MASAJIN FAYDASI

MasajMasaj bədənin müxtəlif hissələrinə əllə yaxud xüsusi alətlə olan mexaniki təsirdir. Masaj günümüzdə effektiv müalicə növüdür, həmçinin onun vasitəsilə yorğunluğu götürmək, orqanizmi sağlamlaşdırmaq və müxtəlif xəstəliklərin profilaktikası mümkündür.

Masajın əsasında nerv-reflektor, humoral və mexaniki proseslər yer alır. Nerv-refloktor mexanizmin mahiyyəti dəri, əzələ, damar və digər orqanların nerv sonluqlarının qıcıqlandırılmasındadır.

Bu isə müxtəlif orqanların funksional vəziyyətini dəyişdirir, reaktivliyini və ətraf mühitə qarşı davamlılığını artırır.

loading...

Masajın təsiri altında dəridə yüksək aktivliyə malik maddələr canlanır (humoral müxanizm). Masaj dərinin qan dövranını artıraraq onu elastik edir. Dərinin mexaniki və temperatur təsirlərinə qarşı müqaviməti artır. Dəri-əzələ tonusunu artıraraq masaj dərinin görünüşünə dəyişir, hamar və elastik edir.

Masajın təsiri altında damarlarda və damar ətrafı toxumalarda qan dövranı yaxşılaşır. Həmçinin masaj periferik və mərkəzi sinir sisteminə təsir edir. Dəri masajı zamanı mərkəzi sinir sistemi mexaniki qıcıqlanmaya ilk reaksiya verir. Mütəmadi masaj tənəffüs sisteminədə müsbət təsir edir.

Masaj müalicəvi, gigiyenik, kosmetoloji və idman tipli olur. Müalicəvi massaj müalicə məqsədi daşıyır və üç hissədən ibarətdir:

1) giriş –  1-3 dəqiqə;

2) əsas –  5-20 dəqiqə;

3) son – 1-3 dəqiqə.

Belə masaj digər müalicə növləri və vasitələri ilə birlikdə daha effektiv olur. Gigiyenik masaj sağlamlığı bərkitmək, işgüzarlığı artırmaq və xəstəliklərin qarşısını almaq üçün istifadə edilir. Sabahlar daha faydalıdır. Kosmetik masaj gigİyenik masajın bir növüdür, o dərinin qocalmasına qarşı effektivdir.

İdman masajı idmançının  funksional vəziyyətini və formasını yaxşılaşdırır, yorğunluğunu alır, fiziki işgüzarlığını artırır və travmaların müalicəsində faydalıdır.

loading...

Bunuda oxu...