MƏDƏ-BAĞIRSAQ XƏSTƏLİKLƏRİNDƏ FAYDALI BİTKİLƏR

ALOE VERAOrqanizmin böyüməsi, inkişafı və fizioloji proseslərin gedişi üçün ona müxtəlif tikinti materialı və enerji lazımdır. Bu şərtlərin ödənilməsində qida maddələri mühüm rol oynayır.

Qida maddələrinin son hala düşməsi və mənimsənilməsi isə mədə-bağırsaq və digər həzm üzvləri vasitəsilə həyata keçirilir. Ona görə də bu üzvlərin sağlamlığının qayğısına qalmaq gərəkdir. Belə üzvlərinin sağlam qalması və ya xəstəliklərdən xilas olması üçün şəfalı bitkilərə də ehtiyac duyulur.

Adaçayı

loading...

Adaçayı bitkisi çoxdan xalq təbabətində və elmi təbabətdə tanınmaqdadır.

Bu qiymətli bitki bizim ölkəmizdə də digər dünya ölkələrində olduğu kimi yabanı və mədəni halda yayılmışdır.

Azərbaycanın aran və dağətəyi bölgələrində yabanı halda dərə və yarğanların kənarında, taxıl sahələrinin ətraflarında rast gəlinir. Adaçayı yayıldığı və becərildiyi torpaq – iqlim şəraitindən asılı olaraq 30-60 sm və daha artıq hündürlüyə çata bilir.

Görünüşcə kiçik kola bənzər bu bitkinin gövdə və budaqları dördkünclüdür. Gövdə üzərində qarşı-qarşıya yerləşmiş uzun saplaqlı və lansetşəkilli uzun yarpaqalrı bozumtul yaşıl rənglidir. Yarpaq ayalarının kənarları dalğavaridir. Gövdəsinin yuxarı hissəsində dəstələrlə yerləşən bənövşəyi rəngli çiçəklər nəzəri cəlb edir. Hər bir çiçək tacı ikidodaqlıdır. Çiçəkləri və bütün yerüstü hissələri xoş ətirli iyə malikdir.

Dərman məqsədilə bitkinin yerüstü hissələri çiçəkləmə dövründə yığılıb qurudulur. Adaçayının müalicəvi əhəmiyyəti çoxcəhətlidir. Uzun illərdir ki, xalq təbabəlində ondan mədə-bağırsaq xəstəliklərində, həzm sisteminin nizamlanmasında, boğaz, badamcıq və diş əti iltihablarının aradan qaldırılmasında, udlaq və ağız boşluğu iltilablarında, qanın təmizlənməsində, qaraciyər xəstəliklərində və digər xəstəliklərin müalicəsində işlədilməkdədir. Adaçayını toxumları ilə fərdi təsərrüfatlarda asanlıqla çoxaltmaq olar.

Müalicə məqsədilə bitkinin yerüstü hissələrindən çay dəmləməsi kimi daxilə qəbul etmək, qarqara etmək, yarpağının tozundan istifadə etmək olar. Mədə-bağırsaq xəstəliyi üçün çay qəbulu səhər və axşam hər dəfə bir stəkan olmaqla qurtum-qurtum yeməkdən qabaq və ya sonra içilər.

Semizotu

Türkcə semizotu, azərbaycanca pərpərən, rusca portulak, ingiliscə purlanc və sair adlarla tanınır. Ona Azərbaycanın aran və dağətəyi bölgələrində ən çox becərilən torpaqlarda, bağ və bostanlarda çox rast gəlinir. Xalq təbabətinə çoxdan məlum olan bu bitkidən həm qida kimi, həm də dərman kimi istifadə olunur.

Semizotu ən çoxu 20-30 sm boyu olan birillik ot bitkisidir. Yumşaq mil kök sisteminə malikdir. Mil köklərdən çoxlu yan köklər inkişaf edərək onu torpağa yaxşı bərkitmiş olur. Kökün yuxarı hissəsindən bir neçə əsas zoğları (gövdə) başlanğıc götürür.

