MƏHƏBBƏT, EHTİRAS, AŞİQ OLMAQ VƏ ROMANTİK SEVGİ

Seksual fantaziyalarMünasibətlərin ilk anlarında çox zaman yaranan hisslərin məhəbbət və ya ehtiras olduğunu ayırd etmək o qədər də asan olmur. Əvvəlki paylaşımlarımdan bildiyiniz kimi, bir-birinə fiziki cəhətdən yaxın olmaq istəyi, xüsusi hormonların təsiri altında baş verir. Bəs yaranmış hissin nə olduğunu necə ayırd etmək olar?! Gəlin baxaq:

Məhəbbət – iki şəxs arasında yaranıb, enişli-yoxuşlu yaşantılarla müşayiət olunaraq, uzun bir həyat yolu keçən və nəticədə, etibarlılıq, sadiqlik və bir-birinə güvən əsasında formalaşıb, qarşısındakı insanı olduğu kimi qəbul edəcək qədər güclü olmağa vadar edən, xoş təəssüratla yaşanan bir hissdir. Ona görə də, yaranan hissin məhəbbət olduğuna əmin olmaq üçün müəyyən zaman tələb olunur.

Ehtiras – seksual istəyə bağlı olaraq, iki insanın bir birini cəzb etməsidir. Ehtiras, hormonların təsiri altında şüuru “bulandıraraq”, obyektin şəxsiyyətini ideallaşdırmaqla, real görüntünü pərdələyən və ona görə də, əksər hallarda müvəqqəti xarakter daşıyan bir yaşantıdır.

loading...

Münasibətlərdə ideal vəziyyət, yəni münasibətlərin davamlı və möhkəm olması üçün bu iki hissin tarazlığı vacib şərtlərdən biridir.

Aşiq olmaq – qarşı tərəfə ehtiras və bağlılıq hissi ilə xarakterizə olunub, romantik sevginin yaranmasına zəmin verir. Bu isə, əksər hallarda, davamlı münasibətlərin ilk stadiyası kimi qiymətləndirilir.

Psixoloq Almaz Əskərova

loading...

Bunuda oxu...