MARTİN HAYDEGGER

MARTİN HAYDEGGERHaydegger (1889—1976) ekzistensializmin banilərindən biri kimi sübut etməyə çalışırdı ki, insana zamanın hazırki məqamında “burada və indi” mövcud olan tarixi varlıqtək baxmaq lazımdır. O bu fikrə uyğun olaraq fəlsəfənin vəzifəsini “burada və indi” prinsipi əsasında insanın mövcud varlığının təhlili kimi müəyyənləşdirirdi. Ani təəssüratların, zamanın təcrübəsinin araşdırılması Haydeggerin “Varlıq və zaman” əsərinin aparıcı mövzularından biri olmuşdur.

M.Haydegger bu əsərində yeni ontologiyanm yaradılması məsələsini qaldırmışdır. Bu ontologiyanm çıxış nöqtəsi belə idi: “burada varlıq”dır, yəni ekzis- tensiyadır. Haydeggerə görə ekzistensiya insanın sonluğu, dünyadakı vəziyyəti və başqa adamlarla təmasda olması ilə müəyyən edilir.

Haydegger bildirir ki, fəlsəfənin əsas problemi varlığın təbiətinin açıqlanmasından ibarətdir. Platondan başlamış, ta bu günümüzə qədər filosoflar həmin sahədə uğur qazana bilməyiblər, çünki varlığı mücərrədləşdinnək və kateqoriyalaşdırmaqla, son nəticədə onun nədən ibarət olduğunu anlaya bilməyiblər. O, sözünə davam edərək deyirdi ki, fenemenoloji üsulun meydana çıxması ilə varlığı hər hansı bir ilkin şərtlərdən asılı olmayaraq araşdırmaq imkanı əldə edildi. Haydegger yazırdı ki, varlığı konseptualizmdən təmizlənmiş şüurda aşkar etmək mümkündür. Haydeggerə görə varlığın həlledici aspekti insanın mövcudluğudur.

loading...

Burada söhbət ayrıca götürülmüş bir adamın varlığından deyil, daha çox insanın mövcudolma üsulundan gedir. Odur ki, burada “varlığı” araşdırmaqla biz varlığın özünün də axtarışına başlaya bilərik. Haydeggerin dediyinə görə insanlar həmişə hansısa şəkildə strukturlaşdırılmış bir dünyada olurlar. Onlar öz dünyalarını yaratmırlar və bu mənada “burada varlıq” həqiqidir. İnsanlar artıq buradadırlar və istəsələr də, istəməsələr də duruma uyğun şəkildə fəaliyyət göstərməlidirlər.

Onlar uyğunlaşır və qarşılıqlı fəaliyyət göstərir, nə baş verməli olduğunu qabaqcadan görürlər. Beləliklə, hər bir kəs öz dünyasını qavrayır, lakin “burada varlıq” və “varlıq” arasındakı ümumi münasibəti dərk etməyə qadir deyildir. İnsan müəyyən dərəcədə onu əhatə edən dünyanın xarakteri ilə səciyyələndirilir. Eyni zamanda, insan onun dünyasının varlıq tərəfindən şərtləndirildiyi dərəcədə azaddır.

Lakin insanlar insan mövcudiyyatı, bütövlükdə “burada varlıq” ilə olan əlaqələrinin, həmçinin, yaşadıqları dünyanın köləsinə çevriliblər. Daha sonra, Haydegger yazırdı ki, bu adi, həqiqi olmayan mövcudluqdur. İnsan gündəlik həyatın ehtiraslarından əl çəkdiyi, özünü bir bütöv kimi dərk etdiyi və hər şeyi vicdanla öyrəndiyi halda varlığının həqiqiliyinə nail ola bilər. Belə halda o, insani durumu insanların yaşadıqları həyat terminlərilə qavraya bilər. Onların həyatı ölümə doğru gedir və insanlar bundan qorxurlar. Lakin onu başa düşməklə biz qarşıdan gələn ölümün bizə həqiqilik aşılayacağmı dərk edirik. Hər birimizi ölüm gözləyir və bu ölüm müstəsna olaraq bizə məxsusdur.

Hamımız ölümə məhkumuq. Bunun başa düşülməsi bizə sonlu olduğumuzu, həm məsuliyyətimizi, həm də azadlığımızı və varlığımızı dərk etmək imkanı verir. Hər birimiz onun üçün önəmli olanı müəyyənləşdirmək və bu zaman özümüzü birdəfəlik buxovlamamaq imkanına malikik. Haydegger Nitsşenin hər bir insanın öz dəyərlərini özünün yaratması ideyasını yenidən formalaşdırdı. O yazırdı ki, “burada varlıq” dünyada zaman anlamında mövcud olmaqdan savayı heç bir digər məqsədə malik deyil. Kəşf edilməsi lazım gələn. Tanrıdan yüksəkdə duran insan və ya struktur mövcud deyildir.

