LİPOMA NƏDİR

limpomaLipoma zamanı yağ hüceyrələrinin sistləşməsi və ətrafında kapsul yaranması müşahidə olunur. Lipoma xoşxassəli şişdir!

Lipoma anadangəlmə və sonradan inkişaf edə bilər. Adətən lipomalar beldə, boyunda, dərinin tüklü nahiyələrində (xüsusən başda), qolda və ayaqda müşahidə olunur. Amma çox fərqli nahiyələrdə, hətta daxili orqanlarda da lipoma qeyd olunmuşdur.

Lipomaların daxilində piy vəzi hüceyrəsi olduğu üçün kilo artdıqca lipoma da böyüyə bilər və yamüəyyən ölçüdən sonra uzun illər dəyişməz qala bilər.

loading...

Buna cərrahın baxması və müəyyən etməsi məsləhətdir, xüsusən xəstədə böyüyən və sərtləşən şişkinlik qeyd olunursa. Çünki xəstədə lipoma deyil, liposarkoma ola bilər. Liposarkoma lipomadan fərqli olaraq bədxassəlidir və təcili müalicə olunması lazımdir.

Lipomaların çox az miqdarda da olsa bədxassəli olanı qeyd olunur.

Lipomalar əsasən xoşxassəli olduqları üçün orqanizmə ziyanlı deyil, lakin infeksiya riski olduqda, getdikcə inkişaf edərsə, yerləşdiyi yerdə xəstəni narahat edirsə və kosmetik problem yaradırsa, götürülməsini məsləhətdir. Lipomanın müalicəsi cərrahi yolladır. Bu prosedura xəstədə heç bir narahatçılıq yaratmır.

loading...

Bunuda oxu...