LAMBLİYA

lambliyaLambliya qurd deyil, o tək hüceyrəli parazitdir. Çoxları onu qurd kimi tanıdığına görə, lambliya haqqında məlumatı ən geniş yayılmış qurdlarla bir yerdə veririk.

Lambliyaların xəstəlik törədən vegetativ formaları 12 barmaq bağırsaqda və nazik bağırsağın yuxari hissələrində yaşayirlar. Onlar bağırsağın səthinə yapışıb, qidalanırlar, çoxalırlar. Miqdarları milyardlarla olur. Çox olduqlarına görə, bağırsağın səthini örtürlər, zədələyirlər. Nəticədə, qidanın həzmi, mənimsənməsi, vitaminlərin, mineralların qana sorulması pozulur.

Lambliyalar ödünmədə altı vəzin şirəsinin 12 barmaq bağırsağa axmasına da mane olurlar. Ona görə də, öd kisəsində durğunluq və öd daşları əmələ gəlməsinə şərait yaranır.

loading...

Nazik bağırsağın aşağı hissəsində lambliyalar xəstəlik törətməyən sist (yumurta) formasına keçirlər. Sistlər ziyan vermədən, nəcislə xaric olurlar. Onlar nəmli yerlərdə 3 həftə, suda isə 2 ayadək yoluxucu qalırlar. Hətda xlorlanmış suda sistlər 72 saat sağ qalırl. Quru yerlərdə, o cümlədə quru qida məhsulları üzərində 2 sutka yoluxucu olurlar.

Yoluxma sistlərin udulması nəticəsində olur (tozdan, natəmiz əllərdən, çirklənmiş su və qida məhsullarından, yaxşı yuyulmamış qablardan və s.).

Lambliyaya cinsi yolla da yoluxmaq olur (rektal-oral seks). Ona görə də lamblioz ən geniş yayılmış xəstəliklərdəndir.

Hesab edilir ki, xəstəlik yaranması üçün 100-ə yaxın sist udulmalıdı.

Lambliozun hansı əlamətləri ola bilər?

Xəstələrdə əsasən çəkilərinin artmaması, arıqlama, ağızda acılıq, nəfəsdə və nəcisdə pis qoxu, selik axma, diş qıcama, öyümə, qusma, bağırsaq pozulması, allergiya, giyişmə, saçların tökülməsi, baş ağrıları olur.

Lambliyaların törətdikləri vitamin çatışmamazlığı və qan azlığı nəticəsində bütün orqanların fəaliyyəti pozula bilər, bir çox xəstəliklər yarana bilər, məsələn dərinin quruması, çatlaması, gözlərin zəyifləməsi, aybaşı pozulması, kişi və qadın sonsuzluğu, uşaq salma və s.

Hər kəsin lambliyalara özünə məhsus reaksiyası var. Kimdəsə əlamətlərin biri-ikisi, başqasında isə daha çoxu ola bilər. Əlamətlərin ifadə dərəcəsidə mühtəlif olur. Bəziləri heç nədən şikayət etmirlər, lakin onlar yoluxma mənbəyi kimi başqaları üçün təhlükəlidirlər.

Lambliyalar müxtəlif əlamətlər, xəstəliklər törədiklərinə görə, xəstələr mühtəlif ihtisaslı həkimlərə müraciyyət edirlər: terapeft, pediatr, qastroenteroloq, endoskopist, dermatoloq, allerqoloq, qinekoloq, okulist və s.

Təəssüf ki, əksər həkimlərin lamblioz heç yadına düşmür. Onlar mühtəlif müayinələr edirlər, xəstəlikləri diaqnoz və müalicə etməyə cəhd edirlər. Təcrübəli həkimlər lambliozdan şübhələnəndə, xəstələri analizə göndərirlər.

Lambliozun diaqnozunda ən çox istifadə olunan nəcis analizidir. Lakin sistlər nəcisdə nadir hallarda aşkar olunur. Yəni sistlər nəcisdə aşkar olmasa, bu hələ o demək deyil ki lamblioz yoxdu!

Dr. Tofiq Əkbərov

loading...

Bunuda oxu...