MİKOPLAZMOZ

YOLUXUCU XƏSTƏLİKLƏRİnsanın  mikoplazmalar  tərəfindən  törədilən  xəstəlikləri  mikoplazmozlar qrupunda birləşir. Mikoplazmalar təbiətdə mövcud olan  sərbəst  yaşamaq  və  çoxalmaq  qabiliyyətinə  malik  orqanizmlərin  ən  kiçikləridir.  Mikoplazmalar  qrupuna  mikroorqanizmlərin iki cinsi daxildir: mikoplazmanın özü və ureaplazma.

Patogen mikoplazmaların üç növündən ikisicinsi  təmas  zamanı, biri hava-damcı yolu ilə ötürülür. Mikoplazmalar digər mikroorqanizmlərlə  assosiasiyalarda  müxtəlif  xəstəliklər  törədə  bilir – onlar  sidik-cinsiyyət  üzvlərində  və  tənəffüs  üzvlərində  parazitlik  edərək  vaginitlər,  salpingitlər,  pielonefrit,  kişi  sonsuz luğu,  pnevmoniya, KRX törədirlər. “Təmiz şəkildə” mikoplazmaların törətdiyi xəstəliklər, bir qayda olaraq, az simptomlu, hətta simptomsuz keçir.

İnsanda rast gəlinən çoxlu sayda mikoplazmalar arasında yalnız 4 növü müəyyən şəraitdə xəstəlik törədə bilir. Onlardan biri –  Mycoplasma pneumonia tənəffüs sistemini zədələyərək boğazda,  bronxlarda, ağciyərlərdə iltihabi xəstəliklər törədir.

loading...

Qalan üçü –  Mycoplasma genitalium, Mycoplasma hominis, Ureaplasma urealyticum  sidik  –  cinsiyyət  mikoplazmozunun  törədiciləridir  və onlar   hazırkı   dövrdə   cinsi   yolla   keçən   xəstəliklər   sırasında  mühüm yer tutur.

Mikoplazmaların xarici mühitdə davamlılığı azdır, onlar tezliklə məhv olurlar, ona görədə əsas yoluxma üsulu cinsi və ya  sıx məişət təmasıdır.

Məişət yolu ilə yoluxma, məsələn, digərinin alt paltarı və ya çimərlik paltarını geyinərkən,  hamam  dəsmalını  istifadə  üçün  kiməsə  verərkən  və  s.  zamanı  baş  verə  bilər.  Mikoplazmoz,  bir  qayda  olaraq,  gizli,  əsasən silinmiş, azsimptomlu formalarda keçir.

Hazırda  müxtəlif  mənbələrdən, keçilərdən,  qoyunlardan,  qaramaldan, donuzlardan, gəmiricilərdən, quşlardan, həmçinin xəstə  və  sağlam  insanlardan,  alınan  mikoplazmaların  40-dan  artıq  növü məlumdur.

İnsanda mikoplazmaların 9 növü aşkar edilmişdir,  lakin  patologiyada  onlardan  yalnız  3  növ  əhəmiyyət  kəsb  edir:  Mycoplasma  pneumoniae,  Mycoplasma  hominis,  Ureaplasma urealyticum.

Xəstəliyin  yayılmasının  iqlim  şəraitindən  açıq-aşkar  asılılığı  müşahidə edilir. Tənəffüs yollarının selikli qişalarının, eşitmə üzvünün,  oynaqların,  qanyaradıcı  və  parenximatoz  üzvlərin  mikoplazmozları hələ kifayət qədər öyrənilməmişdir və onlar çox vaxt virus infeksiyaları hesab edilir.

Müxtəlif  növlü  mikoplazmalar  üçün  infeksiyanın  aşağıdakı  yoluxma  yolları  müəyyən  edilmişdir:  cinsi,  maye, bətndaxili və natal.

İnfeksiya mənbəyi yalnız mikoplazmozlu xəstə və ya mikoplazma gəzdiricisi olan sağlam insandır. Mikoplazmalara ən çox  ilin  soyuq  vaxtı  təsadüf  olunur.  Sidik-cinsiyyət  mikoplaz mozu  kişi lərdə qeyri-qonokokk uretriti və qadınlarda çanaq üzvlərinin iltihabi xəstəlikləri şəklində xlamidioz və süzənəklə müqayisədə  xeyli  az  müşahidə  olunur.

Çox  vaxt  qarışıq  xəstəlik,  həmçinin  mikoplazmaların sağlam  gəzdiriciliyi  müşahidə  olunur,  bu  isə  infeksiyanın  dölə  keçməsi  üçün  təhlükə  yaradır.  Bətndaxili  infeksiyalaşma  qalxan  infeksiya  (bəzən  hematogen)  nəticəsində  baş  verə  bilər,  doğuş  zamanı  dölün  infeksiyalaşma  təhlükəsi yüksəkdir.

Hamiləliyin erkən dövrlərində infeksiyalaşma zamanı  özbaşına abort baş verə bilər. Urogenital mikoplazmoza hər yerdə rast gəlinir. Belə ki, çoxsaylı işlər sidik-cinsiyyət yolunun trixomonada,  qonokokk  və  xlamidiya  zədələnmələri,  qadın  cinsiyyət  sahəsinin  naməlum  etiologiyalı  kəskin  və  xronik  iltihabları, hamiləliyin  və  dölün  patologiyaları  zamanı  mikoplazma  infeksiyasının xeyli yayıldığını göstərir.

Mikoplazma  infeksiyasının  cinsi  yolla  keçməsi  faktı  şübhə  doğurmur.  Bundan  başqa,  dölün  bətndaxili  infeksiyalaşmasına  gətirib çıxaran şaquli yoluxma yolu da mövcuddur.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...