LALKARLIQ VƏ SƏBƏBLƏRİ

Uşaqlarda epilepsiyaİnsan yalnız ətrafındakıları dinləmək və onları təqlid etməklə danışmağı öyrənir; kar doğulan, yaxud körpə yaşlarında eşitmək qabiliyyətini itirən insan lalkar olur.

Həmin xəstəliyin tərifi də bundan irəli gəlir, lalkarlıq elə patoloji haldır ki, bu zaman adi yolla danışmağı öyrənməyi qeyri mümkün edən anadangəlmə ya qazanılma karlıq olur.

Karlıq 5-7 yaşından sonra əmələ gəldikdə isə danışıq qabiliyyəti daha itirilmir. Buna əsasən, güman etmək olar ki, lalkarlıq zamanı üzvi dəyişiklikləri, yalnız eşitmə üzvündə axtarmalıyıq. Statistika məlumatına görə anadangəlmə karlıqların miqdarı qazanılma karlıqlardan xeyli azdır.

loading...

Çox vaxt kar uşaqların valideyinləri “eşitmək” və “duymaq” təsirini qarışdırırlar. Kar uşaq avtomobil, təyyarə, qapının çırpılıb örtülməsini eşitmir, yalnız duyur. Ata-anası isə buna düzgün qiymət vermir və eşitməni aktivasiya üçün yararlı sayırlar.

Üç növ karlıq ayırd edilir: Prenatal (anadangəlmə, doğuşdan qabaq) karlığa və eybəcərlik, ananın hamiləlik dövründə intoksikasiyası, endemik, endokrin patologiya, toksoplazmoz, kretinizm, embrionopatiya, lues, ana ilə uşaq arasında rezus amilə görə uyuşmazlıq.  Perinatal (doğum vaxtı) karlığa aiddir: qanaxma, azadolma vaxtı anoksemiya halı, doğum vaxtı dölün travması. Postnatal (doğumdan sonra) karlığa dərman, intoksikasiya, bakterial və virus infeksiyaları aiddir.

Eşitmənin müayinəsi tam karlığı (əksərən qazanılma lalkarlıqda), yaxud eşitmənin qalıqlarını (əksərən anadangəlmə karlıqda) göstərir. Eşitmənin qalıqları cüzi (yalnız bəzi tonları eşitmək mümkündür) olur.  Qazanılma lalkarlıq zamanı vestibulyar aparat xeyli tez-tez xəstələnir.

Lalkarlığın diaqnostikası yalnız lap körpə uşaqlarda çətindir. Lalkar uşağın eşitmə analizatorunun müayinəsi xeyli mürəkkəb olub hövsələ və uşaqlara müvafiq surətdə yanaşma tələb edir. Kar uşağın hər bir inkişaf dövründə, eşitmə və müvazinət analizatorunun müayinəsində xüsusi yer tətbiq olunur. Südəmər uşaqları əmzikli butulkadan əmizdirdikdə onlarda şərti əmmə refleksinin alınması həkimə kömək edə bilər.

Südəmər uşaqlarda  eşitmə qabiliyyətinin olunduğunu auropalnebral üsulu ilə də təyin edirlər. Məlumdur ki, eşidən uşaq öz hərəkətlərini dayandırmaqla özünün eşitmə diqqətinin biruzə verir. Bunun kimi “vestibulyar diqqət” də ayırd edilir. Uşaq yırğalanmağa vəziyyətini dəyişdirməklə reaksiya verir. Diqqətli ata-anadan bu barədə məlumat almaq olar.

Böyük uşaqlarda və yaşlılarda lalkarlığın diaqnostikası xarakterik hecavi monoton danışıq, tipik mimika və eşitmənin funksional müayinəsindən: adətən, qışqırıqla ayrı-ayrı saitlərin, hecaların, sözlərin tələffüzündən alınan nəticələr, kamertonlar və audionmetrlə müayinə ilə asanlaşmış olur.

Karlarda qeyd olunduğu kimi vestibulyar aparatın da pozulması aşkar olunur. Lalkar uşaqlar, adətən, yeriyərkən ayaqlarını yerə sürtürlər ki, diaqnostikada bunu da nəzərə almaq lazımdır.

loading...

Bunuda oxu...