METABOLİK SİNDROM

METABOLİK SİNDROMMetabolik sindrom insanda ürək-qan damar sistemi xəstəliklərinin (insult, infarkt və s.)  və şəkərli diabetin olma riskini yüksək olmasını müəyyən edən maddələr mübadiləsi pozğunluğudur.

Səbəbi toxumalarda insulinə qarşı həssaslığın aşağı olmasıdır.

Metabolik sindromun aşkarlanmasının əsas məqsədi şəkərli diabetin və ürək-qan damar sisteminin xəstəliklərinin risk faktorlarını dəyərləndirməkdir. Nə üçün bu məsələ bu qədər önəmlidir?

loading...

ARIC (Atherosclerosis Risk in Communities Study) tədqiqatın nəticələrinə əsasən metabolik sindrom özu, müstəqil olaraq, qəfləti ürək dayanması riskini 70% artırır. Bu əlaqə cinsdən, irqdən asılı deyil və metabolik sindromu təşkil edən kriteriya komponentlərindən asılıdır.

Risk qrupuna kimlər daxildir:

Abdominal piylənmə və artıq çəki problemi olan insanlar,

Azhərəkətli həyat tərzi olan insanlar (daima evdə və işdə oturanlar),

İrsi faktorları olanlar (yaxın qohumlarında şəkərli diabet, insult, infarkt, arterial təzyiqi olanlar),

Prediabeti (şəkərə meyilliyi), diabeti olanlar,

Arterial təzyiqi yuxarı olanlar,

Qanda yağları – triqliseridləri yüksək, HDL isə aşagı olanlar,

Artıq çəkidən əziyyət cəkənlər. (Qeyd: bel dairənizi ölçün. Qadınlarda bel dairəsinin ölçüsü 88 sm, kişilərdə 102 sm-dən artıqdırsa metabolik sindrom inkar olunmalıdır).

Hansı göstəricilərə baxılmalı:

Arterial təzyiq ölçülməli,

Qanda şəkər, insulin, xolesterin, triqliseridlər, asağı və yüksək sıxlıqlı xolesterin yoxlanmalı.

Yaxşı xəbər – sizin müayinələrinizdə dəyişiklik çıxsa, bunu düzəltmək mümkündür. Düzgün qidalanma və fiziki aktivlik və vaxtında təyin olunmuş müalicə problemin həllidir. Həyat tərzinin dəyişməsi həm həyatınızı, həm də sizin diaqnozı dəyişmiş olacaq.

Dr. Arzu Əyyubova

loading...

Bunuda oxu...