Bunlar yerüstü zoğlar olub torpağa sərilmiş və bir qədər yuxarıya doğru boylanmış vəziyyətdə olur. Gövdə və ya zoğlar silindirşəkilli, parlaq bozumtul yaşıl rəngli, üzəri hamar və sürüşkəndir. Gövdə yaşlaşdıqca qəhvəyi rəng alır. Gövdəsi (zoğlar) ətli-sulu, yumşaq və tez qırılandır.

Zoğlar üzərində saplaqsız və armudvarı dəriyəbənzər qalın yarpaqlar yerləşmişdir. Bu yarpaqların bir qismi zoğların aşağı tərəfində qarşı-qarşıya, yuxarıya doğru növbəli, daha yuxarıda təpə hissəsində topa halında yerləşmiş olur.

Yəni bitkinin yarpaqları qarışıq düzülüşlüdür. Bitkidə budaqlanma az halda köhnə zoğlardan, əsasən, yarpaqların qoltuqlarından başlanır. Hər yarpaq qoltuğundan yeni-yeni cavan zoğlar əmələ gəlir. Hər bir gövdənin (zoğun) təpə hissəsində topa halında yerləşmiş yarpaqların ortasında bir neçə çiçəkdən ibarət çiçək qrupu əmələ gəlir. Hər bir çiçək tacı beş ədəd sarı rəngli ləçəkdən ibarətdir. Ləçəklərin hər biri üç hissədən çuxurlu olur. Çiçəkdə erkəciklərin sayı çoxdur. Dişicik birdir və erkəciklərin əhatəsindədir.

Semizotunun müalicəvi əhəmiyyəti çoxşaxəli olub xalq təbabətində ondan mədə-bağırsaq qanamalarında və qəbizlikdə, qanın təmizlənməsində, şəkər xəstəliyində susuzluğun aradan qaldırılmasında, dalaq xəstəliyində, əsəbilik və zehni yorğunluqda, böyrəklərdən qum və daşların tökülməsində istifadə edilir.

Bu bitkinin tərkibi C və D vitamini, dəmir və maqnezium mineralları ilə zəngindir. Pərpərəndən qida olaraq bişirilmiş halda xörəklərə və ya qatığa qatılıb yeyilir, qış üçün şəraba edilir. Dərman məqsədilə salat kimi gün ərzində 2-3 dəfə toxumu olmadan cavan zoğ və yarpaqları salat kimi yeyilir, ardınca çay və ya üzüm suyu içilir. Bitkidən yaşıl ikən istifadə edilir.

Gülxətimi

Bir çox dünya ölkələrində yabanı və mədəni halda geniş yayılmış çoxillik bitkidir. Onun hündürlüyü şəraitindən asılı olaraq 1-1,5 metr və daha çox ola bilir. Bizim ölkəmizdə aran, orta və dağətəyi bölgələrdə yabanı halda quru yamaclarda, yolların kənarlarında təpə yastanlarında sarı rəngli çiçəyi olan qırışıq gülxətimi növünə çox rast gəlinir.

Mədəni halda bəzək bitkisi kimi çiçəklərinin rənginə görə fərqlənən çəhrayı, qırmızı, tünd qırmızı, ağ rəngli gülxətimi növlərinə təsadüf olunur. Ümumiyyətlə 60-dan çox növü olan bu bitkinin 7-8 növünə Azərbaycanda təsadüf edilir. Bütün bu növlər eyni dərəcədə əhəmiyyətli və oxşar quruluşludur.

Xalq təbabətində mədə-bağırsaq xəstəliklərinin, sidik kisəsi Və sidik yollarının, boğaz, badamcıq və diş əti iltihablarının müalicəsində gülxətminin çiçəklərindən və köklərindən geniş istifadə olunur. Gülxətimi cinsinin bütün növləri güclü inkişaf etmiş mil kök sisteminə malikdir. Əsas kökdən çoxlu yan köklər inkişaf edərək bitkini torpağa yaxşı bərkidir və özünü lazım olan su və suda həll olmuş mineral duzlarla təmin edir.

