MƏDƏ VƏ ONİKİBARMAQ BAĞIRSAĞIN XORALI XƏSTƏLİYİ

XORA XƏSTƏLİYİXoralı xəstəlik – xroniki xəstəlikdir. Bu xəstəliyin əsasını mədə və onikibarmaq bağırsağın təkrarlanan xorası təşkil edir. Bi qayda olaraq, xora, qastrit (mədənin selikli qişasının iltihabı) və ya duodenit (onikibarmaq bağırsağın selikli qişasının iltihabı) nəticəsində əmələ gəlir.

Bu iltihabi proseslər Helicobacter pylori infeksiyasıyla əlaqəlidirlər. Xoralı xəstəlik hər yaş insanlarda rast gəlinir, lakin ən çox 30-40 yaş arası. Kişilər, qadınlardan 6-7 dəfə daha çox xəstələnirlər.

Xəstəliyin səbəbləri

loading...

Selikli qişanın xora, eroziyalar və iltihabın əmələ gəlməsiylə nəticələnən zədələnməsini agressiya faktorların (xlor turşusunun, pepsinin, öd turşularının) selikli qişanın qoruyucu amillərindən üstün olmasına bağlayırlar. Helicobacter pylori yoluxması əhəmiyyətli rol oynayır. Bu mikroblar, yerli müdafiə amillərini pozaraq və turşluğu artıraraq, selikli qişanın iltihabını yaratmağa malikdirlər. Xəstəliyin yaranmasına yardım edən amillərə aiddir:

˗ uzun müddətli sinirli-emosional gərginlik;

˗ irsi meyllik;

˗ xroniki qastrit və ya duodenitin mövcud olması;

˗ qida rejiminin pozulması;

˗ ağır spirtli içkilərin qəbulu və siqaret çəkmə;

˗ bəzi dərman preparatlarının qəbulu (asetilsalisil turşusu, indometasin və s.).

Xoralı xəstəliyin simptomları

Xoralı xəstəliyin ən xarakter təzahürü – qarının yuxarı hissəsində ağrıların olmasıdır. Bu ağrılar acqarına əmələ gəlir, yəni yemək qəbulu aralarında. Ağrı həmçinin gecə əmələ gələ bilər ki, bu da xəstəni oyanmağa və nəsə yeməyə məcbur edir. Ağrı adətən yeməkdən sonra ilk 30 dəqiqə ərzində sakitləşir. Daha az spesifik olan, lakin xoralı xəstəlik zamanı yer alan simptomlar olur: öyümələr, yemək qəbulundan sonra ağırlıq, mədənin həddindən artıq dolması hissi, qusma, iştahanın azalması, bədən çəkisinin azalması, qıcqırma.

Fəsadlar

xoranın perforasiyası – mədə və ya onikibarmaq bağırsağın divarının deşilməsi. Xoralı xəstəliyin ən təhlükəli ağırlaşmalarından biridir, çünki mədə-bağırsaq traktının içindəkilərinin qarın boşluğuna tökülməsinə və qarın boşluğunun yoluxdurmasına gətirib çıxarır;

qanaxma – adətən nəcisin qara rəngdə olmasıyla təzahür edir (qan, mədə-bağırsaq traktını keçərək oksidləşir və qaralır);

maliqnizasiya – xoranın bədxassəli şişə çevrilməsi.

Xoralı xəstəliyin fəsadları – bir sıra həyati təhlükə daşıyan xəstəliklərdir, və bu fəsadlar haqda xoralı xəstəliyi olan hər bir xəstə bilməlidir. Məhz buna görə xoranın müalicəsini heç vaxt kənara qoymaq və ya terapiyanı dayandırmaq olmaz.

Siz nə edə bilərsiniz?

Pasiyentin əsas vəzifəsi – qida rejiminə riayət etməsi və həkimin təyin etdiklərini müntəzəm olaraq yerinə yetirməsidir. Müalicəvi pəhrizin əsasını zədələnmiş orqanın kimyəvi, mexaniki və termik amillərdən qorunması təşkil edir. Mədə sekresiyasını artıran qida məhsulları aradan qaldırılır (acılı, marinadlanmış, duzlu, qızardılmış, hisə verilmiş məhsullar, spirtli içkilər, qəhvə, çay, qazlı içkilər, yağlı bulyonlar).

Çox qaynar və ya çox soyuq yeməklək yeməyin. Siqaret çəkənlər bu vərdişlərini tərgitməlidirlər, çünki əsaslı olaraq sübut olunub ki, siqaret çəkmə nəyinki sağalmanı çətinləşdirir (müalicə müddətini uzadır), həmçinin xoranın təkrarən əmələ gəlməsi riskini artırır. Həmçinin xorası olan pasiyentlər aspirin və qeyri-steroid iltihaba qarşı preparatlardan istifadə etməməlidirlər.

Xoralı xəstəliyin profilaktikası

Profilaktika məqsədiylə istifadə edilir:

˗ əsəbi gərginliyin azalmasına yönləndirilmiş tədbirlər;

˗ siqaret çəkmə və spirtli içkilərin qəbulunu tərgitmə;

˗ qida rejiminin və qida tərkibinin keyfiyyətinin normallaşması;

˗ xroniki qastrit və ya qastroduodenitin müalicəsi.

Dr. Nahid Məhərrəmov

loading...

Bunuda oxu...