MARKSİZM

MARKSİZMMarksizm fəlsəfəsinin formalaşması XIX əsrin 40-cı illərinə təsadüf edir. Keçən əsrin ortalarında ictimai-tarixi təcrübənin, elmin, fəlsəfənin inkişafı dərin fəlsəfi ümumiləşdirmələr aparılmasını tələb edirdi. Məhz bu səbəbdən də həmin dövrdə fəlsəfənin pozitivizm və marksizm kimi istiqamətləri meydana çıxmışdır.

Bu fəlsəfi cərəyanlar gerçəkliyin tədqiqi, təbiət qanunlarının aşkarlanması, cəmiyyət hadisələrinin anlaşılması və izahı məsələlərini bir vəzifə kimi qarşıya qoydular.

Marksizmin dialektik materializm fəlsəfəsi özündən əvvəlki dünya fəlsəfi fikrinin, həmin dövrə qədər toplanmış digər mənəvi dəyərlərin inkişafı və təbi- ətşünashqdakı kəşflərin nəticəsi kimi meydana gəldi. Bu fəlsəfənin təşəkkülü sosial-iqtisadi, təbii-elmi və siyasi səbəblərlə şərtlənmişdir. Marksizm fəlsəfəsinin bilavasitə mənbəyi XIX əsr alman klassik fəlsəfəsi, ilk növbədə, Hegel və Feyerbax fəlsəfəsi olmuşdur. Onun yaradıcıları Marks və Engels idilər.

loading...

Karl Marks və Fridrix Engels

Marks (1818—1883) ve Engels (1820—1895) fəlsəfi və ictimai-siyasi fikir tarixində elmi kommunizm nəzəriyyəsinin, dialektik materializm fəlsəfəsinin baniləri kimi tanınmışlar. Hər ikisi Almaniyada anadan olmuş, Londonda dünyalarını dəyişmişlər. Biz indiki halda onların yalnız fəlsəfi yaradıcılığının təhlilini verməyi nəzərdə tuturuq. Marks və Engels yaratdıqları fəlsəfəni “yeni fəlsəfə”, “yeni materializm” adlandırmış, heç vaxt onu dialektik və tarixi materializm kimi nəzərdən keçirməmişlər.

Doğrudur, onlar özlərinin dialektik materializm fəlsəfəsi çərçivəsində tarixin materialist anlayışının şərhini vermişlər. Şübhəsiz, bunu etmədən, sosial hadisələrin, obyektiv və subyektivin, maddi və mənəvinin üzvi vəhdətini açıqlayan sosial- fəlsəfi konsepsiya olmadan dialektik materializm fəlsəfəsi meydana gələ bilməzdi. Heç də təsadüfi deyildir ki, Lenin “Materializm və empiriokritisizm” əsərində Marksizm fəlsəfəsini “dialektik materializm” adlandırmışdır.

Marksizm fəlsəfəsinin yaradıcıları Marks və Engels ilkin idealist baxışlardan təbiət və tarixin materialist anlayışına, inqilabi demokratizmdən kommunizm nəzəriyyəsinə qədər ziddiyyətli bir ideya və siyasi inkişaf yolu keçmişlər. Onlar fəaliyyətlərinin ilk dövründə, 1843-cü ilin ikinci yarısına qədər fəlsəfədə idealizm mövqelərindən çıxış etmiş, ictimai-siyasi baxışlarında isə inqilabi demokratizm ideyalarının tərəfdarı olmuşlar.

Marks “Demokritin naturfəlsəfəsi ilə Epikürün naturfəlsəfəsi arasında fərq” adlı doktorluq dissertasiyasında idealizm nöqteyi-nəzərində dayanaraq yazırdı ki, “idealizm xülya deyil, həqiqətdir”. Lakin bununla yanaşı, o, dissertasiyada mübariz ateist kimi çıxış edir və dinin antihumanist mahiyyətindən danışırdı.

Həmin dissertasiyada Marks nəzəriyyənin imkanlarını şişirdir, aləmi fəlsəfi, yəni “şüurlu etmək” məqsədilə fəlsəfənin qarşısında dünyaya nüfuz etmək vəzifəsini qoyurdu. Bir çox sələfləri kimi, Marks da həyatını bəşəriyyətin rifahına, onun səadəti və azadlığı uğrunda mübarizəyə həsr edəcəyini dönə-dönə bəyan etmişdi. Vaxtilə Marks demişdi ki, səadət “mümkün qədər çox adamı xoşbəxt etməkdir.

Yalnız özü üçün işləməklə dahi müdrik olmaq olar, lakin böyük insan olmaq mümkün deyil” Şübhəsiz, bu ideyalar ədalətli və humanist ideyalar idi, təəssüf ki, onların real gerçəkliyə çevrilməsi mümkün olmadı. 1842-ci ildən Marksın və Engelsin dünyagörüşlərində idealizmdən materializmə, inqilabi demokratizmdən kommunizmə keçid başlandı. 1843-44-cü illərdə isə həmin proses başa çatdı.

