KÖRPƏNİN İNKİŞAFINDA BUNLARA DİQQƏT EDİLMƏLİDİR

AiləKörpələrdə normal inkişaf göstəriciləri:

3-4 ayına qədər uşaq artıq başını düz və sabit saxlamalıdır. aa, uu kimi sait səslər çıxarmalıdır. Başqası onunla danışanda reaksiyasını bildirməlidir.

5-6 ayında başqasının köməyindən istifadə etməklə oturmalı, ayaqlarını möhkəm yerə dirəməli, əlini əşyalara uzatmalı, əşyaları əlində tuta bilməlidir.

loading...

7-9 ayında qa, da, bi kimi səslər çıxarmalı, onu qucağınıza götürəndə qollarını sizə tərəf uzatmalı, üzü üstə uzanıqlı vəziyyətdən arxası üstünə və əksinə çevrilə bilməlidir, başqasının köməyi olmadan sərbəst oturmalıdır.

10-12 ayında da-da kimi hecaları təkrarlamalı, anasını, atasını tanımalı, hardansa yapışıb ayağa qalxmalıdır.

13-15 ayında məna ifadə edən ən azı 1 söz deyə bilməli, əlini qabağa uzadaraq istədiyi şeyi göstərmləi, gəl, al, dayan kimi hərəkət bildirən sözləri başa düşməli, sərbəst yeriməlidir. Əgər sizin körpənizdə bu inkişaf göstəricilərindən hansında isə bir ləngimə varsa mütləq həkimə müraciət edin.

Dr. Xanım Bəkirova

loading...

Bunlarıda bəyənə bilərsiniz ...