MƏNDƏN HAMI SUİ-İSTİFADƏ EDİR

Son vaxtlar müraciət edilən problemlər içərisində liderlik “mən yox deyə bilmirəm, məndən hamı sui-istifadə edir, yumşaq xasiyyətimə görə hamı məni idarə edir” kimi şikayətlərə məxsusdur. Bunun qarşısını ala bilmək üçün bunları etməyinizi tövsiyə edirəm:

“Sənə lazımdır – sən et.”

Qısa və konkret. Kiməsə nəsə lazımdırsa, o bunu özü edə bilər. “Dostunuz” İstanbuldan Bakıya uçur? Onu qarşılamağınızı istəyir? Sizin maşınla Bakıdan aeroporta gedib, orda saatlarla gözləyib, təzdən Bakıya qayıtmağınız heç bilirsiniz nə qədər pul və vaxt aparacaq? Bunun əvəzində “dostunuzun” sadəcə olaraq taksiyə minərək gəlməsi Sizi bütün problemlərdən azad edəcək. Bilmirəm, misal nə qədər uyğun oldu, amma kimə nə lazımdırsa, onu özü etməlidir. Həqiqi köməyə ehtiyac olunan anlar çıxmaq şərtilə.

loading...

Söz vermə. Söz verdinsə, yerinə yetir.

yetkinlikKömək istəmirlər? Öz kömək təklifinlə özünü “oda atma”. Uşaqlar, qocalar, hamilə xanımlar, xüsusi qayğıya ehtiyacı olan insanlar istisnanı təşkil edirlər.

Xahiş edirlərsə, kömək etməkdən imtina etmə.

Burda həqiqi ehtiyac və kömək nəzərdə tutulur. Aeroport misalında olduğu kimi yox.

Həqiqi, yəni indiki anda yaşa. Keçmiş və gələcəkdə yox.

Nəyəsə (kiməsə) asılılıq dərəcəsində bağlanmayın.

“Xahiş edirəm, mane olmayın”.

Vaxtında deyəcəyiniz bu sözlər Sizi bir çox problemlərdən azad edəcək.

Təbiətin pis havası yoxdur.

Həyatın da pis günü, pis taleyi, pis bəxti və s. Hər şey Sizin əlinizdədir.

Başqalarını tənqid etməkdən, mühakimə etməkdən birdəfəlik imtina edin. Bunu özünüzə söz verin!

Hə, başa düşürəm, Azərbaycanda hələ heç tənqid və təhqiri bir birindən ayıra bilmir çoxu, amma olsun, Siz yenədə bu bəndə əməl edin, digərlərini birdəfəlik “rahat” buraxın.

Hər hansı bir məlumatı əminliklə yoxlamadan, dəqiqləşdirmədən onu başqalarına ötürməyin.

Yoxsa Siz sadəcə qeybətcil bir insan olacaqsınız. Bu isə özünə hörmət edən birinə xas xüsusiyyət deyil. Həmçinin bu cür insanlar başqalarının həyatına müdaxilə etdikləri üçün, öz həyatları da müdaxilə üçün “açıq” olur.

Həmişə hər yerdə hər məsələdə icazə istəyin.

Qapını döymədən girməyin. İcazə almadan başqa insanın əşyasına toxunmayın. Başqasının razılığı olmadan onun şəxsi həyatı ilə maraqlanmayın və s. Özünüzə qarşı da eyni münasibəti tələb edin.

Beləliklə, Siz bütün diqqətinizi öz həyatınıza yönəltmiş olacaqsınız. Bu bəndlərə riayət etməklə, başqa insanların Sizin həyatınıza müdaxilə edib, Sizi idarə etmələrindən özünüzü qoruya biləcəksiniz.

Dr. Nizami Orucov

loading...

Bunuda oxu...