KÖRPƏNİN HƏRARƏTİ VARSA NƏ ETMƏLİ

KörpəKörpənin hərarəti varsa növbəti addımları atmaq gərəkdir. İlk öncə termometrlə körpənizin təmperaturunu ölçüb hazırkı temperaturun nə qədər olduğunu bilməlisiniz. Çox zaman analar temperaturu ölçmədən qızdırma salan dərman verirlər –  bu yalnışdır.

Əgər temperatur 38.5 C – yə qədərdirsə sadəcə körpənin əynini nazildərək, alnına və büküşlərine ilıq kompres etməlisiniz.

Əgər körpədə eyni zamanda aşağıda sadaladığım əlamətlər də varsa, ən qısa zamanda pediatrınızla əlaqə saxlamağınız lazımdır.

loading...

Körpənin qızdırması 39 C (dərəcə) və ya daha yüksəkdirsə və yaxud 3 gündən çox davam edirsə:

Körpəniz inildəyir və ya siz ona toxunduqda və tərpətdikdə ağlayırsa,

Körpə qidadan imtina edirsə,

Normal hərəkətlər etmirsə,

Yuxudan ayıla bilmirsə,

Körpənizin boyun hissəsində gərginlik varsa,

Körpəniz nəfəs almağa çətinlik çəkir, tənəffüsü sürətlənir, xırıldayır və ya tənginəfəs olursa, qarın tipli tənəffüs varsa, öskürək varsa,

İshal və qusma varsa,

Körpənin dərisində qırmızı yaxud bənövşəyi ləkələr yaranırsa,

Əgər temperatur 38.5 C dərəcədən yuxarıdırsa o zaman antipiretiklərdən (qızdırmasalıcı) istifadə edə bilersiniz. Yalnız bir doza dərman istifadə oluna bilər. Eyni vaxtda həm sirop, həm də şam olmaz. Qızdırmasalıcı dərmanları 6 saatdan tez istifadə etmək olmaz.

Pediatr Xanım Bekirova

loading...

Bunuda oxu...