MƏDƏ XORASI

Mədə xorası mədənin selikli qişasının tamlığının pozulmasıdır. Müxtəlif səbəblərdən mədə xorası yarana bilər. Ən çox səbəb olan faktorlara H.Pylori infeksiyasını, qeyri-steroid preparatların (aspirin, ibuprofen və s.) qəbulunu, stress, qeyri- düzgün qidalanmanı və s. qeyd etmək olar.

Əlamətləri:

qida qəbulundan sonra mədə nahiyəsində ( epiqastral) ağrılar

loading...

ürəkbulanma

qusma

gəyirmə

köp

iştahanın pozulması

defekasiyanın pozulması ( daha çox qəbizlik)

nəcisin qara rəngdə olması ( xora nahiyəsindən qanaxmanı bildirir) və s.

Mədə xorası insanın özünün müalicə edəcəyi bir xəstəlik deyil. Antiasid dərmanların qəbulu insanda ağrını müvəqqəti aradan qaldıra bilər, amma xəstəliyi tam müalicə etməyəcək. Odur ki, yuxarıda sadalanan əlamətlər olarsa, həkimə müraciət etmək məsləhədir. Xoranın zamanında müalicə olunmaması bir çox ciddi ağırlaşmalara gətirib çıxara bilər.

Mədə xorasının ağırlaşmalarının əlamətləri mədə qanaxması, mədənin perforasiyası, yəni deşilməsi, xoranın maliqnizasiyası, yəni xərçəngə çevrilməsi, mədə çıxacağında daralmanın əmələ gəlməsi (Pilorik stenoz), xoranın mədəaltı vəzinin başına penetrasiyası, yəni sirayət etməsidir.

Mədə xorası düzgün müalicə olunduğu halda əksər vaxtlarda 2 həftə müddətinə sağalır.

Dr. Ülkər Əliyeva

loading...

Bunuda oxu...