MƏXMƏRƏK

MəxmərəkMəxmərək kəskin yoluxucu xəstəlik olub, qızılcayabənzər  səpgilərlə, yuxarı tənəffüs yollarında cüzi kataral əlamətlərlə və  periferik  limfa  vəzilərinin  böyüməsi  ilə  səciyyələnir.  Məxmərəyin  törədicisi  –  RNT  tərkibli  Togaviridae  ailəsi  Rubi  virus  cinsinə  aid  virusdur.  Miksoviruslar  qrupuna  daxildir,  1938-ci ildə  J.Hiro  və  S.Tasaka  tərəfindən  aşkar  edilmişdir.

Məxmərəyə  qarşı  uşaqların  həssaslığı  yüksəkdir,  lakin  qızılcaya nisbətən aşağıdır. Əsas etibarilə 1 yaşdan 7 yaşa qədər uşaqlar  xəstələnirlər.  6  aylıq  uşaqlar  anadangəlmə  immunitetin  hesabına  çox  nadir  hallarda  xəstələnirlər.  Əgər  ana  məxmərək  keçirməmiş sə, onda uşaq istənilən yaşda xəstələnə bilər.

Anadangəlmə məxmərək hallarına da təsadüf edilir. Hamilə  qadınların məxmərəklə xəstələnməsi xüsusilə təhlükəlidir, çünki  xəstəlik hamiləliyin ilk 3 ayı ərzində uşağın anadangəlmə inkişaf  qüsurlarının  və  eybəcərliklərin  (katarakta,  mikroftalmiya,  mikro sefaliya, ürək qüsurları və s.) səbəbkarına çevrilə bilər.

loading...

Məxmərək səpgi ilə müşayiət olunan kəskin yoluxucu xəstəlik dir. Əsasən məktəbəqədər və kiçik məktəb yaşlı uşaqlar xəstələnirlər.  Yaşlı  əhali  nisbətən  az  xəstələnir.  Məxmərək  hamilə qadınlar üçün (birinci 3 ayda) daha təhlükəlidir. O, çox vaxt ana  bətnində  uşağın  eybəcərliyinə  səbəb  olur.

Məxmərəyə  bütün  ölkələrdə  rast  gəlinir.  Xəstəliyin  virus  təbiəti  ilk  dəfə  1938-ci  ildə yapon tədqiqatçıları Hiro və Tasaka tərəfindən sübut edilmişdir.

Onlar  məxmərəkli  xəstələrin  burun-udlaq  yuyuntusunun  filtratı  ilə  könüllüləri  yoluxduraraq  xəstəliyi  eksperimentdə  təkrar  etmişlər. Virus  ilk  dəfə  yaşıl  meymunların  böyrək  hüceyrələrini  yoluxdurmaqla amerikalı Rarkman və Weller (1962) tərəfindən əldə  edilmişdir.

İnfeksiya  mənbəyi  –  xəstə  şəxsdir,  yoluxma  hava-damcı  yolu  ilə  baş  verir.  Xəstə  praktik  olaraq  xəstəliyin  klinik  simptomları  üzə  çıx dıqdan  sonra  və  səpginin  başlanğıcından  5  gün ərzində yoluxdurucu sayılır. Lakin təsdiq olunmuşdur ki, virus  səpginin yaranmasından bir neçə gün əvvəl əmələ gələ bilər və 2 həftə  və  daha  çox  ifraz  olun maqda  davam  edir.  Keçirilmiş  xəstəlikdən sonra davamlı immunitet inkişaf edir.

Məxmərək zamanı xəstə şəxs inkubasiya dövrünün sonu və  bü tün kəskin dövrdə infeksiya mənbəyi kimi təhlükəlidir. Lakin  xəstəliyin 8-12-ci günündə də xəstə virusu ətrafa udlağın burun  nahiyəsindən yaya bilər.

Xəstə virusu səpgilər dövründə virusu  xəstə nəcis və sidik vasitəsilə ifraz edir. Prodromal dövrdə xəstələr, xəstəliyi örtülü gedən şəxslər, rekonvales sentlər virus gəzdirənlərdir.  Hamilə  qadın  üçün  uşaqdan  (inkubasiya  dövründə)  yoluxma xüsusilə təhlükəlidir.

Yoluxma  havada  asılı  halda  olan  virusların  nəfəsalma  zamanı  daxil  olması  nəticəsində  baş  verir. Orqanizmə  daxil  olan  virus  qan  cərəyanına  düşür  və  bir  həftə  ərzində  dövr  edir.  Hamiləlik  vaxtı  ciftin  bol  qanla  təchiz  olunması ilə əlaqədar qan – cift maneəsini keçən viruslar ciftin xorion epitelinə və kapillyarların endotelinə daxil olur, oradan isə  dölün  qan  dövranına  keçərək  dövr  edirlər.

