MİKROBİOLOGİYANIN İNKİŞAF TARİXİ

LevequkMikrobiologiyanın bir elm kimi formalaşması mikroskopun kəşfi ilə bağlıdır. Mikroorqanizmlər barədə ilk düzgün məlumat verən, yəni onları kəşf edən, hollandiyalı təbiətşünas Antoni Van Levenhuq (1632-1723) olmuşdur.

O, 160-300 dəfəyə qədər böyütmə qabiliyyətinə malik linzalardan ibarət olan sadə mikroskoplar hazırlamış və diş ərpini, ot həlimini tədqiq etdikdə xırda canlıların olduğunu birinci olaraq göstərmişdir.

1695-ci ildə Antoni Van Levenhuk hazırladığı «Təbiətin sirləri» adlı kitabında 3 mikrob formasının (dairəvi, çöpvari və vergülvari) təsvirini və onların şəkillərini vermişdir.

loading...

Bu dövrdə müxtəlif ölkələrdə canlıların öyrənilməsi sahəsində tədqiqatlar aparılırdı. İngilis fiziki Robert Huk (1635-1703) 1660-cı ildə okulyar və obyektivli mikroskop düzəldərək bitkilərin hüceyrələrini, kök və s. hissələrini öyrənmişdir və onların quruluşunu əks etdirən «Mikroqrafiya» adlı əsərini çap etmişdir. İlk dəfə hüceyrə termini R.Huk tərəfindən elmə daxil olmuşdur.

Mikrobiologiya elminin ilk inkişaf dövrü morfoloji inkişaf dövrü olduğuna görə, bu sahədə çalışan alimlər mikroorqanizmləri də sistemləşdirməyə təşəbbüs göstərmişlər. Hətta məşhur təbiətşünas İsveç alimi K. Linney (1707-1778) mikroorqanizmləri «xaos» adlandıraraq xüsusi bir qrupa ayırmışdır.

Bu dövrdə tədqiqatçılar, mikrobların təbiətdəki fəaliyyətini və törətdikləri xəstəlikləri öyrənməzdən əvvəl, onların xarici görünüşü ilə məşğul olurdular. Morfoloji dövr alimlərindən danimarkalı Otto Mülleri və Erenberqi göstərmək olar. Müller öz kitabında mikrobların müxtəlif formalarını qeyd etmiş, hazırda mikrobiologiyada təsadüf etdiyimiz bakteriya və spiril adları isə ilk dəfə Erenberq tərəfindən işlədilmişdir.

Morfoloji dövrdə tapılan mikrobların görünüşü etibarilə müəyyən bir sistemə salınması 1854-cü ildə Kon tərəfindən həll edilmişdir və həmin təsnifat hələ də qüvvədədir. Kon mikrobları basil və spiril formalarına ayırmışdır.

Mikrobların tədqiqinin morfoloji dövrü XIX əsrin 60-cı illərində fizioloji dövr ilə əvəz olunmuşdur. Bu dövrdə mikrobiologiya sahəsində L. Paster, R. Kox, İ. Meçnikov, L. Senkovski, D. İvanovski, S. Vinoqradski kimi dünya şöhrəti qazanmış similar meydana çıxır.

Fiziolojidövrün əsasınıqoyanfransızalimiLuiPaster (1822-1895) olmuşdur. O ilk dəfə göstərmişdir ki, mikroblar nəinki xarici görünüşcə, hətta müxtəlif xüsusiyyətləri və ayrı-ayrı proseslərdə iştirakı ilə də bir-birindən fərqlənirlər. Bu sahədə öz tədqiqatlarını genişləndirən L.Paster 1857-ci ildən 1869-cu ilə qədər qıcqırma, onu əmələ gətirən mikroblar, pivə və üzüm çaxırını xarab edən mikroblar, ipək qurdunun xəstəliklərinin öyrənilməsi ilə məşğul olmuşdur. Nəticədə o, qıcqırma proseslərinin biokimyəvi mahiyyətini açaraq, onların müxtəlif növ mikroorqanizmlərin iştirakı ilə baş verdiyini göstərmişdir.

L. Paster yağ turşusuna qıcqırmanın biokimyəvi mahiyyətini öyrənərkən, anaerobiozu, yəni molekulyar oksigensiz həyatı kəşf etmiş və göstərmişdir ki, qıcqırma həmin bakteriyalar üçün enerji mənbəyidir. L. Pasterin bu kəşfləri ilə əlaqədar olaraq mikrobiologiyada yeni sahə – texniki mikrobiologiya sahəsi meydana çıxmışdır. O, şərabçılıq, pivə hazırlama və s. yeyinti sənaye sahələrinin elmi əsasını da vermişdir.