Ekzistensializmə görə insan — ölümə məhkum olan müvəqqəti, sonlu bir varlıqdır. Ölüm haqqında insanın istənilən təsəvvürləri və onun ekzistensializmdəki yeri dindəki ilə eyni olsa da, bu fəlsəfənin əksər nümayəndələri insana heç bir axirət perspektivi təklif etmirlər. Ekzistensialistlər belə hesab edirlər ki, insan onun özünün faniliyini xatırladan hər bir şeyi çox yüksək qiymətləndirməlidir. Bu səbəb ekzistensializmin “sərhəd durumları”, insanın daim düçar olduğu ən ağır həyati durumları haqqında təlimində parlaq şəkildə əks etdirilmişdir.

Ekzistensialistlərin fikrincə ən əsas “sərhəd durumu” ölümlə üzləşmə durumudur. Bu təlimin dünyəviləşdirilmiş qolu da vardır ki, o da ekzistensializmin dini qolundan, yaxud transsendensiya dünyasından, “heçlik”, “olum, ya ölüm” durumundan ibarətdir. Sərhəd durumları insanı seçim zərurətilə üzləşdirir. İnsan daim öz davranışının bu və ya digər formasını seçməli, bu və ya digər ideallar və dəyərləri əldə rəhbər tutmalıdır. Dini ekzistensializm üçün əsas seçim məqamı Tanrının “lehinə”, yaxud “əleyhi- nə”nin müəyyənləşdirilməsidir. “Lehinə” — inam, məhəbbət və İtaət yoludur. Bunun nəticəsində insanı sonsuz səadət gözləyir. “Əleyhinə” isə Tanrıdan imtina etmək deməkdir ki, bu da ilahi cəza ilə nəticələnir.

Ekzistensializmin dünyəvi qolunda seçimin əsas məqamı şəxsiyyətin özünügerçəkləşdirməsilə bağlıdır. Bu özünügerçək- ləşdirmə insan varlığının təsadüfiliyi, onun bu dünyaya atılmış olması ilə müəyyənləşir. Atılmış olmaq o deməkdir ki, insanı heç kim yaratmayıb, xəlq etməyib. İnsan dünyaya təsadüf nəticəsində gəlir və o, özü də heç nəyə əsaslana bilmir. Sekulyar ekzistensializmin nümayəndələri iddia edirlər ki. Tanrı yoxdur. Tanrı ölüb. Nə xristian əxlaqı, nə də hər hansı bir dünyəvi əxlaq insana necə hərəkət etmək lazım gəldiyini göstərməyəcək, “dünyada rəmzlər yoxdur”. Biz hərəkətlərimizə bəraət qazandıra bilən heç bir göstərişə əsaslana bilmərik. İnsan onları fəaliyyəti və təmaslarının gedişində özü formalaşdırır. Bu və ya digər ideallar və dəyərlər seçərkən, bu və ya digər hərəkətlər edərkən fərd özünü bir şəxsiyyət kimi formalaşdırır. Onun seçiminin xarakterini heç nə şərtləndirmir və şərtləndirə də bilməz. Sartrm dediyi kimi: “İnsan özü özünü seçir”. Lakin özünüseçməklə, insan bütün insanları seçir.

Hər bir hərəkətimiz insanın əsl surətini yaradır. Özünüseçmək həm də eyni zamanda, seçdiyimiz dəyərləri bərqərar etmək deməkdir. Buradan da bütün bəşəriyyətin gələcəyi üçün təlaş hissi doğur. Hər bir insan seçimini özü etdiyindən və onun üçün heç bir məqsəd göstəricisi, rəmz olmadığından, insan üçün hər bir şey o şəkildə baş verir ki, sanki bütün bəşəriyyətin nəzərləri ona doğru yönəlib və hamı onun hərəkətlərinə uyğunlaşır. Sartr kimi mütəfəkkirlər bəşəriyyətin fəlakətli durumunun Kyerkeqor tərəfindən verilən təsvirinin gerçəkliyə uyğun olduğunu israr edir, lakin eyni zamanda, onun bu problemlərin bütövlüklə və tam həllinə etiqad, onu qəbul etməyə hazır olmaq mövqeyindən yanaşmasını inkar edirdilər.

Ekzistensializm nöqteyi-nəzərincə insanın özünü və başqa adamların dünyasını yaratmaq qabiliyyəti, gələcək dünyanın surətini seçmək bacarığı insanın azadlığının nəticəsidir. İnsan —azadlıq deməkdir. Ekzistensialistlər xüsusi qeyd edirlər ki, insan tamamilə, onun məqsədlərinin real imkanlarından asılı olmayaraq azaddır. İnsanın azadlığı istənilən şəraitdə qorunur və o da öz ifadəsini, seçmək imkanında tapır. Söhbət hərəkət etmək üçün imkanlar seçilməsindən yox, mövcud duruma öz münasibətini bildirməkdən gedir. Beləliklə, ekzistensializmdə azadlıq — ilk növbədə, şüur azadlığı, fərdin mənəvi-əxlaqi mövqe seçimi azadlığıdır.