Virus  inki şafda  olan  dölə teratogen təsir göstərərək həmin dövrdə orqano ge nez də olan üzvləri zədələyir. Viruslar hüceyrələrin mitotik fəallığını pozur, onların  inkişafını  dayandırır,  nəticədə  xromosom  absersiyaları  və dölün inkişaf qüsuru baş verir.

Məxmərək  virusu  yuxarı  tənəffüs  yollarının selikli qişa sın dan orqanizmə daxil olaraq qana düşür  və qanda virusun sirkulyasiyasına cavab reaksiyası kimi spesifik  hematoloji  dəyişikliklər  və  limfa  toxumasının  xarakterik  zədələn mələri baş verir.

Virus,  çox  güman  ki,  embrional  toxumaya  qarşı  tropizmə  malikdir.  Hamiləliyin  ilk  aylarında  məxmərək  keçirmiş  qadınlar da  dölün  anadangəlmə  inkişaf  qüsurlarının  əmələ  gəlməsini  bununla  izah  etmək  olar.  Məxmərək  zamanı  patoloji-anatomik  dəyişikliklər  öyrənilməmişdir. İnkubasiyadövrü  15  gündən  24 günə  qədər  davam  edir,  xəstəlik  çox  vaxt  təmasdan  16-18  gün  sonra  başlanır.

Səpgi  birinci  simptom  sayılır,  belə  ki,  məxmərəyin digər əlamətləri, bir qayda olaraq, zəifdir, xəstənin ümumi  vəziyyəti az pozulur. Bədən temperaturu nadir hallarda 38ºC-yə  qədər  yüksəlir,  çox  vaxt  o,  subfebril  olaraq  qalır.  Bəzən  xəstəliyin  axırına  qədər  temperatur  yüksəlmir.  Uşaqda  bir  qədər  əzgin lik,  halsızlıq  müşahidə  olunur,  böyük  uşaqlar  və  böyüklər  bəzən baş ağrısından şikayətlənirlər.

Prodromal dövr bir neçə saatdan 1-2 günə qədər davam edir.  Bu  dövr  zökəm,  yüngül  öskürək,  konyunktivanın  qızarması,  subfebril və ya normal hərarətlə səciyyələnir. Xəstəlik hərarətin  38-39ºC-yə  qədər  qalx ması  ilə  başlayır,  sonra  səpgi  meydana  çıxır, səpgilər 2-3 gün çəkir. Səp gilər üzdən başlayır, tezliklə bir  neçə saat ərzində bel, sağrı nahiyəsinə və ətraflara yayılır. Hesab  edirlər ki, məxmərəkdə səpgi eyni vaxtda başlanır. O, bel və sağrıda çox, ayaq və əllərdə olmur.

Səpgi çəhrayı və ya pas (qızılcada isə qırmızı) rəngindədir. Səpgi, demək olar ki, eyni vaxtda  çəki lir, yerində iz qoymur (qızılca səpgi sinin yerində piqmentasiya  qalır).  Ağızın  selikli  qişasında  ləkəli  qızartı  –  enantema  qeyd  edilir,  Filatov-Koplik  ləkəsi  olmur  (qızılcada  olur).  Səpgi  dövründə kataral hal, adətən, şiddətlənmir (qızılcada əksinə).

Qızılcadan  fərqli  olaraq,  səpgi  əvvəlcə  sifətdə  əmələ  gəlir,  sonra isə bir neçə saat ərzində bədənin hər yerinə yayılır. O, əsas etibarilə  ətrafların  açıcı  səthlərində,  oynaqların  ətrafında,  beldə  və  sağrı  nahiyəsində  yerləşir.  Səpgi  çəhrayı  rəngdədir.  Dəyişməmiş  dəri  fonunda  ekzantema  əmələ  gəlir.  Məxmərək  səpgisi  qızılca  səpgisinə  nisbtən  xeyli  xırdadır.  Səpginin  ayrı-ayrı  elementlərinin birləşməsi meyli müşahidə edilmir.

Yalnız bəzi xəstə lərdə daha böyük səpgi elementləri qeyd olunur, lakin bu hallarda da ekzantema qızılca ekzantemasından onunla kəskin fərqlənir ki,  ayrı-ayrı  səpgi  elementlərinin  ölçüsü  təqribən  eynidir  və  onlar  böyük və oval formaya malikdirlər. Məxmərək za ma nı səpgi çox  vaxt  az,  bəzən  solğun-çəhrayı  rəngdə  cəmi  bir  neçə  xırda  səpgi  elementləri şəklində olur. Səpgi 2-3 gün qalır, sonra tez itir, piqmentasiya, qabıqvermə olmur.

Tənəffüs  yolları  tərəfindən  kataral  əlamətlər  yüngül  zökəm  və öskürək şəklində, adətən, səpgi ilə bir vaxtda meydana çıxır.