L. Paster şərabı xarab olmaqdan qorumaq üçün xüsusi bir üsul (pasterizasiya) təklif etmişdir ki, bu da yeyinti məhsullarının konservləşdirilməsində geniş tətbiq olunur. Pasterin tibbi mikrobiologiya sahəsində də olduqca böyük xidməti olmuşdur. O, ilk dəfə toyuq vəbası mikroblarını kəşf etmiş, ipək qurdu xəstəliyini öyrənmiş, daha sonra isə insan və heyvanların xəstələnməsinə səbəb olan mikroorqanizmlərlə məşğul olmuşdur.

L. Paster qarayara və toyuq vəbasına qarşı spesifik mübarizə üsullarını irəli sürmüş və onların müsbət nəticə verdiyini isbat etmişdir. L. Paster öz əməkdaşı E.Ru ilə birlikdə quduzluq xəstəliyini də tədqiq etmiş, 1885-ci ildə ona qarşı peyvənd kəşf etmişdir.

Pasterin fəaliyyətinin ən mühim mərhələləri vaxtı ilə onun laboratoriyasının evin divarına vurulmuş xatirə lövhəsində qısa olaraq belə göstərilmişdir:

1857 – qıcqırma

1860 – öz-özünə törəmə

1865 – şərab və pivə xəstəlikləri

1868 – barama qurdlarının xəstəlikləri

1881 – yoluxma və vaksina

1885 – quduzluqdan qorunma

Mikrobiologiyanın inkişafında mühüm rol oynayanlardan biri də alman alimi Robert Kox olmuşdur (1843-1910). O, insanlar arasında müxtəlif yoluxucu xəstəliklərin bakteriyalar tərəfindən törədildiyini isbat etmiş və 1882-ci ildə vərəmin törədicilərini tapmışdır.

Vərəmi törədən bakteriyalar onun şərəfinə «Kox çöpləri» adlandırılmışdır. Vərəmin öyrənilməsinə görə 1905-ci ildə R.Kox Nobel mükafatına layiq görülmüşdür. O, bərk qidalı mühitdə mikrobların təmiz kulturasını almaq üsulunu hazırlamışdır. R. Kox patogen mikroblarla mübarizə məqsədilə dezinfeksiya üsulunu, anilin rəngləri ilə mikrobların boyanmasını, eləcə də mikrofotoqrafiyanı kəşf etməklə mikrobiologiya texnikasının əsasını qoyan tədqiqatçı alim kimi tarixə daxil olmuşdur.

R. Kox ilk dəfə eksperimentlə F.Henli tərəfindən yoluxucu xəstəliyin spesifikliyinə dair irəli sürülən fikri əsaslandırmış və infeksiyanın spesifiklik qanununu kəşf etmişdir. Bunun üçün 3 şərt irəli sürmüşdür.

  1. Yoluxucu xəstəlik zamanı xəstə orqanizmdə mütləq bu amil tapılmalı və o amil sağlam adamlarda və başqa xəstəliklərdə olmamalıdır.
  2. Həmin amilin təmiz kulturası alınmalıdır.
  3. Təmiz kulturanı sağlam heyvana vurduqda o, həmin xəstəliyə yoluxmalıdır. Ona görə də bu hazırda Henli-Kox triadası adlanır. Qarayaranın etimologiyasının Kox tərəfindən öyrənilməsi (1876) tibbi mikrobiologiyanın başlanğıcının parlaq dövrü olmuşdur.

Mikrobiologiyanın – inkişafında dünya şöhrəti qazanan alimlərdən biri də İ.İ. Meçnikov (1845-1916) olmuşdur. Onu haqlı olaraq tibbi mikrobiologiyanın və immunologiyanın banilərindən hesab edirlər. O, ilk dəfə 1883-cü ildə immunitetin foqositar nəzəriyyəsini irəli sürüb əsaslandırmışdır. İnsanın keçirdiyi bəzi xəstəliklərdən sonra həmin xəstəliyə yoluxmaması çoxdan məlum idi.

Lakin qazanılmış aktiv immunitetin mahiyyəti məlum deyildi. Meçnikov bu prosesin təbiətinin öyrənərək göstərdi ki, orqanizmin xəstəlikdən qorunması mürəkkəb bioloji bir reaksiyadan asılıdır ki, bunun da əsasını foqositlər təşkil edir.

Bu nəzəriyyəyə görə orqanizmə daxil olan yad cisimlər orqanizmdə olan xüsusi hüceyrələr-foqositlər tərəfindən udularaq məhv edilir və ona görə də orqanizm yoluxduqda belə xəstələnmir. Meçnikov immunitetdə foqositozun rolunu aydınlaşdırmışdır. 1909-cu ildə bu nəzəriyyəyə görə Nobel mükafatına layiq görülmüşdür. Həmçinin o, ilk dəfə dizenteriya mikrobunu görmüş və insanın tez qocalması səbəblərini aydınlaşdırmışdır.

Bakteriyaların düzgün təsnifatı F. Kon (1828-1898) tərəfindən verilmişdir. O bakteriyaları bitkilər aləminə aid edərək onları yosunlarla eyni qrupda cəmləşdirir və bakteriyaları morfologiyasına görə kokklar, çöplər və spirillər kimi 3 qrupa ayırır. Kon bakteriyaların sabitliyini müdafiə etməklə monomorfizm cərəyanına çaşçılıq edirdi.

