KORTİZOLUN YÜKSƏK SƏVİYYƏSİNİN NƏTİCƏLƏRİ

Əzələ kütləsinin azalması. Normada orqanizm enerji mənbəyi kimi əvvəlcə karbohidratları, sonra yağları və sonda əzələ toxumasını istifadə edir, kortizol yüksək olanda isə əvvəlcə #əzələtoxuması istifadə olunur.

Yağ kütləsinin artması. Yüksək kortizol aclıq hissinə səbəb olur və şirniyyat yemək istəyi əmələ gəlir, çünki şəkər bir müddətlik kortizolu salır. Ancaq bu normadann çox yeməyə yol açır və artıq çəkiyə səbəb olur.

Qarın nayihəsində piylənmə. Yüksək kortizol qarın nayihəsində piylənməyə səbəb olur. Bu yağlar əzələ altında yığılır və tədricən qarını qabağa çıxarır.

loading...

Diabet xəstəliyinin əmələ gəlməsi. Kortizol qanda şəkəri yüksəldir: əvvəlcə insulin ifrazını azaldır, sonra əzələləri qlükozaya parçalayır. Nəticədə xroniki yüksək kortizol 2 tip diabetə səbəb olur.

Testosteronun azalması. Kortizol nə qədər yüksək olsa testesteron hormonunun səviyyəsi bir o qədər aşağı olacaq.

İmmun sistemin zəifləməsi. Qısa müddət ərzində kortizol iltihablanmaya qarşı bir vasitə kimi rol oynayır. Ancaq sonra immun sistemini zəiflədir.

Ürək-damar xəstəliklərinə yol açır. Kortizol orqanizmi yüksək tempdə çalışdırır, bu isə insult və ya infarkta səbəb ola bilər.

Osteoporoz əmələ gələ bilər. Kortizol kalsium və kollaqenin sovrulmasını azaldaraq sümükləri tezsınan edir və regenerasiya proseslərini yavaşladır.

loading...

Bunuda oxu...