MENSTRUASİYA ZAMANI BUNLARA DİQQƏT

Menstrual tsikl qadına dünyaya uşaq gətirmək şansı verir. Lakin bu həm də bəzi problemlər deməkdir. Bu problemlərdən yayınmaq üçün bəzi qaydalara əməl etmək lazımdır:

1) Ağrılı menstruasiya vaxtı ağrıkəsici qəbulunda diqqətli olmaq lazımdır. Analgin və aspirin kimi preparatlar qanın laxtalanmasına və hematopoezə (qan yaradan hüceyrələr) təsir edən preparatlardır.

2) Aybaşı zamanı isti vanna qəbul etmək olmaz, çünki bu, qan ayrılmasını stimullaşdırır və qanaxmaya səbəb ola bilər.

loading...

3) Şokolad, ət məhsulları, xama, süd, qəhvə, qoz, yumurta, həddən artıq kəskin və duzlu yeməklər, həmçinin kolbasa kimi hazır qidalar menstruasiya vaxtı baş ağrılarına, hətta başgicəllənməyə səbəb ola bilər.

4) Menstruasiya vaxtı hormonal fon dəyişdiyi üçün etdirilən kosmetik prosedurlar istənilən effekti verməyə bilər.

Aybaşı günləri emosional keçdiyi üçün neqativ hisslərdən, stresdən uzaq olmağa çalışın.

Dr. Arzu Əliyeva

loading...

Bunlarıda bəyənə bilərsiniz ...