Bunun əksinə olaraq K. Hegel (1817-1891) bakteriya növlərinin sabit olmadığını, xarici mühit amilləri təsiri altında özlərinin morfoloji və fizioloji xüsusiyyətlərini dəyişərək bir bir növün digər növə keçə biləcəyini iddia edərək ikinci bir cərəyanın-polimorfizmə tərəfdar çıxır. Elmin sonrakı nailiyyətləri göstərdi ki, həqiqətən bakteriyaların da özünə məxsus növləri var. Lakin bu növlərdə müəyyən inkişaf mərhələsi və uyğunlaşma nəzərə çarpır.

Mikrobiologiyanın inkişafında N.F.Qamaleyanın da (1859-1949) rolu böyük olmuşdur. O, ilk dəfə bakteriofaqların və taun çöplərinin mikroblardan kiçik canlı olmasını müəyyən etmişdir.

Mikrobiologiyanın inkişafında S.N.Vinoqradskinin və digər rus alimlərinin də böyük rolu olmuşdur. S.N.Vinoqradski nitrifikasiya prosesini, anaerob bakteriyalar tərəfindən atmosfer azotunun fiksə olunma hadisəsini kəşf etmişdir. O, həmçinin kükürd, dəmir mənimsəyən bakteriyalarda xemosintez (enerjinin hidrogen sulfid, ammonyak əmələ gəlməsi və s. oksidləşmə proseslərindən alınması) qabiliyyətini aşkar etmişdir. Bütün bu tədqiqatlarla S.N.Vinoqradski mikrooekoloji prinsipin əsasını qoymuşdur.

Beyerinq (1851-1931) S.N. Vinoqradskinin mikrooekoloji prinsipini müdafiəedən alimlərdən biri olmuşdur. O, mikroorqanizmlərin təbiətdə və azot dövranında rolunu öyrənmiş və azot toplayan – atmosfer azotunu feksəedən aerob Azotobacter chroococcum-u torpaqdan ayırmışdır. M. Beyerinq S.N. Vinoqradski ilə birlikdə kənd təsərrüfatı mikrobiologiyasının əsasını qoymuşdur.

Mikroorqanizmlərin təbiətdə maddələr dövranında fəal iştirakı barədə məlumatlar XIX əsrin 70-80-ci illərində daha da genişlənir. 1877 – ci ildə T. Şlezinq Myunts niritləşmənin mikrobioloji təbiətini göstərirlər. 1882-ci ildə P.Degeren denitritləşmə prosesinin mahiyyətini və iki il sonra bitki qalıqlarının anaerob parçalanmasını öyrənir.

1867-ci ildə H.Helrigel və H.Vilfart M.C. Varoninin təklif etdiyi kök yumruları bakteriyalarının azot fiksə etdiyini göstərirlər.

S.A. Korolyov və A.F. Voytkeviç isə süd turşusu bakteriyalarının süd məhsullarının istehsalında, yetişməsində və konservləşdi-rilməsində rolunu ətraflı öyrənmişlər. V.S.Butkeviç və S.P. Kostıçev isə üzvi turşuların istehsalında göbələklərin həyat fəaliyyətini öyrənmişlər. 1930-cu ildə limon turşusunun istehsalı təşkil olunmuşdur.

Texniki mikrobiologiyanın inkişafında S.P.Kostıçev, S.N.İvanov, A.İ. Lebedevin böyük xidmətləriolmuşdur. Lebedev spirtə qıcqırma prosesinin kimyəvi mexanizmini öyrənmişdir.

V.N. Şapoşnikov və A.J. Manteyfel tərəfindən mikrobların müxtəlif sənaye sahələrində istifadəsi məsələləri ətraflı öyrənilmiş və zavod şəraitində bakteriyaların köməyi ilə süd turşusunun, aseton və butil spirtinin istehsalı üsullarıhazırlamışdır. Sonralar V.N.Şapoşnikov və F.M. Çistyakovun təklifi ilə zavod miqyasında aseton və butil spirti alınmışdır.

Mikrobiologiyanın son dövrdəki inkişafında ingilis alimi Fleminqin (1851-1931) böyük rolu olmuşdur. O, ilk dəfə penisillin adlanadırılan antibiotiki kəşf etmişdir. E.B. Çeyn Q. Flori ilə birlikdə pensilinin kimyəvi tərkibini aydınlaşdırmış və penisillinixalis halda əldə etmişdir.

Mikrobiologiyanın inkişafında, daha doğrusu mikroorqanizmlərin sistemləşdirilməsində Amerika alimi D. Bercinin tərtib etdiyi və vaxtaşırı bir neçə dəfə nəşr olunan təyinedicisinin də böyük rolu olmuşdur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...