MEDİTASİYANIN FAYDASI

MeditasiyaMediyasiya əhval-ruhiyəni qaldırır və bu daha çox narahatlığı olan insanlara faydalıdır.

Meditasiya, həmçinin gələcəkdəki narahatlıqların qarşısını almağa və yalnız indiki hadisələrə diqqət yetirməyə kömək edir. Daimi narahatlıqdan əziyyət çəkən insanların beynində həmişə təkrarən fikirlər dolanır və bu fikirlər onları etdikləri işdən yayındıraraq ovqat və məhsuldarlıqlarına təsir göstərir.

Lakin, yeni tədqiqatlar göstərir ki, xüsusən, yüksək səviyyədə emosional stress keçirən insanlar üçün hər gün cəmi 10 dəqiqə meditasiya beyində dolaşan lazımsız fikirləri azaltmağa kömək edə bilər.

loading...

Əvvəlki araşdırmalar göstərir ki, meditasiya sağlam şəxslərdə “qeyri-standart düşüncə”-nin qarşısını almağa kömək edir.

Tədqiqatçılar narahatlıqlarına görə müalicə alan 82 universitet tələbəsindən diqqətlərini düzgün şəkildə cəmləşdirmək qabiliyyətlərini ölçmək üçün müəyən komputer tapşırığını yerinə yetirməyi istəyiblər. Proses boyunca, təsadüfi məqamlarda iştirakçılardan “bu andan əvvəl” düşüncələrini açıqlamağı xahiş ediblər. Daha sonra iştirakçıları iki qrupa bölüblər.

Qruplardan  biri “Xobbit” kinosundan bir parçaya qulaq asıb, digəri isə düzgün nəfəsalma, beyinlərini hər cür təcrübəyə açıq saxlama barədə meditasiyaya qulaq asıb. Daha sonra qruplar kompyuter tapşırığını təkrar edib.

Bu dəfə, əvvəlki 44 faiz çıxan nəticədən fərqli olaraq, 43 faiz iştirakçıda beyində dolaşan lazımsız fikirlər olub, bu ona işarədir ki, onlar artıq ətraflarında baş verən lazımsız hadisələr və ya hər hansı bir kompyuter tapşırığını düşünməyib.

Filmdən bir hissəyə qulaq asan qrupda isə, ətrafda baş verən lazımsız hadisələr barədə düşüncələr artıb-əvvəlki 35 faiz nəticədən 55% qədər. Meditasiya qrupu gələcəkdəki narahatlıqları düşünənlərin də sayının 35 faizdən 25 faizə düşdüyünü məruzə edib.

Bu göstəricilər daxili narahatlıqlardan (məsələn,sabahkı imtahan) tutmuş, hal-hazırda  ətrafda baş verən hadisələri ( məsələn çirkli kompyuter monitoru) əhatə edir. Bütün bunlar əhəmiyyətlidir, çünki gələcəkdəki narahatlıqları düşünmək elə narahatlığın göstəricisidir.

Meditasiyanın bütün lazımsız fikirlərin hamsını aradan qaldırmadığı məlum olsa da, bu həmin düşüncələrlə əlaqəli müəyyən miqdarda yayınmaların azaldılmasında mühüm rol oynayır.

O, həmçinin əlavə edir ki, lazımsız düşüncələr insanların şüurunun demək olar ki, yarsını təşkil edir. Bu bizə gündəlik işlərdə səhv buraxmağa səbəb ola bilər, məsələn hər hansı bir başlıqsız bir məktubun email vasitəsilə göndərilməsi.

Bundan başqa lazımsız düşüncələr bizə sürücülük zamanı hər hansı bir xəsarət almağa, məktəbdə çətinliklərə və gündəlik həyatımızda narahatlıqlara səbəb ola bilər. Ona görə də bütün bunların qarşısını almaq üçün meditasiya faydalıdır.

loading...

Bunuda oxu...