MƏDƏ AĞRISI

Mədə ağrısı bir çox xəstəliyin əlamətidir. Müəyyən zaman ağrı mədə ilə əlaqədar yox, digər orqanda olan problemi bildirir.

Anidən yaranan iti mədə ağrısı adətən pankreatit, xolesistit və onikibarmaq bağırsağın xorasının əlamətidir.

Anidən olan mədə ağrısı zəhərlənmə yaxud selikli qişanın kimyəvi yanığında ola bilər.

loading...

Çox güclü ağrı, “elə bil bıçaq batır” xoranın perforasiyası nəticəsində baş verə bilər.

Yanğı hissi qastrit yaxud xora əlamətidir. Küt və sızıltılı ağrı isə həmin xəsətliklərin xroniki formasının əlamətidir.

Spazmatik, tutmalı ağrı adətən xora yaxud onikibarmaq bağırsağın iltihabı əlamətidir.

İti, ancaq 2-3 üç saniyə davam edən, nəfəs alınan zaman baş verən mədə ağrısı diafraqma qıcolmasının əlamətidir.

Daimi zəif və sızıltılı mədə ağrısı bədxassəli şişin nəticəsində ola bilər.

Bunlar mədə ağrısının bütün səbəbləri deyil. Hərdən bu simptomlar qıcıqlanmış bağırsaq sindromuna, tromboza, bağırsaq keçilməzliyinə, müəyyən sinir xəstəliklərinə aid olurlar.

Mədə ağrısını əlamətindən və səbəbindən asılı olmayaraq özünümüalicə etmək olmaz. Hətta illərin təcrübəli həkimi belə ancaq xarici əlamətlərə görə dəqiq diaqniz qoya bilmir. Tibbi anlayışı olmayan insana isə bu ümumiyyətlə mümkün deyil. Bunun üçün mədə ağrısı zamanı mütləq həkimə müraciət edin.

Mədə ağrısı zamanı ilk yardım vasitələri çox azdır. Xəstənin həkim gələnə qədər  edə biləcəyi ən faydalı vasitə analqetik qəbul etməkdir. Mədə qıcqırması zamanı antasid qəbul etmək olar – bu dərmanlar turşuluğu azaldır.

loading...

Bunuda oxu...