METABOLİK SİNDROM

Piylənmə fonunda baş verən hormonal və maddələr mübadiləsinin , kliniki pozulmaların, kompleksinə metabolik sindrom deyilir.

Abdominal piylənmə (qarın nayihəsində piy) ilə birgə aşağıda qeyd olunmuş hallardan ən az biri də sizdə mövcuddursa metabolik sindrom riskiniz var deməkdir:

hipertoniya

loading...

qanda qlükozanın yüksək səviyyəsi

qanda xolesterinin yüksək səviyyəsi.

Bu xəstəliklərdən əlavə metabolik sindrom podaqra, qaraciyərin piylənməsi, yumurtalıqların polikistozu, ereksiya disfuksiyası kimi problemlərə yol aça bilər. İrəliləmiş halda isə sirroz, tromboz, miokard infarktı, insult, diabetik retinopatiya kimi daha ağır xəstəliklərə yol açır.

Metaboliksindrom insulin rezistentliyi ilə birgə müşahidə olunur, nəticədə yağ və karbohidrat mübadiləsi pozulur həmçinin erkən ateroskleroz riski artır. Metabolik sindrom nəticəsində orqanizmin bütün toxumalarında və sistemlərində patoloji dəyişikliklər baş verir. Yağ təbəqəsi böyük bir endokrinoloji orqandır; diabet, ateroskleroz və iltihab proseslərə səbəb olan bioloji aktiv maddələrin mənbəyidir.

Əsasən bu sindrom fastfudla, ayaqüstü buterbrod və hot-doqla qidalanan, tez tez stressə məruz qalan və azhərəkətli həyat tərzi sürən insanlarda müşahidə olunur.

Dr.Rövşən Həsənov

 

loading...

Bunuda oxu...