KONT VƏ MİLL

FəlsəfəOqyust  Kont (1798—1857) elmə “pozitivizm” terminini gətirərək fəlsəfi ənənələri qətiyyətlə rədd etdiyini bildirdi. Onun fikrincə elmin “pozitivizm”dən yüksəkdə duran hər hansı bir fəlsəfəyə heç bir ehtiyacı yoxdur. Kont filosoflardan tələb edirdi ki, pozitiv (müsbət) elmi bilikləri fəlsəfi biliklər kimi tədqiq etsinlər. Kont belə bir fəlsəfi biliyin işlənib hazırlanmasını zəruri hesab edirdi ki, o, nə materializm, nə də ki, idealizm fəlsəfəsi olsun.

Kont qeyd edirdi ki, bu məqsədlə “müsbət” biliklər sistemi yaratmaq lazımdır. Həmin sistem isə qəti və dəqiq olmalı, yalnız faktlara əsaslanmalıdır. Onun nöqteyi-nəzərineə belə bir sistemin qurulması yalnız elmi idrak metodunun yaradıldığı halda mümkündür.

Pozitivistlər təbiətin elmi surətdə dərk olunmasına tərəfdar çıxaraq, özlərini aqnostisizmin əleyhdarları elan edirdilər. Kont belə bir ideya irəli sürmüşdü; “bilmək — qabaqcadan görmək deməkdir, qabaqcadan görmək isə gücə malik olmaq deməkdir”’. Bütün bunlara baxmayaraq, Kontda idrak empirik aləmdən, yəni fenomenlər aləmindən o yana gedə bilməmişdir.

loading...

Pozitivizm fəlsəfəsinin əsasları Kontun “Pozitiv fəlsəfə kursu” adlı altı cildlik böyük əsərində verilmişdir. Bu çoxcildlik araşdırmalarında Kont fəlsəfə və sosiologiyanın prinsiplərini işləyib hazırlamış, fəlsəfənin müstəqil bir elm kimi öz dövrünü başa vurması və “müsbət” bilik dövrünün başlanması ideyasını əsaslandırmağa çalışmışdır. Öz fikirlərini sübut etmək məqsədilə Kont üç qanun formalaşdırmışdır:

  1. “Üç mərhələ” qanunu;

  2. “Təsəvvürün daim müşahidəyə tabe olması” qanunu;

  3. Elmlərin təsnifatmda öz əksini tapan “Ensiklopedik” qanuni Kont güman edirdi ki, cəmiyyətdə ikili təkamül qanunu fəaliyyət göstərir. O bu qanunu intellektual və “texniki qanun” adlandırırdı. Kont yazırdı ki, bəşəriyyət öz əqli inkişafında üç mərhələdən keçir;

  4. İlahiyyat,

  5. Metafizik elm kimi fəlsəfə,

  6. Pozitiv mərhələləri.

Daha sonra o yazırdı ki, bəşəriyyət öz texniki inkişafında da üç mərhələ ilə rastlaşır; 1. Ənənəvi cəmiyyət, 2. Sənayeyə qədərki, 3. Sənaye mərhələləri. Bunlardan birincisi ilahiyyat, ikincisi metafizika, üçüncüsü isə elm tərəfindən müəyyənləşdirilir. Gördüyümüz kimi, “üç mərhələ”, yaxud “ikili təkamül” qanununda biliklərlə cəmiyyətin sosial-iqtisadi inkişafı arasında qarşılıqlı əlaqəyə dair çox qiymətli ideyalar öz əksini tapmışdır. Pozitivizmin digər bir nümayəndəsi Mili olmuşdur.

Con Stüart Mill

Mill (1806—1873) Londonda anadan olmuş, ictimai xadim kimi tanınmış, fəlsəfə, məntiq və iqtisadiyyat elmləri ilə məşğul olmuş. Yumun, Berklinin və Kontun ideyalarını davam etdirmişdir. Onun fəlsəfi görüşləri “Vilyam Qamilton fəlsəfəsinin icmalı” (1865) adlı əsərində şərh edilmişdir. O, pozitivizm mövqelərindən biliyin apriorluğu əleyhinə çıxış edirdi. Mili empirizmin tərəfdarı idi və deduktiv biliyin mümkünlüyünü qəbul etmirdi; məntiqi psixologiyanın bir qolu kimi nəzərdən keçirir və iddia edirdi ki, bütün nəticələr xüsusidən ümumiyə getmək yolu ilə əldə olunur.

Mili pozitivizm fəlsəfəsinin metodunun işlənib hazırlanmasına böyük diqqət yetirir və induksiyanı belə bir metod hesab edirdi. O, induksiyanm özündə də 4 metodu nəzərdən keçirməyi təklif edirdi: razılıq üsulu; fərqləndirmə üsulu; qalıqlar üsulu; müşayiət edən dəyişikliklər üsulu.

Pozitivizmin banilərindən və onun inkişafında mühüm rol oynayanlardan biri də ingilis filosofu və sosioloqu Spenser olmuşdur.

loading...

Bunuda oxu...