LATEKS ALLERGİYASI

Lateks allergiyası Normal sağlam insanlarda lateks tərkibli məhsullarla təmasda olmaq problem yaratmasa da lateksə qarşı həssas olan insanlarda bu bir çox reaksiyalara səbəb ola bilir.

Lateks allergiyası günümüzdə olduqca geniş miqyas almışdır. Tərkibində lateks olan 40 000`dən çox məhsul var. Bunlardan məişətdə və tibb sahəsində daha çox istifadə olunanlar aşağıdakılardır:

uşaq əmzikləri

loading...

məişətdə istifadə olunan əlcəklər

boyalar, uşaq bezləri, oyuncaqlar, şarlar

Tibbə aid olanlar:

Əlcəklər, cərrahi maskalar, kateterler, yapışdırıcılar və başqa bir çox məhsulları misal göstərmək olar. Tibb sahəsində çalışan insanlar daha çox lateksə qarşı hıssaslıq göstərirlər bu da tez-tez təmasda olmalarıyla əlaqələndirilir.

Atopik olan şəxslər və lateksə daha tez və sıx təmasda olanlar risk qrupuna daxildir. Bundan başqa latekslə çarpaz allergiya verən bəzi qidalar var ki, bunlar da lateks həssaslığı olan insanlarda bənzər reaksiyalar verirlər.

Banan, ananas, avakado, şabalıd, qoz, fındıq, pomidor və s. bu qidalara aiddir. Lateks allergenləri orqanizmə həm inhalyasyon həm də təmas yoluyla daxil olur. Təmas yoluyla reaksiya baş verdikdə daha çox maddənin təmas etdiyi yerlərde qızarıqlıq, qaşınma və səpkilər əmələ gəlir.

İnhalyasyon yolla reaksiya baş verdikdə isə daha çox rinit əlamətləri yəni asqırma, burunda qaşıntı, konyuktivit, astma simptomlarıyla (boğulma, nəfəs darlığı) özünü göstərir. Lateksə qarşı baş verən reaksiyalardan ən ağırı və həyat üçün qorxulu olanı anafilaktik şokdur.

Dr. Vəfa Tarverdiyev

loading...

Bunlarıda bəyənə bilərsiniz ...