Ekzistensializm fəlsəfəsində azadlıq probleminin qoyuluşun- dakı qüvvətli cəhəti ayrıca qeyd etmək lazımdır. Bu cəhət insan fəaliyyətinin, əsasən, xarici şəraitlə deyil, daxili məqsədlərlə istiqamətləndirildiyinin, bu və ya digər şəraitdə hər bir insanın fıkrən fərqli şəkildə reaksiya verdiyini vurğulamaq cəhdindən ibarətdir. Ekzistensializm öyrədir ki, hər bir insanın özündən çox şey asılıdır və o, hadisələrin mənfi istiqamətdə inkişafı zamanı “şəraif’dən şikayət etməlidir. İnsanlar fəaliyyətlərinin məqsədlərinin müəyyənləşdirilməsində əhəmiyyətli dərəcədə azaddırlar. Hər bir konkret-tarixi məqamda onların bir yox, bir neçə imkanları olur. Hadisənin inkişafının real imkanlarının mövcud olması şəraitində insanların qarşıya qoyduqları məqsədlərə nail olmaq üçün vasitə seçməkdə azad olmaları heç də az önəmli deyil. Məqsədlər və hərəkətdə təcəssüm etdirilən vasitələr isə müəyyən durum yaradırlar ki, həmin durum özü də təsir göstərməyə başlayır.

Hadisələrə ekzistensialistcəsinə yanaşmanın zəif cəhəti isə insanların məqsəd və niyyətlərini, subyektiv mövqeni xarici tarixi səbəblərlə, insanın yer üzünə gələrkən artıq müəyyən səviyyədə formalaşmış maddi və mənəvi mədəniyyətlə, sosial institutlar sistemilə rastlaşması faktı ilə əlaqələndirməyi bacar- maması, yaxud bunu etmək istəməməsidir. Bir şeyi nəzərə almaq lazımdır ki, bu sistemə daxil edilmiş insan onu əhatə edən mühit çərçivəsində fəaliyyət göstərmək məcburiyyətindədir. İnsanın məsuliyyəti də azadlıqla ən sıx şəkildə əlaqəlidir. Azadlıq olmadan məsuliyyət də ola bilməz. Ekzistensialistlərin fikrincə əgər insan azad deyilsə, öz hərəkətlərində məhdudlaşdırı- lıbsa, hər hansı mənəvi və ya maddi amillərdən asılıdırsa, onda bu insan öz hərəkətləri üçün məsuliyyət daşımır. Lakin insan azad hərəkət edirsə, iradə, seçim və bunların həyata keçirilməsi vasitələri seçimi azadlığı varsa, deməli, həmin insan öz hərəkətlərinin nəticələri üçün də məsuldur.

Ekzistensialistlərin təlimi əxlaqi-etik səciyyə daşıyır, insanları fəal həyati mövqe formalaşdırmağa səfərbər edir. II dünya müharibəsinin ağır günlərində, alman işğalı şəraitində ekzisten- sializm Fransada və Avropanın başqa ölkələrində minlərlə adamı müqavimət hərəkatında iştiraka, totalitarizm ideologiyası ilə qarşıdurmaya çağırırdı. Müharibədən sonra bir sıra sol radikal hərəkatlar ekzistensializmin təsiri altında idi. Bu cərəyanın əsas nümayəndələrinin vəfatı ilə ekzistensializmin nüfuzu əhəmiyyətli dərəcədə azaldı, lakin onun əsas ideyaları müasir fəlsəfənin digər cərəyanları tərəfindən kifayət qədər mənimsənildi. Ona görə də ekzistensializm bu gün də fəlsəfə, ədəbiyyat və incəsənət vasitəsilə insanlara öz təsirini göstərir.

Ekzistensializmin analitik istiqamətinin nümayəndələrini fəlsəfi problemlərin öyrənilməsi düşündürmür. O, aşağıdakı suala cavab verilməsini arzulayır: “İnsan bu irrasional, mənasız dünyada necə yaşasın?” Bəzi ekzistensialistlər belə hesab edirlər ki, həmin sualın cavabı Kyerkeqor ruhunda anlaşılan dini etiqaddadır. Ateist, yaxud aqnostik olan digərləri, məsələn, Haydegger, Kamyu və ya Sartr kimiləri isə cavabı humanist təsəvvürlər sahəsində axtarır və onu mənalandırmaq istəyirlər.

Ümumiyyətlə, bütün ekzistensialistlər filosofları ya onlar üçün ayrılan vaxtı buna layiq olmayan əqli sistemlərə bəraət qazandırmağa sərf edən, ya da bəşəriyyət qarşısında duran real problemləri etiraf etməkdən boyun qaçıran və bunun əvəzinə məntiq və dilin insanın düşdüyü vəziyyətdən çıxış yolunu göstərməyə qadir olmayan əhəmiyyətsiz konsepsiyaları ilə məşğul olan adamlar sayırlar. Digər tərəfdən, bir çox dünya filosofları da ekzisten- sialistləri öz fəlsəfi vəzifələrindən üz döndərən və bəşəriyyətin rasional tədqiqinə arxa çevirən adamlar hesab edirlər. Başqa bir nöqteyi-nəzərə görə ekzistensialistləri ciddi mütəfəkkirlərdən- sə, həyəcanlandırıcı şerlər yazan şairlər sırasına aid etmək lazımdır.

loading...

Bunuda oxu...