MƏDƏ XƏSTƏLİKLƏRİ ZAMANI AĞRI

Mədə xəstəlikləri zamanı təsadüf edilən əlamətlərdən biri qarında ağrının olmasıdır. Ümumiyyətlə qarınüstü nahiyə «bütün ağrıların görüş yeri» adlanır. Yadda saxlamaq lazımdır ki, bəzən həzm sistemindən kənar xəstəliklər zamanı da ağılar qarınüstü nahiyədə lokalizasiya oluna bilər. Məsələn, miokard infarktı, günəş kələfinin iltihabı, yırtıqlar, şiş xəstəlikləri və s. zamanı qarınüstü nahiyədə ağrı müşahidə edilir.

Ağrıların mövsümü olaraq baş verməsi, əsasən, mədə və 12-barmaq bağırsağın xora xəstəliyi üçün xarakterikdir. 12-barmaq bağırsağın xorası zamanı ağrıların, əsasən, acqarına və gecələr şiddətlənməsi xarakterikdir. Ağrıların qida qəbulu ilə əlaqədar olması mədə-bağırsaq xəstəliklərinin diaqnostikasında özünəməxsus yer tutur. Qida qəbulundan dərhal sonra baş verən ağrılar, əsasən, qastrit və köndələn çənbər bağırsağın iltihabı zamanı təsadüf edilir.

Qida qəbulundan təxminən 30-40 dəqiqədən sonra baş verən ağrılara erkən, qida qəbulundan 2-3 saat sonra baş verən ağrılara isə gecikmiş ağrılar deyilir. Gecikmiş ağrılar patoloji prosesin, əsasən, mədənin çıxacağında və ya 12-barmaq bağırsaqda olması üçün xarakterik əlamət sayılır.

loading...

Ən intensiv ağrılar, cərrahi müdaxiləyə ehtiyacı olan xəstəliklərdən başqa, əsasən, kəskin pankreatit, qastrit mədə xorası üçün xarakterikdir.  Xora xəstəliyi zamanı ağrılar bel nahiyəsinə və bəzən də kürəkarası sahənin aşağı kənarına ötürülür. Pankreatit zamanı isə ağrılar kəmərvari xarakter daşıyır.

Ağrıların nədən sonra sakitləşməsi və ya keçməsini öyrənmək lazımdır. Turşuluğun artması ilə müşayiət olunan mədə xəstəliklərinin kəskinləşməsi, əksərən, qida qəbulundan, iradi olaraq törədilən qusmadan, qələvi və antispazmatik təsirli dərman qəbulundan sonra sakitləşir.

Mənsumə Xanlarzadə

loading...

Bunuda oxu...