Gövdəsi dəyirmi formalı olub üzəri tükcüklərlə örtülüdür. Gövdə üzərində yerləşmiş oval şəkilli və uzun saplaqlı yarpaqlar növbəli qaydada düzülmüş və yarpaq ayalarının kənarları dalğavarı azacıq çuxurludur. Alt yarpaqlar böyük, yuxarıdakılar onlardan kiçikdir. Yarpaq qoltuğundan qismən üzun, əsasən qısa saplaqlı çiçək zoğları çıxır. Zoğlar üzərində bir neçə çiçək qönçəsi yerləşir. Onlar sanki növbə ilə çiçəkləyir.

Çay hazırlamaq üçün qurudulmuş və xırdalanmış halda bir çay qaşığı çiçək və ya kökünü bir stəkan qaynar suda dəmləyib gündə 2-3 dəfə içmək olar. Digər halda gülxətimi kökləri ilə əməköməci kökünün bərabər miqdarda qarşığının da qaynar suda dəmləyib gün ərzində 2-3 dəfə hərdən bir stəkan içmək olar.

Yeralması

Bir çox dünya ölkələrində yabanı və mədəni halda rast gəlinir.

Soyuğa davamlıdır, bütün bölgələrdə yaxşı inkişaf edə bilir. Yer almasının kök yumrularından həm qida, həm də dərman kimi istifadə edilir. Kökyumrularının tərkibi A və C vitamini, kalsium dəmir, ftor kimi minerallarla zəngindir.

Müalicə məqsədilə mədə-bağırsaq və qəbizlikdə, şəkər və cinsi zəiflikdə, sifətin gözəlləşdirilməsi üçün maskaların hazırlanmasında, şişlər üzərinə lopa halda qoyularaq onların yatırılmasında xalq təbabətində çoxdan bəri işlədilməkdədir.

Yumruları ilə asan çoxalan bu bitki hər bir fərdi və fermer təsərrüfatlarda artıqmaq məsləhətdir. Müalicə məqsədilə yeməklərə qatılıb yeyilər, suyu çıxarılıb içilər, çiy halda yeyilər və ya qarışıqlar hazırlanıb çiy və ya bişirilmiş halda yeyilər. Qarışıqlar üçün yer alamasının yumrusu, dib soğan, yerkökü, xırdalanmış düyü, cəfəri, limon, azacıq duz götürüb hamısını zeytun yağına əlavə etməklo hazırlamaq olar.

Belə qarışıqda yer alması yumruları artıq götürülməlidir. Su ilə içilər.

Kərəviz

Hələ qədim Yunanlar yabanı kərəviz bitkisini tanımış və ondan bədənin gücünü artırmaq üçün istifadə etmişlər.  Hipokrat kərəvizin sinir sisteminə faydasını bildirmiş və bu barədə dəyərli fikirlər söyləmişdir.

Son araşdırmalar zamanı kərəvizin mədə-bağırsağın gücləndirilməsi, öd ifrazının nizamlanması, qaraciyər şişinin aradan qaldırılması, şəkər qan təzyiqinin düşürülməsi, sinir pozğunluqalrı, iqtidarsızlıq və cinsi zəiflik kimi xəstəliklərdə faydalı olduğu aşkarlanmış və təsdiqini tapmışdır.

Kərəvizin iki əsas növ müxtəlifliyi tanınır. Onlardan bir növü kök yumrusu olan və qısa saplaqlı iri yarpaqları olan kök kərəvizidir. Digər növü isə kök yumrusu olmayan, uzun saplaqlı və lansetvarı yarpaqları olan yarpaq kərəvizidir. Hər iki növ mülayim iqlim şəraitində və çürüntülü torpaqlarda yaxşı inkişaf edir. Hər ikisi eyni dərəcəli əhəmiyyətə malikdir.

Aşağıda danışacağım növ yarpaq kərəvizi haqqındadır. Bu növün hündürlüyü 80-100 sm arasında dəyişir.

Yuxarıda qeyd etdiyimiz kimi bu bitki ikiillik ot bitkisidir. Dirriklərdə tərəvəz kimi əkilib becərilir. Kök sistemi mil köklüdür və yan köklərlə əhatə olunur. Yerüstü gövdəsi uzununa boylanan bir neçə tillərdən ibarət olur və növcuqlar əmələ gətirir, yəni köşəli quruluşdadır. Hər bir zoğ (gövdə) üzərində növboli yerləşmiş, uzun saplağın uc hissəsində lansetşəkkilli üçlü mürəkkəb yarpaqlar nəzəro çarpır.

