MƏDƏNİN YUYULMASI

Mədənin yuylmasıMədə yuyulması müalicə və diaqnostika məqsədilə, mədədən yararsız qidanı, zəhərləri, seliyi çıxarmaq üçün edilən prosesdir. Mədəni yumaq üçün ucu qıf şəklində genişlədilmiş 1-1,5 m. uzunluğunda yoğun mədə zondu götürülür, bu zonda tutumu 1 l., borusunun diametri azı 8 mm. olan şüşə qıf taxılır.

Su, yaxud dərman maddəsi (2%-li natrium-hidrokarbonat məhlulu, otaq temperaturunda açıq kalium-permanqanat məhlulu) tökülmüş qab, habelə xəstə üçün müşəmbə önlük və çirkli suyu boşaltmaq üçün vedrə olmalıdır.

Xəstə arxasını stula söykəyib oturur, başmı azca qabağa: əyir, ləyən və ya vedrə qoymaq üçün qıçlarını aralayır. Xəstənin diş protezləri varsa bunları çıxarır. Xəstənin döşünü önlük və ya döşəkağı ilə örtürlər. Xəstəni xəbərdar edirlər ki, zondu saldıqda ola bilər ki, ürəyi bulansın, yaxud qusmağı gəlsin, lakin bu əməliyyat zərərsiz və ağrısızdır. Ona izah etmək lazımdır ki, udqunmaqla və burundan dərin nəfəs almaqla ögüməsini yatıra bilər. Xəstə dişi ilə zondu sıxmamalı və onu dartmamalıdır.

loading...

Tibb bacısı stulda oturmuş xəstənin sağ tərəfındə durur, xəstə “a” demək üçün ağzını geniş açmalı və burundan dərin nəfəs almalıdır. Tibb bacısı zondu cəld dilin dalına salır, xəstə ağzını örtür və bir neçə dəfə udqunur, bundan sonra tibb bacısı zondu qida borusuna itələyir.

Zondun başı çıxsa, yaxud qatlansa onu çıxarır, xəstəni sakitləşdirib təzədən salır. Zond qırtlağa düşərsə, xəstə öskürməyə başlayır, çətin nəfəs alır, göyərir və səsi batır. Belə hallarda zondu tez çıxarıb təzədən salmaq lazımdır. Zondu xəstənin kəsici dişlərindən göbəyinə qədər olan məsafədən 5—10 sm çox içəri salırlar.

Əwəlcə qıfı xəstənin dizləri səviyyəsində, mədəyə hava girməməsi üçün bir qədər əyib tuturlar, bundan sonra məhlul tökməyə başlayır və qıfı tədricən ağızdan yuxarı qaldırırlar. Məhlul tez mədəyə gedir. Qıfdakı suyun hamısının mədəyə getməsini gözləmək lazım deyil, çünki sudan sonra içəriyə hava gedir ki, bu da mədənin yuyulmasını çətinləşdirir.

Su qıfın boğazına çatanda qıfı xəstənin dizlərinin səviyyəsinə salırlar, о mədə möhtəviyyatı ilə dolduqda, ləyənə və ya vedrəyə boşaldırlar. Qıfdan su kəsən kimi ona bir daha məhlul tökür və su təmizlənənə qədər bu işi təkrar edirlər. Bunun üçün 8—10 l. su lazımdır. Zəif xəstələrin mədəsini yataqda yuyurlar.

Mədə qida ilə zəhərlənəndən bir neçə saat sonra yuyulubsa və qidanın bir hissəsi bağırsaqlara gedibsə, mədəni yuyub qurtardıqdan sonra ona zondla işlətmə dərmanı yeritmək lazımdır. Əməliyyatı qurtardıqdan sonra qıfı açır, zondu cəld çıxarırlar. Sonra içərisinə isti su buraxıb yaxşı-yaxşı yuyurlar, yuyanda yuxarıdan aşağıya doğru bir neçə dəfə sıxırlar, sonra 15-20 dəqiqə qaynadırlar.

Tibb bacısının məlumat kitabı — B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...