MİELİT

mielitMielit onurğa beyininin bütün iltihabi proseslərinin ümumi adı olub, onun həm boz, həm də ağ maddəsini əhatə edə bilər. Mielit termini ilə onurğa beyninin istənilən iltihabi prosesini adlandırırlar. İltihabın formasından və yayılma dərəcəsindən asılı olaraq, simptomların şiddəti əhəmiyyətli dərəcədə dəyişə bilər və bu xəstəlik indiyədək sinir sisteminin ağır xəstəliklərindən hesab olunur.

Mielit yüksək faizli ağırlaşmalar verir və çətinliklə müalicəyə tabe olur. Bu xəstəlik dünyada o qədər də geniş yayılmamışdır, hər 1 milyon əhaliyə düşən xəstələnmə hallarının sayı 5-dən artıq deyil. Mielitin yaranmasında hər hansı bir özəlliyi qeyd etmək olmaz, insanın cin-siyyəti və ya yaşı xəstəlik riskinə heç bir təsir göstərmir. Bəzi tədqiqatçı-lar mielitin 10-20 yaş arasında və ahıl şəxslərdə daha çox rast gəlindiyinə dair dəlillər gətirirlər.

Kəskin mielit. Adından göründüyü kimi, xəstəliyin bu forması kəskin şəkildə başlanır. Simptomlar çox aydın şəkildə təzahür edir. Xəstəliyin bu forması çox ağır keçir və onun fonunda bir çox ağırlaşmalar inkişaf edə bilir;

loading...

Yarımkəskin mielit. Simptomlar tədricən özlərini göstərməyə başlayır. Lakin qeyd etmək lazımdır ki, bu patologiya proqressivləşən xarakterə malik olur. Bu, tədricən klinik şəklin getdikcə daha da pisləşəcəyindən xəbər verir. Mielitin bu fоrmasının xüsusi bir variantı Fua və Alajuanin (1926) tərəfindən təsvir olunmuş yarımkəskin nekrotik myelitdir;

Bəzən mielitin inkişafının səbəbini müəyyən etmək mümkün deyil, lakin əksər hallarda əsas “tətik amilləri” məlum olur.

Mielitin klinik şəkli tamamilə iltihabın lokalizasiyasından asılı olur. Zədələnmənin səviyyəsi onurğa beyninin seqmentləri və ya şöbələrinə (hər birində bir neçə seqment var) əsasən müəyyən edilir. Onurğa beyninin hansı şöbəsinin zədələnməsindən asılı olaraq, mielit boyun, döş və bel-oma növlərinə bölünür. Bir qayda olaraq, mielit onurğa beyin seqmentinin en kəsiyini tamamilə əhatə edərək bütün ötürücü sistemlərin işini pozur. Bu, o deməkdir ki, həm hərəki, həm də hissi sahələrin; həm-çinin çanaq üzvlərinin funksiyalarının pozulması müşahidə edilir.

Mielitin simptomlarını təsvir edərkən, bunu onların meydana çıxma vaxtinı nəzərə almaqla etmək daha düzgün olardı. Xəstəliyin başlanma anından şiddətlənməsinə qədər, onun klinik təzahürləri əhəmiyyətli dərəcədə dəyişir. İnfeksion mielitin ilk əlamətləri tamamilə qeyri-spesi-fik olur və digər infeksion xəstəliklərdən az fərqlənir. Kəskin başlanğıc, bədən temperaturunun qəflətən 38-39 ° C-yə qədər yüksəlməsi, üşütmə, ümumi zəiflik kimi iltihab prosesinin bütün “standart” əlamətləri mielit zamanı qeyd olunur. Vaxt keçdikcə xəstəlik onun üçün xarakterik xüsu-siyyətləri əldə etməyə başlayır. İlk nevroloji simptom, adətən bel ağrısı olur.

Ağrılar çox intensiv ola bilər (bu, fərdidir). Mielit zamanı ağrı his-siyyatı bir nahiyə ilə məhdudlaşmır və bədənin qonşu sahələrinə də yayılır. Onun irradiasiyası, onurğa beyninin kökcüyünün zədələnməsinin (radikulitin) bir əlamətidir. Ağrı kürəyə, aralıq, bud və s. nahiyələrə ötürülə bilər.

Bütün bunlar zədələnmənin səviyyəsindən asılı olur. Sonra, 1-3 günün ərzində hərəki və çanaq üzvlərinin funksiyalarının pozuntuları da qeyd edilməyə başlayır, xəstəliyin əlamətləri inkişaf edərək maksimum dərəcəyədək çatır. Simptomlar vaxt keçdikcə daha aydın surətdə tə-zahür etməyə başlayır və bəzi hallarda simptomların belə bir “təkamülü” bir neçə saat və ya gün ərzində baş verə bilər.

Azərbaycanda geniş yayılmış sinir xəstəlikləri, Bakı 2019, Fərhad Əhmədov

loading...

Bunlarıda bəyənə bilərsiniz ...