Orta yarpaq bir qədər uzun, yandakı iki yarpaq bərabər ölçülü və ya azacıq uzunluqları ilə bir-birindən fərqlənir. Saplağın gövdəyə birləşdiyi yerdən yeni cavan zoğlar əmələ gəlir və bitki budaqlanmış olur. Hər bir zoğun təpə hissəsində çətirçiçək qrupu əmələ gəlir. Çiçəkləmədən sonra meyvə və toxumlar formalaşır.

Kərəviz A, B, C vitaminləri və kalsium, kalium, dəmir, girəc kimi minerallarla zəngindir. Müalicə məqsədilə bitkinin yer altı və yerüstü hissələrindən çay dəmlənib səhər – axşam yeməkdən 20-30 dəqiqə qabaq bir stəkan qurtum-qurtum çay kimi içilər.

Həm üyüdülmüş toxumları, həm də bitkinin özü ətirli tərəvəz kimi xörəklərdə işlədilir və turşulara qoyulur. Bütün hallarda müalicəvi təsirə malikdir.

Yarpız

Bu bitki bir çox dünya ölkələrində, o cümlədən bizim ölkəmizdə yabanı halda geniş yayılmış çoxillik ot bitkisidir. Azərbaycanın demək olar ki, bütün aran, dağ və dağətəyi bölgələrdə rast gəlinir.

Çox qədim vaxtlardan xalq təbabətinə məlum olan yarpızdan mədə-bağırsaq xəstəliklərində, iqtidarsızlığın aradan qaldırılmasında, qusma və mədə bulantısının qarşısını almaqda, bağırsaqlarda köp əmələ gətirən qazların yatırılmasında, bədənin rahatlandırılmasında, qüvvətləndirilməsində və s. bu kimi xəstəliklərin müalicəsində istifadə edilmişdir. Yarpızın yeraltı hissəsi gövdənin (zoğun) şəkildəyişməsi olan kökümsovlardır.

Müalicə məqsədilə yerüstü hissələrindən tək və ya qarışıq halda istifadə etmək olar. Qurudulub narın hala salınmış yarpızdan bir çay qaşığı götürüb bir stəkan qaynar suda dəmləyərək, səhər-axşam yeməkdən əvvəl və ya sonra ilıq halda qurtum-qurtum içmək lazımdır.

Aloye

Aloye hələ qədim vaxtlardan bəri xalq təbabətinə məlum olmuş və ondan bir çox xəstəliklərin müalicəsində istifadə olunmuş, indi də öz əhəmiyyətini saxlamaqdadır. Ondan şəfaverici kimi mədə-bağırsaq, dəri, sümük-oynaq, qəbizlik, yanıq və yaraların, vərəm və s. xəstəliklərin müalicəsində istifadə olunur.

Aloye (ozvay) bitkisi tropik bölgələrdə yabanı halda yayılmış çoxillik bitkidir. Əsil vətəni Afrika olan bu şəfalı bitki mərkəzi Amerika, Cənubi Amerika, qardaş Türkiyə və bir çox ölkələrdə geniş əkilib becərilir.

Abşeronun torpaq-iqlim şəraitinə uyğunlaşıb yaxşı inkişaf edə bilir.

Ev şəraitində becərilən Aloye çiçək vermir və ya çox gec çiçək açır. Bitkinin əksər növündə yeraltı hissə şəklini dəyişmiş zoğlardan ibarət kökümsovlardır.

Kökümsovlardan yeraltı köklər və torpaqüstü zoğlar (gövdə) inkişaf edir. Aloye yerüstü cavan zoğları və yarpaqları vasitəsilə çoxala bilir.

Müalicə məqsədilə aloyenin yarpaqlarından alınan acılı şirəsindən istifadə olunur. Bu məqsədlə yarpağın şirəsi çıxarılır, bərabər nisbətdə balla qarışdırıb səhər-axşam yeməkdən 20-30 dəqiqə qabaq bir çay qaşığı udulur və üzərindən bir qədər su içilir.

