LARİNGİT NƏDİR

Laringit səs qutusunda yerləşən səs kordlarının (tellərinin) iltihabı xəstəliyidir.

Laringitin səbəbləri arasında yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri, zökəm başlıca yer tutur. Yüksək tonlarda söhbət, mahnı oxumaq və ya qışqırmaq , mədə-bağırsağın reflü xəstəliyi; siqaret çəkmə; ikinci əl tüstüyə məruz qalma; ya da çirklənmiş havası olan regionlarda yaşamaq da laringitə səbəb ola bilər.

Laringit bir infeksiya nəticəsində yaranıbsa yoluxucu ola bilər (məsələn virus infeksiyaları).

loading...

Laringitin ən bəlirgin əlamətləri xırıltıl səs, səs itməsi və boğaz ağrısıdır.

Böyüklərdəki laringit əlamətlərindən quru, yandırıcı boğaz ağrısı, udqunma zamanı ağrı, boğazda və ya boyunda dolğunluq hissi ola bilər. Laringit bir infeksiya nəticəsində olarsa, həmin şəxsin yüksək tempraturu, boyunun arxasında, çənə altı nahiyyəsində şişkin limfa düyünləri (şişkin bezlər) ola bilər.

Körpələrdə və ya uşaqlarda laringitin yuxarıda sadaladığımız simptomlarından əlavə ağrılı, it hürməsinə bənzər öskürək və çox yüksək qızdırma da ola bilər. Bu cur uşaqlara el arasında inağ olub deyirlər.

Laringit üç həftədən daha uzun sürərsə bu artıq xroniki laringit sayılır.

Xroniki laringit ən çox gastroesofageal reflü xəstəliyi, siqaret çəkmə, ikinci dərəcəli siqaret tüstüsünə məruz qalma, hava çirkliliyi və ya spirtli içkilərin istifadəsi nəticəsində yaranır.

Laringitə səbəb olan xronik iltihab səs tellərinin üzərində nodulların və ya poliplərin meydana gəlməsinə səbəb ola bilər.

KRX nəticəsində əmələ gələn laringitin müalicəsi simptomatik xarakter daşıyır, səs tellərinə istirahət, nəmləndirilmiş hava, zökəm simptomların aradan qaldırılması üçün təbii və ev üsulu müalicə, bol maye qəbuludur.

Laringit əlamətləri və simptomları üç həftədən çox davam edərsə və ya təkrar davam etməkdədirsə, həkimə müraciət etmək məsləhətdir.

Dr. Aygün Sayılova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...