KSANTELAZMA

ksantelazmaDəri altına yağın toplanmasına ksantoma, bunun göz qapağı dərisində dermisin üst tərəfində makrofaqlar içərisində toplanmasına isə ksantelazma deyilir.

Ksantelazma – yastı xoşxassəli dəri törəməsidir. Ksantelazma ksantomaların ən çox rast gəlinən formasıdır. Qadınlarda 1.1%, kişilərdə isə 0.3% rast gəlinir.

Əsasən simmetrikliyi (hər iki tərəfdə olmasını) qoruyub saxlamaqla yanaşı, üst və alt göz qapaqlarının iç tərəfində buruna yaxın nahiyədə parlaq sarı rəngdə ləkələr şəklində görülməkdədirlər.

loading...

Tək və ya çox sayda kiçik ləkələr şəklində başlayıb, zamanla böyüyüb və birləşə bilirlər. Bu yağ ləkələrinin içərisində xolesterin tapılmaqdadır.

Ksantelazma ağrısız və yumşaq konsistensiyalıdır. Əmələ gəlmə səbəbi dəqiq bilinməsədə, bu diaqnozla müraciət edən pasientlərin əksəriyyətində piylənmə, şəkərli diabet, pankreatit, qaraciyər sirrozu və qanda xolesterinin miqdarının yüksəlməsi müşahidə edilir.

Müalicəsinə gəldikdə cərrahi müdaxilə, elektrokoaqulyatrla, lazer müalicə (CO2 və erbium lazer) üsullarından istifadə edilir. Müalicə üsullarından sonra 5-7 günə hər hansı bir ləkə və ya çapıq izi qalmadan tam sağalma mövcuddur.

Dr. Elşad Novruzov

loading...

Bunuda oxu...