Yerkökü

Bu qiymətli bitki çərtirçiçəklilər fəsiləsinə aid olub yabanı və mədəni halda yayılmış ikiillik bitkidir.

Bu bitki Kök, Yerkökü, Havuc kimi adlarla da tanınır. Yerkökünün vətəni Avropa və Afrikadır. Onun bir çox növü dünya ölkələrində, o cümlədən Azərbaycaııda yayılmış, fərdi və fermer təsərrüfatlarında əkilib-becərilir. Onun əsasən mətbəx növü geniş yayılmışdır. Yerkökünün geniş miqyasda becərilməsinin səbəbi onun kökmeyvələrinin tərkibində çoxlu vitaminlərinmineral maddələrin olmasıdır.

Belə ki, onun kökmeyvələri A, B, K və PP kimi vitaminlər; natrium, kalsium, dəmir, mis, maqnezium, qurquşun, flüor, yod, brom və bor kimi minerallarla zəngindir. Uzun tarixi olan bu bitkinin kökmeyvələrindən yaş və ya qurudulmuş halda qida kimi, xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində kökmeyvəsindən və şirəsindən şəfaverici dərman kimi geniş istifadə olunmuşdur.

Ondan xroniki qəbizliyin aradan qaldırılması, uşaq isahallarının aradan qaldırılması, mədə-bağırsaq iltihablarını və qanamaların aradan qaldırlması, qanazlığının aradan qaldırılması, bədənin qüvvətlənməsi, ürək-damar xəstəlikləri və s. müalicəsində müvəffəqiyyətlə istifadə olunur.

Bundan başqa yerkökünün görmə gücünün artırılmasında, əl-üz və boyun qırışlarının aradan qaldırılmasında böyük əhəmiyyəti və faydası bilinməkdədir.

Yerkökünün əsas kökündə ehtiyat qida maddələri toplanaraq onu yoğunlaşdırır, şəklini dəyişdirir və meyvəkök deyilən kök əmələ gətirir. Belə köklər uzun konusvarı şəkillidir.

Rənglərinə, böyüklüyünə görə fərqlənir. Onlar narıncı, bənövşəyi və s. rənglərlə növ müxtəlifliyinə malik olurlar.

Belə meyvəköklərin əmələ gəlməsində əsas köklərilə yanaşı gövdənin aşağı hissəsi də iştirak etmiş olur. Meyvəköklərdən bir neçə yerüstü zoğ (gövdə) əmələ gəlir. Zoğların bir tərəfi növ formalı olub hər iki tərəfi tillidir. Şəraitindən asılı olaraq gövdənin hündürlüyü 20-30 sm və daha çox ola bilir. Gövdə üzərində qarşı-qarşıya yerləşmiş uzun saplaqlar və onların üzərində isə qısa saplaqlı bir neçə mürəkkəb bölümlü yarpaqlar yerləşmiş olur. Yarpaq və zoğlar tükcüklərlə əhatə olunmuşdur.

Yerkökünün torpaqüstü zoğları payızın sonlarında quruyub tökülür. Yerkökünün meyvə kökləri torpaqalrında qışı keçirir və erkən yazda yeni zoğlar əmələ gətirir. Həmin zoğların təpə hissəsində çətir çiçək qrupu əmələ gətirir, meyvə və toxum verib bütünlüklə həyatının ikinci ili məhv olur.

Bitkinin toxumları gec cücərən olduğuna görə əkin apararkən alaqsız, münbüt və yüngül torpaqlar seçilməlidir.

Müalicə məqsədilə tək halda kökmeyvələrin şirəsi çıxarılaraq səhər-axşam yeməkdən 30 dəqiqə qabaq 100 qram içmək faydalıdır. Müalicə bir neçə ay davam etdirilir. Digər halda bərabər miqdarda yerkökü, pazı qarışıqlarından alınan şirəni də həmin qaydada daxilə qəbul etmək faydalıdır.

Yerkökünü qida kimi müxtəlif xörəklərə qatmaqla, qurudulmuş, duza qoyulmuş və mürəbbə halında istifadə etmək olur.

loading...

Bunuda oxu...