LİMFODEM, FİL XƏSTƏLİYİ

limfodemaƏhali arasında daha çox “fil xəstəliyi” kimi tanınan limfodemdən əziyyət çəkən xəstələr nə edə bilər, necə edə bilər ki, bu əlamətlər azalsın – o barədə danışacam.

İlk əvvəl artıq çəkisi olanlar çəkini azaltmağa calışmalıdır, cünki artıq kilolar limfa dövranına olan yükü artırır.

Aktiv ritmik hərəkətlər – hər gün ayaq əzələlərini işlətmək lazımdır, bu həm venoz qanın, həm də limfanın dövranını yaxşılaşdırır.

loading...

Manual limfa drenajı – yəni masaj vasitəsilə ayağda topuqdan başlayıb yuxarıya doğru müvafiq nöqtələrə təsir etməklə toplanan artıq limfanı limfa dövranına qoşmaq olar.

Aparat vasitəsilə limfodrenaj – xüsusi ayağa geyindirilən və limfa istiqamətində pnevmokompressiya yaradaraq limfa dövranını yaxşılaşdıran manjetlerdən ibarətdir.

Ayaq dərisi üçün pH normal olan kremlərdən istifadə edərək qurumanın və çatların (daban) yaranmasının qarşısını almalıdırlar. Beləki limfodemi olan insanlarda dəridə olan belə çat və sıyrıqlardan infeksiya yayılaraq ağırlaşmaya səbəb ola bilir.

Kompression qolf – Limfodem zamanı prosesin daha da irəliləməsinin, kobud dəyişikliklər yaranmasının qarşısını alan ən effektiv vasitədir.

Limfodem səthi venaların qapaq çatmamazlığı fonunda yaranırsa qapalı üsulla (lazer ablasiyası) problemli venalar aradan qaldırılmalıdır. Xüsusilə belə xəstələrdə kəsiklər və tikişlər limfodemi artıra bilər.

Dr. Afaq Zahidova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...