çox dəri xəstəliklərindən müdafiə edə bilər. Bunu haqda İsveçin Lund universitetinin  alimləri deyirlər.

Tədqiqatın müəllifi Rolf Ludanın sözlərinə görə Propionibacterium acnes mikroorqanizmi RoxP zülalını ifraz edir, çünki həmin zülal  onun “yaşayış yerini” daha rahat edir. Bu zülal həmçinin müdafiə funksiyasınıda yerinə yetirir.

İlk dəfə Propionibacterium acnes akne xəstəliyindən əziyyət çəkən insanın dərisində tapılmışdır və adını həmin xəstəlikdən almışdır. Ancaq hələdə bu bakteriyanın həmin xəstəliyə səbəb olduğunun sübutu yoxdur. Çünki onlar həmdə sağlam dərili insanlarda da tapılır.

loading...

Dəridəki konsentrasiyadan asılı olaraq mikroorqanizimlər müəyyən miqdarda RoxP zülalı ifraz edirlər. Bu zülal antioksidant kimi işləyir, oksidatif stressdən qaynaqlanan zərərdən xəbərdarlıq edir. Oksidatif stressin səbəbi günəşin ultrabənövşəyi şüalanmasının təsiri ola bilər, nəticəsi isə ekzemadadan tutmuş psorioza qədər müxtəlif xəstəliklərdir.

Lund universitetinin mütəxəssilərinin sözlərinə görə, RoxP oksidatif stressə qarşı C və E vitaminləri qədər effektivdir. Növbəti eksperimentləri alimlər siçanlar və insanlar üzərində aparacaqlar. Əgər onlar uğurlu olsa, RoxP`u günəşdən qoruyucu kremlərə əlavə etmək, həmçinin ondan istifadə edərək psoriaz və atopik dermatiti kimi xəstəlikləri müalicə etmək mümkün olacaq.

loading...

Bunuda oxu...