MENİNGİT NƏDİR, NECƏ BAŞLAYIR?

Meninqit beyin və onurğa beynin qişalarının iltihabıdır və ciddi təhlükəli xəstəlikdir. Xəstəlik həm sərbəst olaraq həm də başqa xəstəliyin ağırlaşması kimi əmələ gələ bilər. Meninqit etioloqiyasına görə bakterial, viruslu və göbələkli olur. İltihablı prosesinə görə meninqit irinli və serozlu, beyin qişasının sürətli zədələnməsi olur.

Xəstəliyin gedişatına görə kəskin, kəskin öncəsi, xroniki forması olur. Əmələ gəlmə səbəbindən asılı olaraq birincili və ikincili, başqa xəstəliyin nəticəsində əmələ gələn, olur.

Əsasən xəstəliyin səbəbi beynin yumşaq toxumalarını və serebrospinal mayeni zədələyən bakteriyalar və viruslar olur. Uşaqlarda xəstəliyin səbəbi qida, su, çirkli əşyalardan orqanizmə keçən enteroviruslardır. Böyüklərdə adətən Streptococcus pneumoniae və Neisseria meningitidis bakteriyaları xəstəliyin səbəbidir.

loading...

Bu bakteriyalar burunda, boğazda olaraq meninqit əmələ gətirmir, ancaq qana, beynin yumşaq toxumalarına, serebrospinal mayeyə keçərək iltihab prosesi başlayır. Bəzən meninqitin səbəbi başqa bakteriyalar ola bilər. Yenidoğulmuş körpələr doğuş zamanı B qrup Streptokokk bakteriyaları ilə yoluxur. Listeria monocytogenes bakteriyası əsasən körpələrdə və yaşlı insanlarda xəstəliyə səbəb olur.

Meninqit çox vaxt başqa xəstəliyin ağırlaşması və beyin travması nəticəsində əmələ gəlir. Xəstəlik doğuş vaxtı, nəfəs yolu, selikli qişalar, çirkli su, qida, həşərat və gəmirici sancması yolları ilə keçir.

Dr. Nərgiz Ağayeva

loading...

Bunuda oxu...