Laboratoriyada süni retina yetişdirildi

Süni retinaRus alimlər laboratoriyada gövdə hüceyrəsindən retina yetişdiriblər. Gələn il onlar kliniki sınaqlar keçirməyə hazırlaşırlar və süni  yetişdirilmiş retinanı nəql etmək istəyirlər. Hələki belə sınaqlar dovşanlar üzərində aparılır. Növbəti il hüquqi baza yaradıldıqdan sonra pasientlərədə transplantasiya mümkün olacaq.

Laboratoriyada yetişdirilmiş retina makulodistrofiyadan əziyyət çəkən insalara nəql ediləcək. Yaş makulodistrofiyası yaşlı adamlar arasında
korluğun əsas səbəblərindəndir. Bundan başqa bu xəstəliyin genetik formasıda var. Xəstəliyin aşkar edildiyi ailələrdə korluq artıq 20-30
yaşına çatanlarda yaranır.

Belə bir ailə tədqiqatçılara müraciət edib. Əgər transplantasiyaya icazə verilsə onlar ilk pasientlər olacaq. Xatırladaq ki hüceyrənin yenidən proqramlaşdırılması mümkünlüyünü, ilk dəfə, yapon alim Sinya Yamanaka demonstrasiya etmişdir və buna görə Nobel mükafatını almışdır. Bu yolla nəql edilmiş göz daha yaxşı adaptasiya olunur nəinki donor və embrional hüceyrələrdən yaradılan.

loading...
loading...

Bunuda oxu...