KÖP ƏLEHİNƏ VƏ YARADAN QİDALAR

Köp, qaz və diskomfort hər birimizi narahat edə bilər. Ancaq qidalanmaya diqqətli yanaşsaq və digər amilləri nəzərə alsaq belə vəziyyətlərdən azad olmaq olar.

Köpün səbəbləri:

Çox yeyirsiniz

loading...

Ən çox yayılmış səsəb budur. Qidanı azaltmaqla vəziyyəti dəyişmək mümkündür.

Yağlı qida yeyirsiniz

Yağ daha gec həzm olunur və mədə uzun müddət dolu qalır. Yağlardan az istifadə edin.

Tez yeyirsiniz

Rahat və asta yeyin, qidanı yetərincə çeynəyin. Bu həm qazdan xilas edəcək, həm kökəlməyə imkan verməyəcək.

Hava udursunuz

Həzm sistemində olan qazların təxminən yarısı yeməklə udulan havadır. Saqqız çeynəməyin, qazlı su içməyin və konfet sormayın.

Yatmazdan əvvəl yemək

Yuxudan 1-2 saat əvvəl yemək köpə səbəb olur. Yuxu zamanı həzm sistemi asta işləyir və qida həzm olunmur. Əgər acsınızsa yüngül bir şey yeyin, yoqurt yaxud bir dilim meyvə kimi.

Siqaret

Siqaret həzm sisteminə təsir edir və köpə səbəb ola bilər.

Köpə səbəb olan məhsullar

Kələm

Kök

Ərik

Gavalı

Şirinləşdiricilər

Süd məhsulları

Taxıl məhsulları

Konservantlar (çipsi, hazır yeməklər, krekerlər)

Duz

Kök azaldan məhsullar

Sparja

Xiyar

Banan

Papayya

Yoqurt

Qatıq

Kaşa

Şüyüd

Razyana

Zəncəfil

Romaşka çayı

Əgər siz yuxarıda yazılanlara əməl edirsiniz ancaq köp sizdən əl çəkmirsə bu problem göstəricisi ola bilər. Bu zaman mütəxəssisə müraciət vacibdir.

loading...

Bunuda oxu...