MALROTASİYA

MalrotationMalrotasiya uşağın bağırsaqlarının normal vəziyyətdə olmamasıdır. Körpənin ana bətnində böyüməyə başladığı zaman, bağırsaq düz bir boruya bənzəyir. Sonra bağırsaqlar uzanmağa başlayaraq qarının ətrafında fırlanaraq qarının arxa divarına xüsusi formada yapışarlar.

Bu vəziyyət bağırsaqları normal yerində saxlayar. Malrotasiyalı xəstədə bağırsaqların normal tutulması yaranmır. Yenidoğulanlarda rast gəlinməsi 500/1 nisbətindədir.

Malrotasiya olduğu zaman bağırsaqlar qarının içində səhv yerdə əmələ gəlir. Normalda incə bağırsaq ilə qalın bağırsağın birləşdiyi yerdə cekum və onun çıxıntısı olan apendiks qarının alt hissəsində yerləşər. Malrotasiya zamanı cekum və apendiks qanın sağ üst qisimində hətta orta qisimində də ola bilər.

loading...

Bəzi anadangəlmə ürək xəstəlikləri, ürəyin yerində olmaması və ya digər orqanların normaldan fərqli yerləşməsi vəziyyətində və dalağın olmadığı və ya birdən çox olduğu anadangəlmə xəstəliklərdə malrotasiyaya rast gəlinir. Malrotasiyası olan uşaqların 1 yaşına öncə əlamətlər meydana çıxar. Bəzi uşaqlarda daha geç yaşlarında görülər və ya ömür boyu heç bir əlamət verməz.

Xəstələrdə Ladd bağlarına bağlı və ya bağırsağın öz ətrafında fırlanmasına bağlı olaraq qusma yaranır. Ən çox rast gəlinən əlaməti isə yaşıl (safra) rəngli qusmadır. Qarın ağrısı və spazm səbəbilə körpələr narahat olar, halsızlıq və yuxuya meyillilik kimi əlamətlər yaranar.

Xəstəliyin müalicəsi cərrahi əməliyyat olunaraq edilir.

Dr. Allahverdi Musayev

loading...

Bunuda oxu...