Bəzən  kataral  əlamətlər  səpgidən  1-2  gün  əvvəl  qeyd  olunur.  Məxmərək zamanı konyunktivit çox zəif nəzərə çarpır, sklera və  konyunktiva damarlarının yüngül inyeksiyası müşahidə olunur.

Damağın   yüngül   hiperemiyası   və   badamcıqların   yumşaq  olması müşahidə edilir. Məxmərək üçün ağızın selikli qişasında  sancaq başı böyüklüyündə kiçik və ya bir qədər iri qırmızı ləkələr şəklində enantemanın olması səciyyəvidir. Ağızın selikli qişa  sında  enantema  dəridə  səpginin  yaranmasından  əvvəl  müşahidə oluna bilər. Belski-Filatov-Koplik simptomu nəzərə çarpmır.

Böyüklərdə xəstəlik ağır keçir, prodro mal dövr aşkar görünür – əzginlik, üşütmə, əzələlərdə ağrı, baş ağrısı, yuxusuzluq, kataral hallar meydana çıxır. Məxmərəyi qızılcadan və skarlatinadan fərqləndirən  əlamət  –  gicgah  qulaqarxası  və  boyunarxası  limfa  vəzlərinin poliadenitidir.

Məxmərəyin  atipik  hadisələri  (inapparant,  əlamətsiz  örtülü)  tez-tez qeyd edilir. Gizli gedişə malik klinik təzahür formalarının   nisbəti   uşaqlarda     2:1,  böyüklər də     6:1-dir.   Böyüklərdə  xəstəlik çox vaxt ağırlaşmalarla gedir (artritlər, ensefalitlər).

Məxmərəyin klinik diaqnostikası başqa xəstəliklərlə (qızılca, skarlatina, mononukleoz, səpgi əlaməti olan adeno- və enterovirus və allergik xəstəliklər) oxşarlığına görə onlardan fərqlən diril  məlidir.

Məxmərəyə   əhalinin   bütün  təbəqələri  və  yaş  qrupları  həssasdır. Yüksək  sıxlığa  malik  kollektivdə məxmərək virusu həssas şəxslərin 100%-ni yoluxdurur.

Çox vaxt yasli və uşaq bağçasına gedən məktəbəqədər uşaqlar,  eləcə də orta və kiçik məktəb yaşlı uşaqlar xəstələnirlər. Onlar  kollektiv  immuniteti  və  epidemik  vəziyyəti  müəyyən  edirlər.

Məxmərək xəstəliyinin qızılcadan fərqli olaraq nisbətən az kontaqiozluğu nəticəsində çoxları uşaqlıqda bu xəstəliyi keçir mirlər,  ona görə böyüklər arasında həssas şəxslərin sayı artır (10-20%).

Böyük  yaşlı  əhalinin  4,6-9,2%-ə  qədəri,  qadınların  isə  50%-i  məxmərəklə   xəstələnirlər.   Ona   görə   məxmərəyin   teratogen  təsirinin təhlükəsi böyükdür.

Xəstəliyin  səviyyəsi  əhalinin  sıxlığından  və  yerdəyişməsindən asılıdır, ona görə şəhərdə kən də nisbətən yüksək olur. Çox  vaxt əhalinin kiçik yaşlı qrupları (8-10 yaşa qədər) xəstələnirlər, 16-20 yaşda əhalinin immun təbəqəsi 80-90%-ə çatır.

Məxmərək üçün qış-yaz mövsümiliyi səciyyəvidir. Xəstəliyin müəyyən səviyyədə artması payız aylarında, uşaqların yay istirahətindən qayıtdığı vaxt qeyd edilir. Xəstəliyin ən yüksək sə viyyəsi  fevral-aprel aylarına düşür, sonra xəstəlik tədricən azalır.

Səpgi dövründə yataq rejimi tövsiyə olunur; hər  hansı dərman vasitələrinin tətbiqinə ehtiyac yoxdur.

Xəstələri ev şəraitində  səpgi  anından  5  gün  ərzində  izolyasiya  edirlər.  Dezinfeksiya  aparılmır.  Məxmərəkli  xəstə  ilə  təmasda  olan  uşaqlar  digərlərindən  ayrılmır.  Məxmərəklə  xəstələnməmiş  və  hamiləliyin  birinci  aylarında  xəstə  ilə  təmasda  olan  hamilə  qadınlarda  hamiləliyin  pozulması  məsələsini  həll  etmək  lazımdır.

Doğuş  vaxtına  çatmış  qadınların  peyvəndlənməsi  çox  ehtiyatla aparılmalıdır, çünki nəzərə almaq lazımdır ki, virusun vaksin  ştamı  ciftdən  keçərək  dölü  yoluxdurur  və  xroniki  xəstəlik  törədir.  Peyvənd  aparıldıqdan  sonra  qadın  hamiləlikdən  özünü  2-3 ay qorumalıdır.

loading...

Bunlarıda bəyənə bilərsiniz ...