MENSTRUASİYA ZAMANI QANIN RƏNGİ NƏYƏ İŞARƏDİR?

Parlaq qırmızı: Parlaq qırmızı aybaşı qanı, uşaqlıqdan yenicə atılan qanı ifadə edir. Qan axımının bu növü əsasən açıq rəngdə olur və aybaşısı düzənli olan qadınlarda görülər.

Tünd qırmızı: Tünd qırmızı qan əsasən “köhnə qan” dır. Bir müddət uşaqlıq daxilində qanın ləngiməsi baş verdiyindən yaranır. Yəni qanın uşaqlıqdan atılması ləngiyir.

Qəhvəyi rəng və ya qara: Bu köhnə qan olaraq bilinir. Çox qadın aybaşı dönəminin sonuna doğru tünd qəhvəyi rəngi və ya qara qan görür. Bu cür olan qan axımının miqdarı az olur. Bu qan uşaqlıq daxilində qalan qan ola bilər, ya da aybaşı dönəmləri düzənsiz olan qadınlarda görülə bilər.

loading...

Narıncı rəng: Uşaqlıq mayesi ilə qarışan parlaq qırmızı aybaşı qanı, qırmızı zolaqlar şəklində narıncı rəngli görünə bilər. Parlaq narıncı qan infeksiya ilə əlaqəli ola bilər.

Əziz xanımlar bu kimi dəyişikliklər gördüyünüzdə və nədənsə şübhələnirsinizsə həkimə müraciət etməyiniz və USM keçməyiniz tövsiyyə olunur.

Dr. Fəxrəndə Rəsulova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...