METASTAZ NƏDİR

MetastazMetastaz bədxassəli şişin bir orqandan digərinə keçməsi yaxud inkişafının növbəti mərhələsidir. Müasir konsepsiyalara görə metastaz bədxassəli şişin əmələ gəlməsidən dərhal sonra yaranır.

Şiş hüceyrələri ana şişdən ayrılır və yayılır, onlar yenidən metastaz  verə bilərlər. İmmun sistemi onlara qarşı uzun müddət mübarizə aparır və şiş hüceyrələrinin inkişafının sürətini azaldır.

Yayıldıqdan sonra şiş hüceyrələri uzun müddət passiv qala bilərlər. Bu passivlik illərlə davam edə bilər. Metastazın orqanizimdə yayılması əsasən şişin növündən asılıdır. Bir çox xəstələrdə metastaz 1-2 ildən sonra aşkar edilir.

loading...

Latent, yəni gizli, metastaz şişin əməliyyat vasitəsilə çıxarıldıqdan illər sonra aşkar edilə bilinər. Müəyyən növ müalicələr metastaz prosesini yuvandırmağı bacarır. Bunlar kimyəvi terapiya, şua terapiyası və s.

Metastaz, əsasən, bədənin artıq şişlə mübarizə aparmağa resursu qalmayanda baş verir. Metastaz bütün həyatı orqanların və sistemlərin funksiyasını əhəmiyyətli şəkildə pozur. Çox hallarda onkoloji xəstənin ölümü əsas xərçəngin metastazları səhəsində baş verir. Bundan əlavə metastaz ümumi vəziyyətidə pisləşdirir, dözülməz ağrılara səbəb olur.

Metastazlar əsasən limfa düyünlərində, böyrəkdə, ciyərlərdə aşkar edilir. Az hallarda isə ürək əzələlərində, dəridə, mədəaltı vəzdə və dalaqda.

Kimyəvi və şua terapiyasının əsas məqsədi xərçəngin ilk başlanğıcında metastazların yaranmasının qarşısını almaqdır, profilaktikasıdır.

loading...

Bunuda oxu...