MƏDƏ ŞİRƏSİ

Mədə şirəsiMədənin selikli qişasındakı vəzlər mədə şirəsi ifraz edir, о qidanı həzm olunmasına kömək edir. Mədə şirəsi iysiz və qatışıqsız, turş reaksiyalı, açıq rəngli şəffaf mayedir. Mədə şirəsinin tərkibində hidrogen-xlorid turşusu və pepsin vardır, bunların olmaması həzmə mənfi təsir edir.

Turşuluq artmaqla mədə şirəsinin çox ifraz olunması qıcqırma və qəbizliyə, turşuluğun azalması isə qidanın pis həzm olunmasına və ishala səbəb olur. Sağlam adamda ümumi turşuluq 60-dan 40-a qədər, sərbəst xlorid turşusu 40-dan 20-уə qədər və zülallarda birləşmiş halda 20-dən 10-a qədərdir.

Mədə möhtəviyyatını analiz etməklə mədənin sekretor və hərəki funksiyalarını qiymətləndirmək və bunların pozulmasına görə xəstəliyin xarakterini təyin etmək mümkündür. Adətən, sağlam adamın mədəsi acqarına boş olur, yaxud 50 ml-ə qədər maye olur.

loading...

Mədə şirəsinin turşuluğunu təyin etmək üçün bir neçə üsul vardır. Ən yayılmış üsul turşuluğun sınaq səhər yeməyindən sonra yoğun və nazik zondla mədə şirəsi götürüb təyin edilməsidir.

Sınaq səhər yeməkləri:

1) suxari  – 50 q. boyat ağ çörək (qabıqsız) və ya 400 ml qaynamış suda və ya qənd salınmamış çayda isladılmış 35 q. ağ suxari;

2) kofeinli səhər yeməyi — 0,2 q. kofein və 300 ml. qaynamış su; mədənin hərəki funksiyasını təyin etmək üçün suya bir neçə damcı göy boyaq atılır;

3) kələm həlimi—300 ml;

4) ət bulyonu— 300 ml; 5%-li alkoqol məhlulu; 6) histaminli səhər yeməyi (0,5 ml. histamin 1:1000).

Tibb bacısının məlumat kitabı –  B.: «Çıraq» 2008.

loading...

Bunuda oxu...