MADDƏLƏR MÜBADİLƏSİ POZULANLAR BU ƏRZAQLARI YEMƏLİDİR – siyahı

maddələr mubadiləsiHər birimizin orqanizminə xas maddələr mübadiləsi sürəti var. Ancaq lazımınca yatıb, məşq edib, lazımi miqdarda su içsək və düzgün qidalansaq maddələr mübadiləsini sürətləndirə bilərik. Həmçinin maddələr mübadiləsini gücləndirərək artıq çəkidən də azad ola bilərik.

Maddələr mübadiləsini sürətləndirən qidalar:

Acı bibər

loading...

Acı bibərin istifadəsi maddələr mübadiləsini minimum 25% sürətləndirir. Acı qidalar bizi daha çox tərləməyə məcbur edir. Bu kapsaitsinlə əlaqədardır, hansı ki qan dövranını və maddələr mübadiləsini sürətləndirir, orqanizmi daha çox piy yandırmağa məcbur edir.

Dənli bitkilər: yulaf və qəhvəyi düyü

Sağlam qidalanma zamanı dənli bitkilər və yarmalar yer alır. Buğda, yulaf, düyü və qarğıdalı kimi dənli bitkilər maddələr mübadiləsini sürətləndirir və insulinin səviyyəsini tarazlayır.

Brokkoli

Brokkoli maddələr mübadiləsini sürətləndirən əsas kalsium mənbəyidir. Kalsiumdan başqa bu tərəvəzin tərkibinə C, K və A kimi vitaminlər də var. Brokkoli həmçinin ən yaxşı detoks ərzaqlardandır.

Qırmızı lobya

Lobyada həzm edilməyən nişasta var ki, bağırsaqları təmizləyir. Lobya eyni zamanda tərkibində olan liflərin sayəsində uzun müddət toxluq hissinin qorunmasına yardım edir. Lobyanın tərkibində testosterunun ifrazına səbəb olan sink və B qrup vitaminləri var.

Qəhvə və yaşıl çay

Qəhvə və yaşıl çay maddələr mübadiləsini işə salan vasitələrdəndir.

Alma və armud

Alma və armud artıq çəki ilə mübarizədə böyük yardımçıdır. Bu meyvələrin üstünlüyü tək azkolorili olmaqlarında deyil, həm də orqanizmdə maddələr mübadiləsini gücləndirmələrindədir.

Ədviyyat

Qara istiot, xardal, sarımsaq və zəncəfil kimi ədviyyat maddələr mübadiləsini yüksək səviyyədə saxlayır. Qida rasionuna ədviyyat da daxil edən insanların gün ərzində idman zalına getmədən 1000-dən çox kalori yandırdıqları sübut edilib.

Sitrus meyvələri

Portağal, qreypfrut və limon kimi sitrus meyvələri bədəndə olan piyi yandırır və maddələr mübadiləsini gücləndirir. C vitamini ilə zəngin olan sitrus meyvələri qanda insulin səviyyəsini tənzimləyir, məhz bu səbəbdən həmin meyvələr pəhrizlərin tərkibinə daxil edilir.

Kalsiumla zəngin olan ərzaqlar

Tennesi Universitetinin tədqiqatlarına əsasən, gün ərzində 1200-1300 arası kalsium qəbul edən insanlar kalsium qəbul etməyən insanlarla müqayisədə iki dəfə artıq çəki itirirlər.

Omeqa-3

Omeqa-3 əsasən balıq əti, ceviz, günəbaxan tumları və kətan yağında olur. Bu ərzaqlar leptin, maddələr mübadiləsini zəiflədən kimyəvi birləşmə, hormonunun ifrazının qarşısını alır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...