Bu, özünü Marksın 1844-cü ildə çapdan çıxan “Hegelin hüquq fəlsəfəsinin tənqidinə dair” əsərinin “giriş” hissəsində daha aydın şəkildə göstərdi. Həmin əsərdə Marks dövlət, hüquq, fəlsəfə, din məsələlərini artıq materializm mövqelərindən şərh edirdi. Burada o, materialist dialektikanm və tarixin materialist anlayışının prinsiplərini işləyib hazırlamağa başladı. Marks 1849-cu ilin avqustunda yazdığı “İqtisadi-fəlsəfı əlyazmalar”ında əməyin özgələşdirilməsi və şəxsi mülkiyyətin məhv edilməsinin zəruriliyindən söhbət açır.

O bu barədə yazırdı: “Xüsusi mülkiyyət ideyasının məhv edilməsi üçün kommunizm ideyası tamamilə kifayətdir. Xüsusi mülkiyyətin real gerçəklikdə məhvi üçün isə, həqiqi kommunist fəaliyyət gərəkdir”. Marksla eyni vaxtda Engels də tarixin materialist anlayışını işləyib hazırlamaq üçün fəaliyyətə başladı. Onlann ilk görüşü 1842-ci ilin noyabr ayında — “Reyn” qəzetində birgə işlədikləri vaxt baş tutdu. 1844-cü ildə Engels Marksla ikinci dəfə Parisdə görüşdü. Nəhayət, Marks və Engels dialektik materializm, siyasi iqtisad və elmi sosializm nəzəriyyəsinin yaradılması üzərində birgə işləmək qərarına gəldilər.

Marks və Engels marksizm fəlsəfəsinin yaradılmasını birgə yazdıqları “Müqəddəs ailə”  və “Alman ideologiyası”  əsərlərində, həmçinin Marksm hazırladığı “Fəlsəfənin yoxsulluğu”nda  həyata keçirdilər. Bu araşdırmalar Marksla Engelsin öz dialektik materializm dünyagörüşlərini formalaşdırdıqları ilk birgə əsərləri idi. Tarixə idealist baxışları tənqid edən Marks və Engels tarixin materialist anlayışının əsas müddəasını — cəmiyyətin inkişafında maddi nemətlərin istehsal üsulunun müəyyənedici rolu haqqında müddəam formalaşdırmağa başladılar. Marksistlər tarixin materialist anlayışını Marksm birinci böyük kəşfi adlandırırlar.

Marks və Engels sübut etməyə çalışırdılar ki, tarixi hadisələrin inkişafında həlledici rol şəxsiyyətə deyil, xalq kütlələrinə, ideyalara deyil, xalqın maddi maraqlarına məxsusdur. “Müqəddəs ailə”də Marks və Engels materializmi sosial hadisələrə tətbiq etməklə siniflər və sinfi mübarizə haqqında tarixə materialist baxışın əsaslarını işləyib hazırladılar. Sələflərindən fərqli olaraq onlar xüsüsi mülkiyyətlə yoxsulluq arasında əlaqə olduğundan danışaraq belə bir yanlış nəticəyə gəlmişdilər ki, yoxsulluğun aradan qaldırılması üçün xüsusi mülkiyyəti və ona əsaslanan sinfi cəmiyyəti ləğv etmək lazımdır. Marks və Engels bu əsərdə cəmiyyət həyatında şüurun, yəni subyektiv amilin rolu məsələsini də araşdırmağa başladılar.

Marks və Engels “Müqəddəs ailə”də dövlətin materialist tərifini verdilər, onun maddi əsası və tarixi xarakteri barədə fikir yürütdülər. Marks özünün yetkin əsərləri üçün hələ səciyyəvi olmayan ifadələrlə — bütün ictimai münasibətlərin maddi və ideoloji, birinci və ikinci, bazis və üstqurum barədə ümumi şəkildə olsa da fikirlər söylədi. O, ideyaların və onların rolunun materialist şərhini verdi, onların tarixi hadisələrin inkişafı və nəticəsinə təsir göstənuək imkanlarını açıb göstərdi. Bu əsərdə onlar dinin hələ “Alman-fransız salnaməsi”ndə başladıqları təfsirini davam etdirdilər.

Marks və Engels belə bir yanlış qənaətə gəldilər ki, din cəmiyyətdə hökmranlıq edən, xüsusi mülkiyyətə əsaslanan maddi münasibətlərin fantastik inikasıdır. Onlar nəzəriyyə ilə təcrübənin, mənəvi ilə maddinin nisbəti məsələsinə də diqqət yetirdilər. Marks və Engels bir elm kimi materialist fəlsəfə tarixinin də əsaslarını qoydular. Onlar dialektik materializm mövqeyindən çıxış edərək, fəlsəfə tarixini materializmlə idealizmin mübarizəsi tarixi kimi nəzərdən keçirdilər. Fəlsəfədəki bu iki əsas istiqamətin sinfi və qnoseoloji köklərini açıqladılar. Bu zaman onlar fəlsəfə tarixinin predmetindən dini ideyaları kənarlaşdırdılar.

“Müqəddəs ailə”də Marks Hegelin idealist dialektikasmda olan səmərəli toxumları aşkarladı və onlardan materialist dialektika- nın işlənib hazırlanmasında istifadə etdi. Marks və Engels əsərlərində dialektikaya sadiq olduqlarını dəfələrlə vurğulamış, lakin bunun Hegelin təfsirində olan dialektika olmadığını göstərmişlər. Onlar dialektikanm yeni tarixi formasını — materialist dialektikanı işləyib hazırladılar.

Marks “1844-cü ilin iqtisadi- fəlsəfı əlyazmalarf’nda xüsusi olaraq qeyd edirdi ki, Hegel dia- lektikası dünya ruhunun, təfəkkürün dialektikasıdır, bu dialektika “fikirlərin hərəkətidir”. Marksa elə gəlirdi ki, idealist dialektika hadisələrin mahiyyətini açıqlamağa mane olur. O deyirdi ki, materialist dialektika olmadan gerçəklik hadisələrinin doğru- düzgünlüyünün izahını vermək mümkün deyildir. Marks belə hesab edirdi ki, gerçəkliyi dərk etmək istəyən insan həqiqi bilik mənbələrinə müraciət etməlidir.

Marksizm fəlsəfəsi obyektiv və subyektiv dialektikanm əlaqəsini təbiət, cəmiyyət və idrakın dialektikası, obyektiv aləmin subyektiv inikası kimi nəzərdən keçirir. Materialist dialektikanm işlənib hazırlanması bütün dərinliyi ilə öz əksini Marksm “Kapital” əsərində tapdı. Marksistlər bildirdilər ki, o bu əsərdə özünün ikinci böyük kəşfini — izafi dəyər nəzəriyyəsini yaratmış oldu.

Marksizm fəlsəfəsində idrak prosesinin dialektikası və ilk növbədə idrakın mütləq və nisbi, hissi və rasional məqamlarının dialektikası əsaslandırıldı. Bütün bunlar Marks və Engels tərəfindən təbiət və cəmiyyətin dialektik materializm anlayışının işlənib hazırlanması üçün zəmin yaratdı. “Alman ideologiyası” adlı birgə əsərlərində Marks və Engels dialektik materializm fəlsəfəsinin dünyanın dərk edilməsi və inqilabi surətdə dəyişdirilməsi üçün yeganə silah olması fikrini irəli sürdülər. Onlar bu əsərdə insan problemini də araşdırır, insanı bioloji bir varlıq kimi nəzərdən keçirənləri tənqid edərək deyirdilər ki, insan ictimai varlıqdır.

Marks yazırdı ki, insanın mahiyyəti ictimai münasibətlərin məcmusudur. Sosial həyatın maddi şəraiti, insanın ictimai varlığı necədirsə, onun mahiyyəti də elədir. Onlar təsdiq edirdilər ki, insanların fəaliyyətinin əsas forması onların maddi fəaliyyətidir və hər hansı bir digər fəaliyyət — əqli, siyasi, dini və i.a. ondan asılıdır. Marks və Engels “Alman ideologi- yasf’nda ictimai varlığın ictimai şüura münasibəti məsələsinə də diqqət yetirərək bildirmişlər ki, ictimai varlıq ictimai şüuru müəyyən edir.

Marks və Engels praktikanın cəmiyyət həyatında, idrak prosesindəki rolunu əsaslandırmağa çalışırdılar. Bu barədə onlar yazırdılar ki, praktika insanların ictimai-tarixi fəaliyyətidir; praktika — insanın həyati fəaliyyətinin xarakteristikasıdır, praktika idrakın əsası, məqsədi və həqiqətin meyarıdır. “Alman ideologiyasf’nda onlar sosialist inqilabı nəzəriyyəsinin təməlini də qoydular.

1847-ci ilin yayında Marks özünün ilk yetkin fəlsəfi-iqtisadi əsəri olan “Fəlsəfənin yoxsulluğu”nu çap etdirdi. Bu kitabda o özünün siyasi iqtisad nəzəriyyəsinin bir sıra müddəalarını ifadə etdi, materialist dialektikanm və tarixin materialist anlayışının əsas problemlərini inkişaf etdirdi. Bu əsərdə Marks özünün sinif və sinfi mübarizə təliminə əsaslanaraq belə bir qənaətə gəldi ki, sinfi cəmiyyətin ləğvinə və sinifsiz cəmiyyətin qurulmasına yalnız sosialist inqilabı yolu ilə nail olmaq mümkündür.

Nəhayət, marksizm fəlsəfəsinin formalaşdırılması prosesi “Kommunist Partiyasının Manifesti” ilə başa çatdı. Bu fəlsəfə Marks və Engelsin silahdaşları və müasirləri Antonio Labriola, Frans Merinq, Pol Lafarq, Georgi Valentinoviç Plexanov tərəfindən əsaslandırıldı və müdafiə olundu.

Marksizm ideyalarının nəzəri ifadəsi öz əksini Leninin əsərlərində tapmışdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...